şəhzadə sözü azərbaycan dilində

şəhzadə

Yazılış

  • şəhzadə • 65.9574%
  • Şəhzadə • 34.0426%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəhzadə
Şahzadə bu mənalara gələ bilər: Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Şəhzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şəhzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şəhzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Şəhzadə Mustafa
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir. Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur. Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir. Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir. Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır.
Şəhzadə Nasim
Nasim Həmid (ərəb. نسيم حميد‎;12 fevral 1974, Şeffild, Yorkşir[d]) — britaniyalı keçmiş peşəkar boksçu. Həmçinin Şəhzadə Nasim (ing. Prince Naseem) və Naz ləqəbləri ilə də tanınır. Nasim Həmid 1974-cü ildə İngiltərənin Yorkşir əyalətinin Şeffild şəhərində, yəmənli ailədə anadan olub. Peşəkar boks karyerasına 1992-ci ildə başlamış və 2002-ci ildə karyerasına son vermişdir. 1998–2001-ci illərdə dünya çempionu titulu uğrunda keçirilən bütün yarışlarda aralıqsız çempion olmuşdur. Həmid uçan xalça ilə, kəcavə üzərində, həmçinin Maykl Ceksonun "Triller" videosunu canlandıraraq və s. bunun kimi möhtəşəm rinqə girişləri ilə tanınırdı. O, həmçinin özünəməxsus boks tərzi və güclü zərbə ilə rəqiblərini nokaut etməsi ilə məşhurlaşmışdı.
Şəhzadə və dilənçi
“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Vəliəhd Şəhzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Şəhzadə və Dilənçi (povesti)
“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Şəhzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.
Şəhzadə Bəyazid (I Əhmədin oğlu)
Şahzadə Bəyazid (12 dekabr 1612, Konstantinopol, Osmanlı imperiyası – 8 avqust 1635, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. Şahzadə Bəyazid 1612-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Süleyman, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü. Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın isə taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Bəyazid, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Özündən bir neçə ay böyük olan ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Bəyazid qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Süleymanla birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu.

şəhzadə sözünün leksik mənası və izahı

şəhzadə sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#şəhzadə nədir? #şəhzadə sözünün mənası #şəhzadə nə deməkdir? #şəhzadə sözünün izahı #şəhzadə sözünün yazılışı #şəhzadə necə yazılır? #şəhzadə sözünün düzgün yazılışı #şəhzadə leksik mənası #şəhzadə sözünün sinonimi #şəhzadə sözünün yaxın mənalı sözlər #şəhzadə sözünün əks mənası #şəhzadə sözünün etimologiyası #şəhzadə sözünün orfoqrafiyası #şəhzadə rusca #şəhzadə inglisça #şəhzadə fransızca #şəhzadə sözünün istifadəsi #sözlük