Albaniyasında sözü azərbaycan dilində

Albaniyasında

Yazılış

  • Albaniyasında • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qafqaz Albaniyasında kilsələr
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Kommunist Albaniyasında islam
Kommunist Albaniyasında İslam — Albaniya Əmək Partiyası və Ənvər Xoca tərəfindən idarə olunan bu rejim üçün təhlükə hesab olunurdu. Kommunist hökuməti alban kimliyinə nail olmaq üçün alban millətçiliyi vasitəsilə kommunist partiyasının sosial, mədəni və dini təbliğatı ilə Alban cəmiyyətini kökündən dəyişdirməyə çalışırdı. Milli dirçəliş dövründən və müharibə dövründən götürülmüş dünyəviləşmə prinsipləri müharibədən sonrakı dövrdə də istifadə olunmağa davam etdi. Bundan əlavə, dini ictimai sahədən təcrid etmək üçün daha radikal yanaşmalar tətbiq olundu və Albaniya 1967-ci ilə qədər özünü ateist dövlət elan etməyə imkan verdi. Albaniyada müsəlmanların tətbiq etdiyi islam kommunizm dövründəki təqiblərə görə köklü dəyişikliklərə məruz qalmışdır. Müsəlman ruhaniləri həbsxanaya atılır, minarələrin, məscidlərin, təkkələrin və sufi ziyarətgahlarının əksəriyyəti dağıdılır, müsəlmanların dini ayinləri qadağan edilirdi. İslam dininin tərəfdarları xüsusi xidmət orqanları tərəfindən dövlət nəzarətinə məruz qalır, itaətsiz vətəndaşlar isə cəzalandırılırdı. Nəticədə, Albaniya kommunist rejimi altında doğulan uşaqların İslam dini haqqında heç bir məlumatı yox idi. == Ayrı-seçkilik və yeni təqib (1945–1966) == İkinci Dünya müharibəsindən sonra kommunist rejimi hakimiyyətə gəlir və əksəriyyəti Albaniyanın cənubundan olan müsəlmanlar ilk olaraq kommunist rəhbərliyində, o cümlədən Ənvər Xoca (1908–1985) və onun müavini Mehmet Şehu (1913–1981) təmsil olundular. Alban cəmiyyəti hələ də ənənəvi olaraq dörd dini icma arasında bölünmüşdü.

"albaniyasında" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#albaniyasında nədir? #albaniyasında sözünün mənası #albaniyasında nə deməkdir? #albaniyasında sözünün izahı #albaniyasında sözünün yazılışı #albaniyasında necə yazılır? #albaniyasında sözünün düzgün yazılışı #albaniyasında leksik mənası #albaniyasında sözünün sinonimi #albaniyasında sözünün yaxın mənalı sözlər #albaniyasında sözünün əks mənası #albaniyasında sözünün etimologiyası #albaniyasında sözünün orfoqrafiyası #albaniyasında rusca #albaniyasında inglisça #albaniyasında fransızca #albaniyasında sözünün istifadəsi #sözlük