Ərəbistanında sözü azərbaycan dilində

Ərəbistanında

Yazılış

  • Ərəbistanında • 99.5040%
  • ərəbistanında • 0.4960%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səudiyyə Ərəbistanında təhsil
1925-ci ilədək bu ölkədə bir dənə də olsa dünyəvi məktəb olmadığı halda, cəmi 25 ildə bu sahə krallığın ən aparıcı inkişaf istiqamətlərindən birinə çevrilmiş, 1953-cü ildə Maarif Nazirliyi yaradılmışdır. Son 20 ildə isə (1990-2010) bu ölkədə təhsilin inkişafına, eləcə də təhsil müəssisələrinin ehtiyacının ödənilməsinə 30 milyard ABŞ dollarına yaxın vəsait xərclənmişdir. 1970-ci ildə ölkədə 3,3 min məktəb və kollec var idisə, yeni əsrin ilk ilində onların sayı 24 mindən çox idi. İnkişaf etmiş ölkələrdə istehsal edilən ümumi daxili məhsulun dəyərinin 5 faizi təhsil sektoruna yönəldilirsə, Səudiyyə Ərəbistanı Krallığında bu göstərici 9 faizdir. Bu ölkədə təhsilə marağın artmasını göstərən rəqəmlərin özü də maraqlıdır. Məsələn, hər il orta məktəb şagirdi olan oğlanların sayı 6,7 faiz, qızların sayı isə 11,2 faiz artır. Qız məktəbləri 1961-ci ildən fəaliyyət göstərir. Səudiyyə Ərəbistanında ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Üç il natamam orta, üç il orta təhsil alan məzunlar ali məktəblərdə 4 il oxuyurlar. Bu ölkənin attestatları ABŞ və Qərb ölkələrində, eləcə də bütün ərəb dünyasında tanınır.
Səudiyyə Ərəbistanında ali təhsil
Səudiyyə Ərəbistanında ali təhsil — Səudiyyə Ərəbistanı Krallığında ali təhsil sistemi. == Ali Təhsil Nazirliyi == Ölkənin ali təhsil sisteminə Ali Təhsil Nazirliyi nəzarət edir. Onun tabeliyində bir sıra qurumlar fəaliyyət göstərir: Ali Təhsil Şurası – ölkənin ali təhsil sisteminə nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi ali təhsil islahatlarının müvafiq strategiyaya uyğun həyata keçirilməsi, ali təhsilin genişləndirilməsi, universitetlər arasında əməkdaşlığın təmin edilməsi, elmin və tədqiqatın inkişafının stimullaşdırılmasından ibarətdir; Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə Milli Komissiya – əsas fəaliyyət istiqaməti ali təhsil müəssisələrinin və onların təklif etdiyi proqramların akkreditasiyasını həyata keçirməkdir. == Təhsil müddəti == Ölkədə humanitar və sosial elmlər sahələri üzrə ali təhsil proqramları 4 illikdir. Tibb, mühəndislik və əczaçılıq sahələri üzrə ali təhsil müddəti isə 5–6 il davam edir. == Ali məktəblər == Səudiyyə Ərəbistanında 32 universitet fəaliyyət göstərir. Onlardan 24-ü dövlət, 8-i isə özəl ali təhsil müəssisəsidir. Ölkə üzrə ali təhsilə cəlb olunma göstəriciləri ilbəil artır. == İnkişaf tarixi == Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf tarixi var.
Səudiyyə Ərəbistanında orta təhsil
Səudiyyə Ərəbistanında orta təhsil — Səudiyyə Ərəbistanı Krallığında orta təhsil sistemi. Səudiyyə Ərəbistanında tam orta təhsil mərhələsi 2 pilləyə bölünür. Hər ikisi 3 illik olan natamam orta təhsil və orta təhsil pillələri tədris proqramlarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsillərini natamam orta təhsil pilləsində davam etdirirlər. Həm natamam orta təhsil, həm də orta təhsil pillələrində şagirdlərin biliyi ildə iki dəfə keçirilən imtahanlar vasitəsilə qiymətləndirilir. Bu imtahanlar Təhsil Nazirliyi tərəfindən təşkil edilir. 2009-2010-cu tədris ilində ölkədə 7 min 910 natamam orta məktəb fəaliyyət göstərib. Onların 3 min 780-i qızlar, 4 min 130-u isə oğlanlar üçün təyin olunmuş təhsil müəssisələri olub. Natamam orta təhsil müəssisələrində oxuyan 1 milyon 188 min 342 nəfər şagirddən 553 min 415 nəfərini qızlar təşkil edib. Həmin məktəblərdə çalışan müəllimlərin ümumi sayı 117 min 370, inzibati heyətin sayı isə 6 min 289 nəfər olub.
Səudiyyə Ərəbistanında erkən islam abidələrinin dağıdılması
Erkən islama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir . Əsasən Məhəmmədləvə erkən islam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır. Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir. == Səudiyyə Ərəbistanı == === Hicazda islam === 1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırkı Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi. Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.09 dəfə / 1 mln.
2003 •••••••••••••••• 9.84
2004 •••••••••••••••••••• 12.80
2005 ••••••••••••••• 9.45
2006 ••••••••••••••• 9.01
2007 •••••••••• 6.34
2008 •••• 2.19
2009 •••••••• 4.80
2010 •••••••• 4.81
2011 •••••••••••• 7.21
2012 •••••• 3.36
2013 ••••••••••••••••••• 11.82
2014 •••••••••••• 7.38
2015 ••••••• 4.08
2016 •••••• 3.30
2017 ••••••••••• 6.99
2018 ••••••••• 5.69
2019 ••••••••• 5.42
2020 ••••••••• 5.17

"ərəbistanında" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərəbistanında nədir? #ərəbistanında sözünün mənası #ərəbistanında nə deməkdir? #ərəbistanında sözünün izahı #ərəbistanında sözünün yazılışı #ərəbistanında necə yazılır? #ərəbistanında sözünün düzgün yazılışı #ərəbistanında leksik mənası #ərəbistanında sözünün sinonimi #ərəbistanında sözünün yaxın mənalı sözlər #ərəbistanında sözünün əks mənası #ərəbistanında sözünün etimologiyası #ərəbistanında sözünün orfoqrafiyası #ərəbistanında rusca #ərəbistanında inglisça #ərəbistanında fransızca #ərəbistanında sözünün istifadəsi #sözlük