satira sözü azərbaycan dilində

satira

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • satira • 71.6883%
  • Satira • 27.7922%
  • SATİRA • 0.5195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.

satira sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Cəmiyyətdəki mənfilikləri, eybəcərlikləri gülməli və kəskin şəkildə ifşa və təsvir edən bədii əsər. C.Məmmədquluzadənin satiraları. – Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq. 2. İfşaedici, acı, öldürücü gülüş. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / satira

satira sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SATİRA Oxucum, etiraf edirəm qəlbən; Satira gəlməyir mənim əlimdən (S.Vurğun); GÜLGÜ Tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır (C.Məmmədquluzadə); HƏCV (köhn.) Firənglərin böyük filosof şairi Volter on iki yaşında həcv yazırmış (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / satira

satira sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SATİRA – KOMEDİYA Satira nöqsanlara və zəif cəhətlərə istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V.Belinski.); Komediyanın əsasını acı gülüş təşkil edir ki, bu da tənqid üsullarından ən qüvvətlisidir (F.Qasımzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / satira

satira sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. сатира: 1. способ проявления комического в искусстве, состоящий в уничтожающем осмеянии автором порочных явлений 2. произведение искусства (чаще литературы), в котором резко, язвительно обличаются, осмеиваются отрицательные явления действительности. M. Ə. Sabirin satiraları сатиры М. А. Сабира 3. язвительная, злая насмешка, резкое обличение. Satira atəşinə tutmaq подвергнуть огню сатиры

    Azərbaycanca-rusca lüğət / satira

satira sözünün inglis dilinə tərcüməsi

satira sözünün fransız dilinə tərcüməsi

satira sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] сатира (1. яшайишда авай бязи кимивилер, бязи инсанрик квай пис гьалар, пис къилихар, хесетар хцидаказ ва хъуьредай шикилда дуьздал акъуддай бедии эсер; 2. айибар дуьздал (винел) акъуддай, туькьуьл хъвер).

    Azərbaycanca-ləzgicə lüğəti / satira

satira sözünün türk dilinə tərcüməsi

"satira" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#satira nədir? #satira sözünün mənası #satira nə deməkdir? #satira sözünün izahı #satira sözünün yazılışı #satira necə yazılır? #satira sözünün düzgün yazılışı #satira leksik mənası #satira sözünün sinonimi #satira sözünün yaxın mənalı sözlər #satira sözünün əks mənası #satira sözünün etimologiyası #satira sözünün orfoqrafiyası #satira rusca #satira inglisça #satira fransızca #satira sözünün istifadəsi #sözlük