Albaniyan sözü azərbaycan dilində

Albaniyan

Yazılış

  • Albaniyan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albaniyanın beynəlxalq reytinqləri
Albaniyanın beynəlxalq reytinqləri. == Mədəniyyət == Newsweek Dünyanın Ən Yaxşı Ölkələri 2010, 100 ölkə arasında 57-ci yer. == Demoqrafiya == Əhali, 2016: 196 ölkə arasında 137-ci yer. Gözlənilən Ömür 2016, 183 ölkə arasında 37-ci yer. == İqtisadiyyat == İqtisadi Azadlıq İndeksi 2012, 179 ölkə arasında 57-ci yer. İş Eləmə Asanlığı İndeksi 2017, 190 ölkə arasında 58-ci yer. Bərabərsizliyə Görə Düzəldilmiş Humanitar İnkişaf İndeksi 2015, 151 ölkə arasında 55-ci yer. Ticarət Azadlığı İndeksi 2016, 179 ölkə arasında 10-cu yer. Maliyyə Azadlığı İndeksi 2016, 179 ölkə arasında 35-ci yer. Valyuta İndeksi 2016, 181 ölkə arasında 49-cu yer.
Albaniyanın bölünməsi
Albaniyanın bölünməsi (alb. Copëtimi i Shqipërisë) — Albaniya nümayəndə heyəti Vloreyada toplaşdıqdan sonra, gələcək Albaniya dövlətinin sərhədlərinin təyini 28 noyabr 1912-ci ildə elan edildi. Bir çox cəhətdən Albaniyanın cənub və şimal sərhədləri Birinci Balkan müharibəsinin iki döyüşü ilə təyin olundu: Bizani döyüşü və Şkodra mühasirəsi. Bu döyüşlərdə bir tərəfdən Yunan və Monteneqronun qüvvələri , digər tərəfdən isə Osmanlılar (bu döyüşlərdə albanlar Osmanlı İmperiyasının əhəmiyyətli bir hissəsini təşkil edirdi.) döyüşürdü. Böyük dövlətlərin iştirakı ilə keçirilən bir sıra beynəlxalq görüşlər də sərhədlərin müəyyənləşdirilməsinə təsir göstərmişdir. London Barışıq Konfransı 29 iyul 1913-ci ildə, dünyanın altı super güclü dövləti - İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya, Almaniya və İtaliya - tərəfindən Albaniyanın sərhədləri razılaşdırıldı. Lakin, Albaniya milli hərəkatının nümayəndələri konfransın qərarını ölkənin bölünməsi kimi qəbul etdi, çünki albanların bir hissəsi Albaniya vilayətinə daxil olmadığı ərazidə qalmalı idi. Birinci Dünya müharibəsi illəri və sonrası Albaniyanı bölməyi planlaşdırdılırdı. Lakin bu planlar reallaşmadı və Albaniya öz suverenliyini qorudu. Onu bölmək cəhdləri İkinci Dünya müharibəsi və müharibədən sonrakı illərdə də davam etdi..
Albaniyanın bərpa olunan enerjisi
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir. Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır. == Su elektrik stansiyaları == Elektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı. == Günəş elektrik stansiyaları == BMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi. Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı (alb. Lista e misioneve diplomatike të Shqipërisë) - Albaniyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Siyahıda fəxri konsul vəzifəsinə sahib şəxslərin yaşadığı ölkələr qeyd edilməyib. Albaniyanın dünyanın dörd qitəsində yerləşən 43 səfirliyi və 6 müvəqqəti akkreditə olunmuş nümayəndəliyi mövcuddur. 2013-cü ildə keçirilmiş seçkilərdən sonra ölkənin Xarici İşlər Naziri Dmitri Buşati hökumətin iqtisadi böhran səbəbindən bəzi ölkələrdə yerləşən səfirliklərini bağladığını açıqlamışdır. 2014-cü ildə Albaniya Kuala-Lumpur (Malayziya), Lissabon (Portuqaliya), Sarayevo (Bosniya və Herseqovina) və Yeni Dehli (Hindistan) də yerləşən səfirliklərini bağlamışdır.
Albaniyanın milli geyimləri
