Alfa-metilstirol
Alfa-metilstirol (izopropenilbenzol) – aromatik karbohidrogenlərin (arenlər) sinfinə daxil olan üzvi birləşmədir, molekul formulu C9H10-dur.
== Alınması ==
α-Metilstirolu sənayedə benzolun propilenlə alkilləşməsi və daha sonra izopropilbenzolun (kumolun) palladium-nikel katalizatoru üzərində dehidrogenləşməsi üsulu ilə alırlar. Bundan başqa, α-metilstirolu yüksək temperaturda (200–300oC) dimetilfenilkarbinolun – izopropilbenzolun avtooksidləşməsindən alınan hidroperoksidin minerl turşular iştirakında parçalanmasın məhsulunun dehidratasiyasından da alırlar.
== Fiziki xassələri ==
α-Metilstirol kəskin spesifik iyli rəngsiz mayedir. Suda 0,01% həcmdə həll olur. Qaynama temperaturu 165,38oC, ərimə temperaturu −23,14oC-dir. Xüsusi istilik tutumu 0,4 kal/q (oC), buxarlanma istiliyi 96,66 kkal/mol, polimerləşmə istiliyi 8,4 kkal/mol, polimerləşmə entropiyası 26 kal/mol-dur.
== Kimyəvi xassələri ==
α-Metilstirol aromatik birləşmələrin və alkenlərin kimyəvi xassələrinə malikdir. Özü-özlüyündə polimerləşmir, havada saxlanıldıqda asetofenona və formaldehidə qədər oksidləşir. Ion polimerləşmədə ionlaşdırıcı katalizatorların (butullitlər, BF3-ün sadə efirlərlə kimpleksləri, kalium və digər qələvi metallar) radiasiya və ya UB-şüalanmanın təsiri ilə yüksəkmolekullu polimerlər; radikal polimerləşmədə isə – dimerlər və oliqomerlər əmələ qətirir; stirol, butadien, akrilonitril, vinilxlorid və s.