* Sözün müxtəlif mətnlərdə yazılışı.
(Ağsu, Cəlilabad, Kürdəmir, Lənkəran, Tərtər) aşılanmış göndən hazırlanan çarıq. – Qocalar şatırı geyməyi xoşdiyillər (Ağsu); – Şatırı çarıx möhkəm olur (Kürdəmir); – Bağır şatırı çarıx geymişdi (Lənkəran); – O və:də şatırı çarığı varrılar geyərdi (Tərtər) Şatırı çıxmağ (Salyan) – yorulmaq, əldən düşmək
Azərbaycan dilinin dialektoloji lüğəti.