şəlaləsi sözü azərbaycan dilində

şəlaləsi

Yazılış

  • şəlaləsi • 91.8103%
  • ŞƏLALƏSİ • 5.1724%
  • Şəlaləsi • 3.0172%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. == Ümumi məlumat == Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Eyşabad şəlaləsi
İşoba şəlaləsi və ya Eyşabad şəlaləsi- Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehastanının İşoba kəndində yerləşən şəlalədir.
Fudo şəlaləsi
Fudo şəlaləsi (不動の滝, Fudō no taki) – Yaponiyanın İvate prefekturasının Haçimantay şəhərində yerləşən şəlalə. Api çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Furtouq şəlaləsi
Furtouq şəlaləsi (inquş Фурто́угера хурхал, Dmitri Mendeleyev adına Furtouq şəlaləsi) — Rusiyada, İnquşetiya Respublikası ərazisində yerləşən şəlalə. Furtuoq şəlaləsi Lyajqin şəlaləsindən sonra İnquşetiyanın ən hündür ikinci şəlaləsidir. Hündürlüyü 12 metr olan bu şəlalə dəniz səviyyəsindən 1380 metr hündürlükdə yerləşir. Maksimum eni isə 5 metrdir. Şəlalə sərhəd keçid məntəqəsinin və Hərbi Gürcüstan yolunun yaxınlığındadır. İl boyu bol suludur. Furtouq şəlaləsinin yerləşdiyi bölgədə Erzi Dövlət Təbiət Qoruğu var. Furtouq şəlaləsi Ceyrax dərəsinin başlanğıcında (Ceyrax rayonu), Şahid dağların ətəklərində yerləşir. Furtouq kəndi şəlalədən 1 km aralı yerləşir. Cənub-şərqdə Ceyrax rayon mərkəzi yerləşir.
Gülaxır şəlaləsi
Gülaxır şəlaləsi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir. == Adının mənası == Gülaxır sözü Azərbaycan dilində "şanlı" mənasını verir.
Günəşli şəlaləsi
Günəşli şəlaləsi — Lerik rayonun Günəşli kəndində yerləşən şəlalə. == Yerləşdiyi ərazi == Sıx meşənin dərinliyində yerləşir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki kənd Günəşli kəndi adlandırılmışdır. == Şəlalə haqqında == Günəşli şəlaləsi dəniz səviyyəsindən 1000 m hündürlüyündə yerləşir. Günəşli şəlaləsinin hündürlüyü 7 m, eni 5 metrdir.
Gürlevik şəlaləsi
Gürlevik şəlaləsi Türkiyədə Ərzincanın 23 km cənub-şərqində yerləşir.1950–1953-cü illərdə Dövlət Su İşləri (DSİ) tərəfindən, 3,040 KW gücünə sahib şəlalənin aşağı hissəsində, su-elektrik stansiyası tikilib. Növbəti illərdə, 1965-ci ildə əlavə olaraq Gürlevik su-elektrik stansiyasının su tutumu 3.866 1 / san yüksəldildi.
Hacıman şəlaləsi
Hacıman şəlaləsi — Azərbaycan Respublikasının Ağsu rayonu, Hacman kəndi inzibati vahidliyində yerləşir. Şəlalə həmçinin Pirqulu Dövlət Təbiət Qoruğunun bir hissəsini təşkil edir.
Hottay şəlaləsi
Hottay şəlaləsi (法体の滝, Hottai no taki) – Yaponiyanın Akita prefekturasının Yurihonco şəhərində yerləşən şəlalə. Çokay dağının yamaclarında yerləşən Koyoşi çay sisteminin qolu olan Akasava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. 17 dekabr 1960-cı ildən etibarən şəlalə və onun töküldüyü gölməçə Akita Prefektura Gözəllik Mənzərəsi Yeri və Təbiət Abidəsi kimi qorunur.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyniadlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Jog şəlaləsi
Jog (Gersoppa) — Hindistanda şəlalə. Şəlalə Hindistan yarımadasının qərbində ki Qərbi Qat dağlarında yerləşir. Jog Şaravati çayının mənsəbin yaxınlığındadır (40 km). Şəlalə Karnataka ştatının görməli yerlərindən biri hesab edilir. == Ümumi məlumat == O dörd hissədən ibarətdir. Şəlalənin ümumi eni 472 metrdir. Hündürlüyünə görə ölkədə ikinci (Nohkalikai şəlaləsindən sonra), dünyada isə 120-ci yerdədir. Digər şəlalələrdə fərqli olarq su kəskin olaraq yerə tökülür. Jog Şaravatı çayında yerləşir və hər dörd hissənin öz adı var. Adlar axınların xarakterinə görə verilib.
