* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. – [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı sevən alimlərin elmi ixtiraları yarımçıq qalmasın. S.Rəhimov. Zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir. Mir Cəlal. □ İxtira etmək (eləmək) – yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək. // Əsasını qoymaq, yaratmaq. Bu qəzet kim olub cahanda buna; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu vaxta qədər dörd ixtira eləmişdir. C.Cabbarlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası. – …Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar… C.Məmmədquluzadə. 2. dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır. □ İxtira etmək məc. – uydurmaq, qondarmaq. [Dostum] tüfəngləri tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ixtira2 İXTİRA’ ə. 1) icad etmə, düzəltmə; icad; 2) m. uydurma, düzəltmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ixtira3 Sənayenin və təsərrüfatın digər fəaliyyət sahələrində konkret problemin praktik həllinə imkan verən, patent qabiliyyəti şərtlərini ödəyən yeni həll
Terminlər lüğəti / ixtira4 1) elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; 2) bu yeniliyin aşkar edilməsi; 3) yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. 4) məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; 5) xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; 6) məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; 7) sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / ixtira3 İXTİRA (elm sahəsində və başqa sahədə bir şey tapma, açma vəs.) [Sultan:] Ya ixtira, ya da qeyri ixtira, sən özün soruşarsan, onlar da səni başa salarlar (S.Rəhimov); İCAD (dan.) Mahmud: İnsanın kosmik fəzalara uçmasında, elektron maşınların icadında necə böyük rol oynayır... (M.İbrahimov); KƏŞF Təbiidir ki, o bu kəşflə hamıdan çox fəxr edir (M.Hüseyn).
Azərbaycan dilinin sinonimlər lüğəti / ixtira2 сущ. изобретение: 1. создание чего-л. нового, прежде неизвестного. Radionun ixtirası изобретение радио 2. то, что изобретено. Yeni ixtiralar новые изобретения, qiymətli ixtira ценное изобретение, mühüm bir ixtira важное изобретение, ixtiraların istehsalatda tətbiqi внедрение изобретений в производство, yüksəkoktanlı benzin Azərbaycan alimlərinin ixtirasıdır высокооктановый бензин – изобретение азербайджанских учёных 3. разг. перен. выдумка, затея. Bu sənin ixtirandır это твое собственное изобретение; ixtira eləmək (etmək) изобретать, изобрести: 1. создавать, создать что-л. новое, прежде неизвестное 2. перен. придумывать, придумать
Azərbaycanca-rusca lüğət / ixtira1 is. invention f ; imagination f ; ~ etmək inventer vt, imaginer vt
Azərbaycanca-fransızca lüğət / ixtira1 [ər.] сущ. ихтира (1. акъудун, жугъурун, туькӀуьрун, расун (цӀийи, авачир, малум тушир са затӀ); бине эцигун; гьахьтин цӀийиз акъуднавай затӀ вич; ixtira etmək (eləmək) ихтира авун, акъудун, туькӀуьрун, жугъурун, расун (цӀийи, малум тушир са затӀ; мес. телефон); 2. пер. рах. вичелай туькӀуьрай гаф, ттаб; ixtira etmək вичелай туькӀуьрун, ттабун).
Azərbaycanca-ləzgicə lüğəti / ixtira