Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist.
Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır.
1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir.
Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub.
1934-cü ildə Tehranda vəfat etmişdir.