Alyoşa Caparidze
Prokofi Caparidze və ya Alyoşa Caparidze (gürc. პროკოფი აპრასიონის ძე ჯაფარიძე; 3 (15) yanvar 1880 – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycan SSR dövlət xadimi, 26 Bakı komissarından biri.
== Həyatı ==
15 yanvar 1880-ci ildə Kutaisi quberniyasının Raça qəzasının Şardometi kəndində anadan olmuşdur. 1898-ci ildə kommunist partiyasına qəbul olunub. Satsxenisi kənd məktəbində oxumuş, çəkməçilik peşəsini öyrənmişdir. 14 yaşında Tiflis şəhər məktəbində oxumuş, 1896-cı ildə isə Tiflis Müəllimlər İnstitutuna daxil olmuşdur. 1900-cü ildə İnstitutdan qovulmuş və həbs edilmişdir. Bir il həbsdə qaldıqdan sonra Kutaisi quberniyasına sürgün olunmuşdur. 1901–1904-cü illərdə RSDFP Qafqaz İttifaq Komitəsinin və İmereti-Minqreli Komitəsinin üzvü seçilmişdir.
1904-cü ilin avqustundan başlayaraq Bakıda fəaliyyət göstərməyə başlamış, 1904-cü il dekabr tətilinin rəhbərlərindən biri olmuşdur.