Alqologiya
Alqologiya — yosunları tədqiq edən elm sahəsi, botanikanın bölməsi.
Yosunların istifadəsi haqqında ilk qeyd erkən Çin ədəbiyyatında verilir. Qədim yunanlar və romalılar yosunları tədqiq etmiş, qədim çinlilər isə hətta müəyyən növlərindən qida kimi istifadə etmişdir, lakin yosunların elmi tədqiqi XVIII əsrin axırlarında başlamışdır. Teofrast (e.ə. 372–287) və Aristotel (e.ə. 384–322) onları "kol" və "ot bitkiləri" kimi qruplaşdırmasından bəri bitkilərin təsnifatı bir çox dəyişikliklərə məruz qalmışdır.
Alqologiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.