Ənnağı sözü azərbaycan dilində

Ənnağı

Yazılış

  • Ənnağı • 95.5556%
  • ənnağı • 4.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babək Ənnağıyev
Gülşən Ənnağıyeva
Ənnağıyeva Gülşən Əjdər qızı — pianoçu, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Gülşən Ənnağıyeva 1979-1984-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almışdır. Tələbə illərindən bu günlərə qədər müxtəlif və çoxsaylı konsert və festivallarda çıxış etmişdir. Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən ona konsert ifaçısı, müəllim, konsertmeyster və kamera ansamblı solisti adı verilmişdir. 1984-1987-ci illərdə ADK nəzdində Ş.Məmmədova adına Opera studiyasında konsertmeyster, 1987-1991-ci illərdə simli alətlər və xor dirijorluq kafedrasında konsertmeyster, 1982-1985-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, 1986-cı ildə M. Maqomayev adına Filarmoniyasının solisti olmuşdur. 1996-cı ildə Türkiyə Respublikasına işə dəvət almışdır və Kayseri şəhərində "Erdjies" Dövlət Universetində müəllim vəzifəsində çalışmışdır. Orada müəllim fəaliyyəti ilə yanaşı konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Türkiyədən qayıdarkən Bakı Musiqi Akademiyasında dosent vəzifəsində işini davam etdirir. 2003-cü ildə Vektor Beynəlxalq Elmi mərkəzin qərarı ilə Tanınmış Azərbaycan Qadınları proyektinin qalibi olmuşdur. 2004-cü ildə iki ayrı konsertdən ibarət iki kompakt diski işıq üzü görmüşdür: "The theatre of the music and painting"; "Fusion".
Mürşüd Ənnağıyev
Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru. Mürşüd Xanvəli oğlu Ənnağıyev 15 may 1934-ci ildə Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur. 1943-1953-cü illərdə Ağdü kənd orta məktəbində orta təhsil aldıqdan sonra, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə ADPU-nu bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) işə qəbul olunmuş və orada kiçik elmi işçi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və oranı 1967-ci ildə bitirdikdən sonra "Alüminium-xrom-molibden oksid katalizatorlarının səthi qüvvələrinin spektrofotometrik üsulla tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Təbii seolitlərin və onların modifikasiya olunmuş formalarının qurutma və karbohidrogenlərdən olefinlərin alınması proseslərində adsorbsiya və katalitik xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək "fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini almışdır. Mürşüd Ənnağıyev 1967-78-ci illərdə Azərbaycan EA QÜFKİ-də kiçik və böyük elmi işçi vəzifələrində, 1978-85-ci illər "Adsorbsiya", 1985-ci ildən isə "Təbii ssolitlər" laboratoriyasının müdiridir. Onun əsas tədqiqat obyekti respublikamızda zəngin yataqları olan alümosilikatlardan adsorbent kimi istifadə edərək maye karbohidrogenləri, sənaye qazlarını qurutmaq və başqa qarışıqlardan təmizləməkdən ibarətdir. Həmin adsorbentlərin adsorbsiya və digər fiziki-kimyəvi xassələri tədqiq edilmişdir. Onun rəhbərliyi altında aqressiv qazları qurutmaq üçün sənaye miqyasında qurğu tikilmiş və sınaqdan keçirilərək istifadəyə verilmişdir. Mürşüd Ənnağıyev effektiv adsorbentlərini təbii alyumasilikatların əsasında sanaye qazların və maye karbonhidrogenləri qarışıqdan təmizləmək üçün alınma üsulu kəşf edib.
Əkbər Ənnağıyev
Əkbər Əsgər oğlu Ənnağıyev Əkbər Əsgər oğlu Ənnağıyev 1911-ci ildə Naxçıvanda anadan olub. O, 1927-1930-cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik-Zavod Şagirdliyi Məktəbində təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib, 1941-ci ilin iyununda ordu sıralarına çağırılıb. 1941-ci ilin oktyabrına qədər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində, sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. Ordudan tərxis edildikdən sonra - 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvarına qədər AKP MK-nın Nəqliyyat şöbəsinin müdiri, 1942-ci ilin yanvarından 1943-cü ilin yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub. 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Samur-Dəvəçi kanalının inşasında fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib. 1954-1959-cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi, 1959-1961-ci illərdə Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev bu sahənin inkişafı və yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün səy və bacarığını əsirgəməyib. 1963-cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

ənnağı sözünün leksik mənası və izahı

ənnağı sözünün etimologiyası

Oxşar sözlər

#ənnağı nədir? #ənnağı sözünün mənası #ənnağı nə deməkdir? #ənnağı sözünün izahı #ənnağı sözünün yazılışı #ənnağı necə yazılır? #ənnağı sözünün düzgün yazılışı #ənnağı leksik mənası #ənnağı sözünün sinonimi #ənnağı sözünün yaxın mənalı sözlər #ənnağı sözünün əks mənası #ənnağı sözünün etimologiyası #ənnağı sözünün orfoqrafiyası #ənnağı rusca #ənnağı inglisça #ənnağı fransızca #ənnağı sözünün istifadəsi #sözlük