Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi
Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi — 8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Rusiya Federasiyası arasında olan və neft qiymətləri üzərində baş vermiş qiymət müharibəsi. Bu müharibənin təsiri nəticəsində neft qiymətlərində ciddi azalma baş verir. Neft qiymətinin azalması ABŞ-də 34%, ortalama xam neftin qiymət azalması isə 26% olur. Qiymət müharibəsi, Neft İxrac edən Ölkələr Təşkilatı(OPEC) ilə Rusiya arasında 2019–20 koronavirus pandemiyası fonunda iddia edilən neft hasilatı azalması ilə bağlı dialoqun kəsilməsindən sonra başlayır.
== Hadisələrin gedişatı ==
8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı gözlənilmədən Avropa, Asiya və Amerika Birləşmiş Ştatları istehlakçıları üçün, neftin hər bir barrelində 6–8 dollar arasında endirim elan edir. Bu elan, Brent markalı neftin Körfəz müharibəsindən bəri ən böyük günluk düşüş olan 30% qiymət düşməsinə səbəb olur.
Neft qiymətlərində etalon kimi istifadə edilən xam neft olan West Texas Intermediate (WTI) 20 faiz qiymət itirir. 9 Mart 2020-ci il tarixində qlobal fond bazarları, başlanan bu qiymət müharibəsi və koronavirus pandemiyası səbəbindən böyük itkilər verdiyini bildir. Bu açıqlamadan sonra Rusiya rublu ABŞ dollarına nisbətdə 7% düşərək son 4 ilin ən aşağı səviyyəsinə yenir.
10 Martda Səudiyyə Ərəbistanı hasilatı gündəlik 9,7 milyon bareldən 12,3 milyona qədər artıracağını, Rusiya isə gündəlik neft istehsalını 300 min barel artırmağı planlaşdırdığını bildirir .