əyrisi sözü azərbaycan dilində

əyrisi

Yazılış

  • əyrisi • 56.5217%
  • Əyrisi • 43.4783%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beveric əyrisi
Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Bu əyri İngilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar. Vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveric Əyrisi azalan funksiya hesab olunur.
Bezye əyrisi
Bezye əyrisi – kompüter qrafikasında: trayektoriyası riyazi üsullarla hesablanan, hamar əyrilərin və istənilən formalı səthlərin ayrı-ayrı nöqtələrini bir-biri ilə birləşdirən əyri; rəsm proqramlarında və avtomatlaşdırılmış layihələndirmə modellərində istifadə olunur. Bezye əyrisi az sayda nöqtələr vasitəsilə çeşidli formalı fiqurlar çoxluğunu müəyyənləşdirməyə imkan verir ki, bu da verilmiş əyrinin başqa riyazi metodlarla aproksimasiyası ilə müqayisədə onun əsas üstünlüyüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Filips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: == Fillips əyrisinin qısa tarixçəsi == 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. === Fillips əyrisinin ilkin variantı === Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fillips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: == Fillips əyrisinin qısa tarixçəsi == 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. === Fillips əyrisinin ilkin variantı === Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fərqsizlik əyrisi
Fərqsizlik əyriləri - mikroiqtisadi nəzəriyyəyə görə, alıcı üçün fayda baxımından fərqsiz olan müxtəlif əmtəə paketlərinin qrafik təsviridir. Belə ki, alıcı üçün bir fərqsizlik əyrisi üzərində olan nöqtələrdəki hər hansı əmtəə paketi digərindən üstün deyildir. Başqa sözlə, əyri üzərində olan əmtəə paketləri fayda baxımından fərqlənmir. Nəticə etibarı ilə, fərqsizlik əyriləri eyni faydaya malik, iki əmtəədən ibarət olan paketləri özündə əks etdirən nöktələrin birləşməsindən əmələ gələn əyridir. Fəqsizlik əyriləri alıcıların mümkün istehlak variantlarını əks etdirilməsində istifadə edilir. Qrafik təsvir zamanı sonsuz sayda fərqsizlik əyriləri çəkmək mümkündür. Çünki hər bir halda daha çox fayda gətirən bir əmtəə paketi mövcuddur. == Tarixi == Fərqsizlik əyriləri ilə bağlı məsələləri ilk dəfə irlandiyalı alim Fransis İsidor Edjuort (Francis Ysidro Edgeworth) tərəfindən 1881-ci ildə “Riyazi Fizika: Riyaziyyatın Davranış elminə tətbiqi haqqında Məqalə” (ing. Mathematical Psychics: an Essay on the Application of Mathematics to the Moral Sciences) tədqiq edilib. Bu əyriləri ilk dəfə 1906-cı ildə qrafik şəkildə italyan alim Vilfredo Pareto (ing.
Gəlirlik əyrisi
IS əyrisi
IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tətqiq etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır. == Planlanan xərclər və cari xərclər == Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri almaq üçün planlaşdırdıqları xərclərin cəmidir. Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur? Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola bilər. Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək.
LM əyrisi
LM əyrisi - pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən əyridir.Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilir. == Likvidlik üstünlükverməsi nəzəriyyəsi == Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır. == Pul təklifi == Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək. Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təkilifi olduğunu iddia edir. Bu baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik. ( M / P ) s = M / P {\displaystyle (M/P)^{s}=M/P} Pul təklifi M, xarici bir dəyişkəndir və mərkəzi bank tərəfindən müəyyənləşir.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Armi-Rana əyrisi
Armi-Rana əyrisi (ing. Armey-Rahn curve, BARS curve, Rahn curve) — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimal nöqtəyə çatdıqdan sonra (Skalli nöqtəsi) yavaşlamasına asılılığı. Asılılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armi, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skallinin əsərlərində təklif olunur в 1996 году и Джеральдом Скалли. == Tarixi == Bağımlılıq 1993-cü ildə Robert Barro, 1995-ci ildə Riçard Armie, 1996-cı ildə Riçard Rana və 1994-cü ildə Jerald Skalli tərəfindən təklif olunur. == Asılılığın mahiyyəti == Armi-Rana əyrisi, dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən və optimallıq nöqtəsinə (Skalli nöqtəsi) çatdıqdan sonra