* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması. 2. Bir şeyin həqiqiliyini, düzlüyünü rəsmən təsdiq etmək üçün bir işdə iştirak etmə. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahidliyi ilə Zeynalın Mehribanla yenidən evlənməsi zaqsda qeyd olundu. S.Hüseyn. 3. Məhkəmədə: şahidin verdiyi məlumat; şəhadət. Şahverdi yalançı şahidlik eləyib çox adamı nahaqdan tutdurubmuş. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / şahidlik2 сущ. свидетельство: 1. сообщение, показание лица, бывшего очевидцем чего-л. Onun şəxsi şahidliyi ilə по его собственному свидетельству, hadisəni gözü ilə görənlərin şahidliyi свидетельство очевидцев 2. присутствие при чём-л. для официального удостоверения подлинности чего-л. Şahidlik üçün çağırmaq вызвать для свидетельства 3. дача свидетельских показаний на суде. Bu işin şahidliyini boynuma çəkirəm свидетельство по этому делу беру на себя; məhkəməyə şahidlik üçün çağırılma вызов в суд для свидетельства, şahidlik etmək свидетельствовать
Azərbaycanca-rusca lüğət / şahidlik1 i. evidence testimony; illustration; ~ etmək to witness (d.); to testify (to); (əleyhinə) testify (against)
Azərbaycanca-ingiliscə lüğət / şahidlik