Alanya Arxeologiya Muzeyi
Alanya Arxeologiya Muzeyi — Türkiyənin Alanya şəhərində yerləşən arxeoloji muzey. Muzey arxeoloji və etnoqrafik eksponatların nümayiş olunduğu 2 hissəyə bölünür. Burada çoxsaylı keramika, mərmər, tunc və şüşə məmulatları, həmçinin Ellinistik, Roma və Bizans dövrlərinə aid mozaikalar var.
II-ci əsrə aid olan, hündürlüyü 52 sm. (20 düym) çatan Heraklın tunc heykəli xüsusi diqqət çəkir.1967-ci ildə yaradılmış muzey 2012-ci ildə təmir edilmişdir.
== Tarixi ==
Muzeyin əsası 1967-ci ildə qoyulub. Muzeyin açılışı zamanı eksponatlar Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyi tərəfindən təmin edilib. Bu əsərlər erkən tunc dövrü, Urartu, Frigiya və Lidiya dövrlərinə aiddir. 2 bölmədə arxeoloji və etnoqrafik artefaktlarla bağlı eksponatlar nümayiş etdirilir. Muzeyin kolleksiyalarına Ellinistik, Roma və Bizans dövrlərinə aid əşyalar daxildir.