Alınaq Noyon
Alınaq Noyon (ö. 1284, Elxanilər dövləti) — Elxani dövlətində xidmət etmiş komandanlardan biri və Gürcüstan hakimi. O, Elxani hökmdarı Əhməd Təkudarın kürəkəni idi. Onun Hülakü xanın komandanlarından biri olmuş Tügür Bitikçinin oğlu olduğu ehtimal edilir.
== Həyatı ==
Alınaq Əhməd Təkudarın taxt uğrunda mübarizədəki rəqibi Arquna qarşı yürüşı komandanlıq etmişdir. Arqun yazda özünə müttəfiqlər qazanmaq və güc toplamaq üçün Xorasanı tərk etdi. Onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əyanlar idilər. Eyni zamanda Təkudar da özünün ögəy qardaşı olan Qonqurtayın Arqun ilə ittifaq qura biləcəyindən şübhələnməyə başladı. Beləliklə, Qonqurtay Təkudarın Gürcüstan hakimi Alınaq tərəfindən taxta qarşı sui-qəsd planlamaqda ittiham edildi və 17 yanvar 1284-cü ildə həbs edildi. Elə növbəti gün Qonqurtay edam edildi.