Albaniya milli geyimləri (alb. Veshjet Tradicionale Shqiptare; Veshjet Kombëtare; Veshjet Popullore və ya Kostumet Kombëtare) bütöv Albaniya və alban dilində danışılan ərazilərdən və icmalardan (İtaliyada arbereşilər, Yunanıstanda arvanitlər və Xorvatiyada arbanaslar daxil olmaqla) 200-dən çox müxtəlif geyim növünü əhatə edir. Albaniya geyimlərinin yazılı tarixi antik dövrə aid olunur. Geyim İlliriya dövründən başlayaraq bu milləti digər Avropa ölkələrindən fərqləndirən amillərdən biridir. Albaniyanın demək olar ki, hər mədəni və coğrafi bölgəsində detalları, materialı, rəngi, forması və vəziyyəti ilə fərqlənən özünəməxsus kostyum çeşidi var. Alban xalq geyimi tez-tez günəşlər, qartallar, aylar, ulduzlar və ilanlar kimi İlliriya antik bütpərəst mənşəli simvolik elementlərlə bəzədilir. Paltarlar ənənəvi olaraq toxucu dəzgahlarında formaya salınan parçalardan istehsal olunur. Ölkənin şimal hissəsində indiki zamanda belə bəzi mühafizəkar yaşlı kişilər və qadınlar gündəlik həyatlarında ənənəvi geyimlərdən istifadə edirlər. Bunun əvəzinə, cənubdan yaşayan yaşlı qadınlar tamamilə qara rəngli paltarla üstünlük verilər. == Hissələri == Albaniya geyimi aşağıdakılardan ibarətdir: === Baş geyimləri === ==== Kişi üçün ==== Aşağıdakı baş geyimləri kişilər üçün nəzərdə tutulmuşdur: Qeleşe, keçe və ya plisi Albaniyada və Kosovoda və Yunanistanın və Şimali Makedoniyanın alban dilində danışan bölgələrində kişilərin geyindiyi bir papaq növüdür.
Albaniyanın vergi sistemi
Albaniyada vergilər həm dövlət həm də bələdiyyə səviyyəsində tutulur. Ölkədə olan əsas vergi növləri gəlir vergisi, sosial müdafiə üçun yığım vergisi, qazanc vergisi və əlavə dəyər vergisidir ki, bunların hamısı dövlət səviyyəsində alınır. Ölkədə övlət səviyyəsində vergi yığımı ilə "Dövlət vergi xidməti" (alb. Drejtoria e Përgjithshme e Tatimeve) məşğuldur. 2014-cü ildən etibarən, Albaniyada gəlir vergisi üç faiz dərəcəsi ilə tutulur. Albaniyada əvvəllər 2008-ci ildə illik gəlirin 10% -i nisbətində vergitutma sistemi qurulmuşdu. Əlavə dəyər vergisi iki fərqli dərəcə ilə alınır: 20 faizlik standart dərəcədə və dərman məhsulları üçun olan 10%.dərəcəsində. Sosial təminat və tibbi sığorta ödənişləri iş və aylıq gəlirə görə ödənilir və 22.000–95.130 Alban leki arasında dəyişir. Sosial təminat üçun işçilər gəlirlərinin 9,5 faizini, işəgötürənlər isə gəlirlərinin 15 faizini ödəyir. Tibbi sığorta həm işçi, həm də işəgötürən üçün 1.7 dərəcəsi ilə tutulur.
Albaniyanın ətraf mühiti
Albaniyanın ətraf mühiti flora, fauna və müxtəlif formalı çayları ilə diqqəti cəlb edir. Ətraf mühit həm də müxtəlif ekoloji bölgələrdən ibarətdir ki, ölkənin təbii coğrafi ekosistemini təmsil edir. Bura həmçinin su tədcizatı sistemləri, bərpa olunan resurlar və s. daxildir. Dağlıq relyef Albaniyanın əsas hissəsinin təşkil edir. Digər ərazilər yüksəkliklərədən ibarət olub dərin dərələrlə parçalanmış. Bu ərazilər məhsuldar torpaqları ilə tanınır. Ümumən Albaniya ərazisinin 70 % -ni hündürlüyü 2751 metrə qədər olan dağlar və yüksəkliklər təşkil edir. Albaniyanın dağlıq landşaftı heç də İsveçrə və Avstriyadan geri qalmır. Dəniz sahilli çimərlikləri çox cəlb edicidir.
Albaniyanın Baş naziri
Albaniyanın Baş naziri, rəsmi şəkildə Albaniya Respublikasının Baş naziri — Albaniya hökumətinin başçısıdır.

"albaniyan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#albaniyan nədir? #albaniyan sözünün mənası #albaniyan nə deməkdir? #albaniyan sözünün izahı #albaniyan sözünün yazılışı #albaniyan necə yazılır? #albaniyan sözünün düzgün yazılışı #albaniyan leksik mənası #albaniyan sözünün sinonimi #albaniyan sözünün yaxın mənalı sözlər #albaniyan sözünün əks mənası #albaniyan sözünün etimologiyası #albaniyan sözünün orfoqrafiyası #albaniyan rusca #albaniyan inglisça #albaniyan fransızca #albaniyan sözünün istifadəsi #sözlük