ərzi sözü azərbaycan dilində

ərzi

Yazılış

  • ərzi • 89.3617%
  • Ərzi • 8.5106%
  • ƏRZİ • 2.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pir Məhəmməd Ərzincani
Pir Məhəmməd Ərzincani (Ərzincan və ya Osmanlı imperiyası – 1465, Ərzincan və ya Osmanlı imperiyası) — mənşəcə türk olan böyük sufi alimi. == Həyatı == Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə, Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş. Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. == Bələdiyyə == Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Ərziküş
Ərziküş — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 21 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir. == Toponimikası == Ərziküş Siyəzən rayonunda çay. Gilgilçayının sağ qoludur. Ərazisindən axdığı kəndin adındandır.
Ərzil (Vərziqan)
Ərzil (fars. ارزيل‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (125 ailə).
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Ərzin (Urmiya)
Ərzin (fars. ارزين‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (10 ailə).
Ərzincan
Ərzincan — Türkiyənin Ərzincan ilinin inzibati mərkəzi.
Ərzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. == Fakültələr == Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. == Mənbə == Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.
Ərzincan bəyliyi
Ərzincan bəyliyi — Anadoluda olan türk dövləti. 1243-cü ildə Kösedağ döyüşündən sonra Elxani monqolları Anadoluda faktiki hökmdar oldular, lakin XIV əsrdə Elxanilər dağıldıqdan sonra Elxanilərin keçmiş sərkərdələri və məmurları, eləcə də Elxani boyunduruğu altında olan tayfalar müstəqillik elan etdilər. Ərzincan bəyliyi də onlardan biri idi. == Tarixi == Ərzincan və çevrəsi 1379-cu ilə qədər Ərətna dövləti sınırları içərisində qalmış və sırasıyla Əxi Ayna bəy və Pir Hüseynin idarəsində idi. Pir Hüseyinin ölümündən sonra (1379) isə Ərzincan və çevrəsinə Mütahhərtən hakim oldu. == Mütahhərtənin mənşəyi və Ərzincana hakim olması == Mütahhərtənin tatarlara mənsub olduğu söylənməkdə isə də, onun Uyğur türklərindən olan Ərətna ilə əqraba olması daha mühtəməldir. Mütahhərtənin Ağqoyunlu Əhməd bəyin kürəkəni olduğu bilinir. Qaynaqlarda adı Tahartən, Tahirtən və Mütahhərtən şəklində keçən bu Ərzincan əmiri Pir Hüseynin ölümündən sonra Ərzincan bəyliyi taxtına keçdi. Müstəqilliyini elan edərək öz adına sikkə basdıran və xütbə oxudan Mütahhərtənə qarşı ilk reaksiya Ərətna bəyliyindən gəldi. Ərətna bəyliyinin irəli gələnləri Əlaəddin Əli bəyə müraciət edərək, Ərzincanın Ərətna ailəsi ilə olan ilgisini irəli sürərək bu şəhərin qurtarılmasını istəmişdilər.
Ərzincan döyüşü
Ərzincan döyüşü (1507)
Ərzincan ili
Ərzincan ili — Türkiyədə il.
Ərzincan zəlzələsi (1939)
Ərzincan zəlzələsi — 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş vermiş zəlzələ. 27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan ilində baş vermiş zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunmuşdu. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı. Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.
Ərzincan döyüşü (1507)
Ərzincan döyüşü — 1507-ci ildə Osmanlı imperiyasının şahzadəsi olan və Trabzon valisi Səlimlə Səfəvilər arasında baş vermiş döyüşdür. == Arxa plan == 1505-ci ildə Şah İsmayılın qardaşı İbrahim 3 min nəfərlik kiçik bir qoşunla Səlimin əyaləti olan Trabzona yağma yürüşünə çıxdı. Lakin onun ordusu Səlim tərəfindən məğlub edildi və o, geri çəkilməyə məcbur oldu. Geri çəkilən ordunu təqib edən Səlim onlara daha bir zərbə vurmağa nail oldu və onların cəbhəxanasını ələ keçirdi. == Döyüş == 1507-ci ildə Səfəvi hökmdarı I İsmayıl Anadoludakı Dulqədiroğulları bəyliyi üzərinə yürüşə çıxdı. Yürüş zamanı Osmanlı imperiyasının ərazilərindən keçən I İsmayıl, həm də bu ərazilərdəki türk tayfalarından ordu topladı, halbuki bu tayfalar Osmanlı subyektləri idilər. II Bəyazid buna diqqət etmədi və cavab tədbiri görmədi. Lakin Trabzon valisi şahzadə Səlim Ərzincana hücum etdi və Şah İsmayılın ona qarşı göndərdiyi birləşməni məğlub etdi. == Nəticə == Növbəti il Səlim Gürcüstana yürüş etdi və yürüşün nəticəsində qərbi Gürcüstandakı İmereti və Quriya Osmanlı hakimiyyəti altına keçdi. Bir digər Səfəvi hücumu 1510-cu ildə baş verdiş Şah İsmayılın qardaşının komandanlıq etdiyi yürüş yenə də məğlubiyyətlə nəticələndi.
Ərzincan döyüşü (1916)
Ərzincan döyüşü (rus. Эрзинджанское сражение, türk. Erzincan Muharebesi) — 1916-cı ilin iyulunda, Birinci Dünya müharibəsi zamanı Rusiya və Osmanlı imperiyalarında arasında Ərzincanda baş tutmuş döyüş. 1916-cı ilin fevralında Nikolay Yudeniç Ərzurum və Trabzon şəhərlərini ələ keçirmişdir. Trabzon rusları Qafqazda əlavə qüvvələr qəbul etmək üçün liman ilə təmin etmişdi. Ənvər Paşa Vehib paşanın olan 3-cü Orduya Trabzonu geri almağı əmr etmişdir. Vehibin hücumu uğursuz olmuş və general Yudeniç 2 iyuldaəks hücum keçmişdir. Rusların hücumu türklərin rabitə mərkəzi olan Ərzincanı hədəf almışdı. Vehib paşa qoşunlarını geri çəkilməyə məcbur qalmış və yarısı əsir kimi alınmaqla 34,000 əsgəri itirmişdir. Nəticədə, 3-cü Ordu ilin qalan hissəsi üçün təsirsiz hala gəlmişdir.

ərzi sözünün leksik mənası və izahı

"ərzi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərzi nədir? #ərzi sözünün mənası #ərzi nə deməkdir? #ərzi sözünün izahı #ərzi sözünün yazılışı #ərzi necə yazılır? #ərzi sözünün düzgün yazılışı #ərzi leksik mənası #ərzi sözünün sinonimi #ərzi sözünün yaxın mənalı sözlər #ərzi sözünün əks mənası #ərzi sözünün etimologiyası #ərzi sözünün orfoqrafiyası #ərzi rusca #ərzi inglisça #ərzi fransızca #ərzi sözünün istifadəsi #sözlük