Katexçay şəlaləsi
Katex Şəlaləsi — Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar.
Keila şəlaləsi
Keila (est. Keila juga) − Estoniyanın şimal-qərbində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Keila rayonu ərazisindədir. Şəlalə Keila çayı üzərində yerləşir və Keila-Yoa qəsəbəsi yaxınlığındadır. Tallin şəhərindən 30 km qərbdə yerləşir. Keila şəlaləsinin hündürlüyü 6 metr, eni isə 70 metrdir. Keila böyüklüyünə görə ancaq Narva və Yaqala şəlalələrindən geri qalır. Şəlalənin suyu il boyu eyni deyil. Əsasən yaz aylarında, qar əridikdən sonra ən yüksək səviyyədə olur. Qış aylarında şəlalə qismən donur.
Keqon şəlaləsi
Keqon (yap. 華厳滝 Keqon-taki) — Yaponiyada şəlalə. Şəlalə Toçiqi prefekturasının Nikko şəhəri yaxınlığındadır. Nikko Milli Parkı ərazisində yerləşir. Tyudzendi gölündən çıxan Daiyaqava çayı üzərində yerləşən şəlalənin hündürlüyü 97 metrdir. Vaxtıilə çay yatağı vulkan püskürməsi zamanı lava ilə dolmuşdur. Çayın geoloji fəaliyyəti nəticəsində yataq böyümüş və Keqonla yanaşı on iki kiçik şəlalələr meydana gəlmişdir. == Ümumi məlumat == Şəlalə öz adını buddist mənbələrindən götürmüş (華厳経 Keqonqe). Nikko şəhəri yaxınlığında ümumən 48 şəlalə mövcuddur. Keqon isə bunlardan ən məşhurudur.
Kinzelyuk şəlaləsi
Kinzelyuk şəlaləsi — Rusiyanın Krasnoyarsk diyarında şəlalə. Kinzelyuk Talnikovıy şəlaləsindən sonra hündürlüyünə görə ikinci şəlalədir. Kinzelyuk şəlaləsi ilin bütün aylarında bol suludur. Şəlalənin hündürlüyü haqqında tam dəqiq məlumat yoxdur. Buna səbəb şəlalənin çətin gedilən məkanda yerləşməsidir. Kinzelyuk şəlaləsini bəzən Fedosev şəlaləsi adlandırırlar. 40-cı illərdə ilk dəfə olaraq bioloq A.A. Fedorov, sonra isə geodeziyaçı Q.A.Fedosev atların köməyi ilə şəlaləyə gəlib çata bilmiş. «Kinzelyuk» isə yerli əhalinin dilində «göydən düşən» deməkdir. Bölgə bitki və heyvanat aləmi baxımdan çox zəngindir. == Ümumi məlumat == Şəlalə Krasoyarsk diyarının Kuraqin rayonu ərazisində, İrkutsk vilayəti ilə sərhəddə yerləşir.
Korab şəlaləsi
Korab şəlaləsi (Proyfel) — Makedoniya Respublikasının qərbində, Albaniya ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Mavrovo Milli Parkı ərazisində yerləşir. Dlaboça çayının yuxarı axarlarındadır. Dlaboça çayı öz növbəsində Radika çayının hövzəsinə daxildir. Şəlalə Korab dağının ətəklərindən aşağı doğru axır. Şəlalə Mal-Korab dağının ətəklərinə yağan qarın əriməsi sayəsində formalaşır. Şəlalənin intensivliyi mövsümdən alılı olaraq dəyişir. Korab şəlaləsi nəyinki Makedoniyanın həm də bütün Balkan yarımadasının ən hündür şəlaləsidir. İnzibati baxımından Makedoniyanın Mavrovo və Rostuşa rayonu ərazisinə daxildir. == Təsviri == Onun ölçüləri ölçmə xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Krimler şəlaləsi
Krimler şəlaləsi (alm. Krimmler Wasserfälle‎) — Avstriyada kaskad şəlalə. Şəlalə eyni adlı Krimler-Ahental çayının üzərindədir (Zalçah çayının qolu). Avropanın ən böyük kaskad şəlalərdən biri. == Ümumi məlumat == Krimlerin ümumi hündürlüyü 385 metrdir. Krimler Avstriyanın ən hündür şəlaləsidir. Şəlalə Yüksək Tauern Milli Parkının ərazisindədir. Üç kaskaddan ibarətdir: Yuxarı, orta və aşağı. Kaskadların hündürlüyü belədir: 145 m, 100 m и 140 m). 30 milyon il əvvəl Alp dağlarının qalxması nəticəsində formalaşmışdır.