yavaşlamasına asılılığı kimi. Armi-Rana əyrisində, ÜDM-də dövlət xərclərinin payı ( g = G / X {\displaystyle g=G/X} ) ölkənin iqtisadi böyüməsi ilə birlikdə böyüyür ( Δ X / X {\displaystyle \Delta X/X} ) - Skalli nöqtəsinə - g ∗ {\displaystyle g^{*}} (maksimum böyümə) və sonra azalır. == Tənqid == Uzun müddətdir ki, elmi ictimaiyyətdə dövlət xərclərinin payının hansı səviyyədə icazə verilən maksimum sayılması barədə müzakirələr aparılır. Beləliklə, amerikalı iqtisadçı J. Skalli öz işində ABŞ üçün ÜDM-in 23% -i səviyyəsində dövlət sektorunun optimal ölçüsünü müəyyənləşdirmişdir, 2003-cü ildə ABŞ-da ÜDM-də dövlət xərclərinin payı 35,7%, AB-də isə 47,6% olmuşdur. Bununla birlikdə, tənqidçilər Armie-Rahn əyrisinin qurulmasının müəyyən çətinliklər yaratdığını və Skalli nöqtə dəyərlərinin özlərində məhdudiyyətlər olduğunu qeyd edirlər: hər ölkənin öz fərdi optimal nöqtələrini yaradan öz büdcə siyasətləri rejimi vardır; dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi birmənalı deyil (bəzən yalnız federal dövlət xərcləri qiymətləndirilir, bəzən - regional və bələdiyyə orqanlarının xərcləri daxil olmaqla ümumi dövlət xərcləri); dövlət xərclərinin artması əksər hallarda büdcə kəsirinin artması ilə əlaqələndirilir ki, bu da öz növbəsində yenidən maliyyələşdirmə faizinin artmasına və iş fəaliyyətinin soyumasına səbəb olur (bu, dövlət xərclərinin artımının ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir); dövlət xərclərinin ÜDM-dəki payının göstəricisi büdcə xərclərinin strukturunu nəzərə almır (büdcə ödənişlərinin müxtəlif maddələri * dövlət sərmayələrinin gəliri baxımından fərqli effektivliyə və bütövlükdə iqtisadiyyata stimullaşdırıcı (çarpan) təsir göstərir).Beləliklə, Armi-Rana əyrisinin praktik tətbiqi olduqca məhduddur və bütün kəmiyyət qiymətləndirmələri ciddi şərh tələb edir.
Büdcə məhdudiyyətləri əyrisi
Büdcə məhdudiyyətləri – alıcının verilmiş gəlir səviyyəsində ala biləcəyi əmtəə və xidmətlərin kombinasiyalarını (paketlərini) əks etdirir. İnsanlar həmişə daha çox fayda əldə etmək məqsədi güdür, amma məxaric imkanları gəlirlərlə məhdudlaşdığından, insanlar arzuladıqlarından daha az istehlak edirlər.Əlbəttə insanlar gündəlik həyatlarında minlərlə məhsul arasında seçimlə üzləşirlər. Sadəlik üçün iki əmtəə (X, Y) alan istehlakçının qarşılaşdığı vəziyyəti təhlil edək. Fərz edək ki, istehlakçı ayda 1 000 manat maaş alır və gəlirinin hamısını X və Y əmtəələrinə xərcləyir. X və Y əmtəələrinin bir vahidinin qiyməti müvafiq olaraq 10 və 2 manatdır. Şəkil 1-də istehlakçının ala biləcəyi X və Y əmtəələrinin müxtəlif kombinasiyaları göstərilib. A nöktəsində istehlakçı 100 ədəd x əmtəəsi aldığı halda Y əmtəəsindən ala bilmir. B nöktəsində isə bunun əksidir: Y əmtəəsi 500 ədəd, X əmtəəsi 0 ədəd. C nöktəsi isə bu xəttin ortasında yerləşir və istehlakçı hər bir əmtəənin alınmasına 500 manat xərcləyir: Y- 250, X- 50. Əlbəttə bu alıcının seçə biləcəyi X və Y kombinasiyalarından yalnız üçüdür.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. == Xüsusiyyətləri == Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. == Tarix == Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. == Nəzəriyyə == Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur ( P > MR = MC ).
Əyrisifət
Əyrisifət — İrəvan xanlığının Sürməli mahalında kənd adı. == Toponimikası == Ağrısifət — İrəvan xanlığının Sürməli mahalında kənd adı. Yerli tələffüz forması Əyrisifətdir. 1828-ci ildə ermənilər tərəfindən azərbaycanlılardan ibarət əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1940-cı ildə kənd ləğv edilmişdir. Türk dillərində ağruki — "sakit" (yavaş axan mənasında) və suvat — "suvarılan sahədə dairəvi axıdılan su" sözlərindən ibarətdir. Azərbaycandakı Pirsaat çayının orta axınında "Səbət düzü" toponimi ilə mənaca eynidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2010 ••••••••••••••• 0.18
2012 •••••••••••••••••••• 0.26
2015 •••••••••••••• 0.17
2019 ••••••••••• 0.14
2020 ••••••••••• 0.13

"əyrisi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əyrisi nədir? #əyrisi sözünün mənası #əyrisi nə deməkdir? #əyrisi sözünün izahı #əyrisi sözünün yazılışı #əyrisi necə yazılır? #əyrisi sözünün düzgün yazılışı #əyrisi leksik mənası #əyrisi sözünün sinonimi #əyrisi sözünün yaxın mənalı sözlər #əyrisi sözünün əks mənası #əyrisi sözünün etimologiyası #əyrisi sözünün orfoqrafiyası #əyrisi rusca #əyrisi inglisça #əyrisi fransızca #əyrisi sözünün istifadəsi #sözlük