Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur.
Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar.
Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər.
== Tarixi ==
Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.