çimə sözü azərbaycan dilində

çimə

Yazılış

  • çimə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cənubi Koreya çimərlikləri
Cənubi Koreya çimərlikləri — Koreya Respublikasının qumlu çimərlikləri Cənub-Şərqi Asiyanın ən yaxşılarından biri kimi tanınır. Çimərlik mövsümünün yeganə çatışmazlığı çox uzun olmamasıdır: Əksər çimərliklər iyun ayının sonlarında – iyulun əvvəllərində açılır və avqustun sonlarında – sentyabrın əvvəllərində bağlanır. Bununla birlikdə, heç kim sizə günəş vannası və üzməyi qadağan etmir, sadəcə tətil mövsümü bağlandıqdan sonra çimərliklərdə çalışmırlar. Xilasetmə xidmətləri, duş, tualet, çətir və şezlong kirayə etməyin bir yolu yoxdur. Koreyanın qərb, şərq və cənub sahillərinin sahil şeridi və dəniz sahilləri müxtəlifdir. Lakin, hər sahil şeridi özünəməxsus şəkildə gözəl və pərəstişkarlarına sahibdir. Məşhur kurort bölgələri də materik sahilinin yaxınlığında yerləşən bir neçə adada yerləşir. Qeyd etmək lazımdır ki, Cənubi Koreyada "bir hotelin öz çimərliyi" anlayışı yoxdur. Bütün çimərlik əraziləri bələdiyyədir. Əlavə olaraq, davamlı dağlıq əraziyə görə, yalnız bir neçə onlarla otel birbaşa sahildə yerləşir.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3–6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; "Foros sanatoriyası" yaxınlığında "Narıncı çimərlik"; "Narıncı çimərlikdən" bir qədər aralıda "Soyuq çimərlik"; "Tixoya buxtasında" isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; "Derevyaşka" və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. Mağara və termal su qədim dövrlərdən məlum olsa da, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 −17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bugünkü, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Novxanı çimərliyi
Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Ouşen-Biç (çimərlik)
Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik. Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir. Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülür Çimərlikdə adətən iri tonqal qalanır. Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir. 18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.
Panjin çimərliyi
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Preveli çimərliyi
Preveli (yun. Πρέβελη, bəzən isə Palmalı çimərlik adlanır) — Yunanıstanda çimərlik və laqun. Çimərlik Krit adasının cənub hissəsində yerləşir. Çimərlik Liviya dənizinin sularına aiddir. Çimərliyin adı ərazidə yerləşən Preveli monastrında götürülmüşdür. Çimərlik Kurtaliotiko dərəsinin dənizə çıxısında yerləşir. Dərə ilə Meqalopotamos çayı axır. Məhs Meqalopotamos çayının hesabına çimərlik suyunun temperaturu digər akvatoriyalarla müqayisədə aşağıdır. Preveli çimərliyinin uzunluğu təxminən 210 metr, eni isə maksimum 50 metrdir. Çimərlik qumunun rəngi tünd-bozdur.
Sumqayıt çimərliyi
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Taqanroq mərkəzi çimərliyi
Taqanroq mərkəzi çimərliyi — Taqanroq şəhərinin ən qədim çimərliyidur. Çimərlik sakinlər üçün 25 may 1934-cü ildə açıq elan edilmişdir. Çimərlik Rostov vilayətinin Taqanroq şəhərinin mərkəzi sahilində qərarlaşırdı. 1920-ci illərin sonları, 1930-cu ilin əvvəllərində Taqanroq şəhərindı mərkəzi çimərliyin tipintisi gerçəkləşmişdir. Onun təntənəli açılışı 25 may 1934-cü ildə gerçəjləşmişdir. Çimərlik Taqjilsoyuzun balansında yerləşir. Çimərliyə giriş pulludur. 1940-ci illərdə şəhər çimərliyinin genişləndirilməsi həyata keçirilirdi. 1962-ci ildə burada bir çox işlər görülmüşdur. Uçurumda istinad divarı quraşdırılmışdır.
Teresitas (çimərlik)
Teresitas çimərliyi — Uzunluğu 1.3 km olan çimərlik. Çimərlik İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında yerləşir. 1960-cı illərin sonların okean kənarına gəmilərlə Saxaradan sarı qum gətirilmişdir. Qumun yuyulmaması üçün sahildən müəyyən qədər aralıda suyun daxilinə dalğaqıran yerləşdirilmişdir.
UEFA Çimərlik futbolu Kuboku
Yay Olimpiya Oyunlarında Çimərlik voleybolu
Yay Olimpiya Oyunlarında Çimərlik voleybolu — 1996-cı ildən bəri tətbiq edilir. Atlanta Yay Olimpiya Oyunlarından bəri bütün olimpiadalarda proqramda olan çimərlik voleybolu əsasən olimpiya kəndlərinin sahilyanı ərazilərində keçirilir. Ancaq London Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışları Londonun mərkəzində olan Horse Guards Parade arenasında keçirilmişdir. Bu meydança normal çimərlik voleybolu meydançası kimi qumsalllıqlarla təmin edilmişdir. Kişilərin çimərlik voleybolu yarışlarında ən diqqət çəkən ölkə heç şübhəsiz Amerika Birləşmiş Ştatları olimpiyaçılarıdır. Onlar üç dəfə bu yarışlarda qalib adına layiq görülmüşlər. Hətta 1996 Yay Olimpiya Oyunlarında finalda iki amreikan cütlüyü qarşılaşmış və qızıl, gümüş medalın hər ikisi ev sahibi ölkə olan ABŞ-yə getmişdir. ABŞ olimpiyaçılardan sonra turnirdə ən çox medal qazanmış ölkə Braziliyadır. Onlar kişilərin çimərlik voleybolu turnirlərində 1 dəfə qızıl, üç dəfə gümüş, bir dəfə də bürünc medal qazanmışlar. Braziliyalı Rikardo Santos isə ən çox medal qazanmış kişi çimərlik voleybolçusudur.
Yeniyetmələrin çimərlik filmi (film, 2013)
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Yəşəm çimərliyi
Yəşəm çimərliyi — Sevastopol şəhərinin Balaklan rayonu ərazisində yerləşən çimərlik. Bir çoxları bu çimərliyi Krımın ən gözəl çimərliyi hesab edir. Yəşəm çimərliyi öz növbəsində ensiz olaraq 450 m məsafədə uzanır. Çimərlik təmizliyi ilə seçilir. 150 mln il öncə fəaliyyətdə olan vulkanın yerində olan çimərlik. Dənizin fəaliyyəti nəticəsində meydana gələn çimərlik minerallarla zəngindir (Yəşəm, Halsedron və b.). Burada olan yəşəm mineralına görə bu cür adlandırılmışdır. Çimərliyin yaxınlığında Qeorqievski qayası yerləşir. Çimərlikdən bir qədər aralıda Balaklavski Müqəddəs-Qeoeqievski məbədi vardır. Məbədə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə 800 pilləkən inşa edilmişdir.

"çimə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çimə nədir? #çimə sözünün mənası #çimə nə deməkdir? #çimə sözünün izahı #çimə sözünün yazılışı #çimə necə yazılır? #çimə sözünün düzgün yazılışı #çimə leksik mənası #çimə sözünün sinonimi #çimə sözünün yaxın mənalı sözlər #çimə sözünün əks mənası #çimə sözünün etimologiyası #çimə sözünün orfoqrafiyası #çimə rusca #çimə inglisça #çimə fransızca #çimə sözünün istifadəsi #sözlük