Kuperle şəlaləsi
Kuperle şəlaləsi — Nuquş çayının bir qolu olan Kuperle üzərində yerləşən şəlalə. Başqırdıstan Respublikasının Mələuez rayonu, Başqırdıstan Milli Parkı ərazisində yerləşir. yaxınlığında Kuperle karst körpüsü vardır. Şəlalənin hündürlüyü 15 metrdir. == Həmçinin bax == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kuperle şəlaləsi ilə əlaqəli mediafayllar var.
Kxon şəlaləsi
Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəlalə kaskad tiplidir və astanalardan ibarətdir. == Ümumi məlumat == Şəlalə Kamboca sərhəddindən 3,5 km şimalda yerləşir. Əslində Kxon böyük astanadır. Şəlalənin rəsmi adı Khonephapheng Waterfaldır. Dünyada daha çox Kxon kimi tanınır. Bəzən Kon terminidə işlədilir. Ehtimal olunur ki, şəlaləni 1920-ci ildə E. Kxoxan adlı səyyah aşkar etmiş. Onun şərəfinə şəlalə belə adlandırılmış.
Laton Şəlaləsi
Laton şəlaləsi - İranda, Gilan ostanının Astara şəhərində yerləşir, hündürlüyü 105 metrdir. Laton çayı Spinas dağlarından başlayır, daha sonra Ləvəndəvil çayına qoşulur və nəhayət Xəzər dənizinə tökülür.
Ləzə şəlaləsi
Ləzə şəlaləsi və ya Laza şəlaləsi — Qusar rayonunda yerləşən şəlalə. == Haqqında == Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir. Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir. 2024-cü ilin avqustunda baş vermiş güclü leysan yağışı şəlalənin daşmasına səbəb olmuşdur.
Manavqat şəlaləsi
Manavqat — Türkiyənin Antalya ilində şəlalə. Manavqat şəlaləsi Manavqat çayı üzərində, Side şəhəri yaxınlığında, Manavqat şəhərinin 3 km-də yerləşir. Hündürlüyü 4 metr, eni isə 40 metrdir. Çayın bol sulu dövründə şəlalə bəzən su altında qalır. Şəlalədən 12 km şimalda Oymapınar su anbarı yerləşir. Çay öz başlanğıcını Antaliyadan 76 km şərqdən, Tavr dağlarından götürür. == Ümumi məlumat == Şəlalə bölgənin görməli yerlərindən biri hesab olunur. Şəlalə öz adını Manavqat çayından götürmüş. Keçən əsrin 80-cı illərdən ziyarətə açıq elan olunmuş. Manavqat sözü «Manauva» sözündən meydana gəlmiş və mənası "ilahənin məbədi" deməkdir.
Matsumi şəlaləsi
Matsumi şəlaləsi (松見の滝, Matsumi no taki) – Yaponiyanın Aomori prefekturasının Tovada şəhərində yerləşən şəlalə. Tovada gölündən axan Oyrase çayının qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir.
Marqun şəlaləsi
Marqun şəlaləsi- Fars ostanının Ərdəkan şəhərinin yaxınlığında yerləşir.
Kuang Si şəlaləsi
Kuang Si (laos ຕາດກວາງຊ, oxu. «tat kvanpxsi») — Laosun Luang Prabang əyalətində şəlalə. Şəlalə ölkənin Tam Kuang Si Milli Parkında yerləşir. Tipinə görə kaskad və mərtəbəlidir. Ümumi hündürlüyü 60 metr, əsas kaskadın hündürlüyü 54 metrdir. Şəlalə əsas 4 kaskaddan ibarətdir. == Ümumi məlumat == Kuang Si şəlaləsi Luang Prabang şəhərindən 32 km cənubda, Mekonq çayının sol sahilindədir. Ərazidə eyni adlı milli park yaradılıb. Şəlalə əsas və üç kiçik kaskaddan ibarətdir. Əsas kaskadın hündürlüyü 54 metrdir.

"şəlaləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəlaləsi nədir? #şəlaləsi sözünün mənası #şəlaləsi nə deməkdir? #şəlaləsi sözünün izahı #şəlaləsi sözünün yazılışı #şəlaləsi necə yazılır? #şəlaləsi sözünün düzgün yazılışı #şəlaləsi leksik mənası #şəlaləsi sözünün sinonimi #şəlaləsi sözünün yaxın mənalı sözlər #şəlaləsi sözünün əks mənası #şəlaləsi sözünün etimologiyası #şəlaləsi sözünün orfoqrafiyası #şəlaləsi rusca #şəlaləsi inglisça #şəlaləsi fransızca #şəlaləsi sözünün istifadəsi #sözlük