amper-saniyə sözü azərbaycan dilində

amper-saniyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • amper-saniyə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə = 1 dəqiqədir.
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsadə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun . Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz - amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Amper çayı
Amper (alm. Amper, Ammer‎) — Almaniyanın Bavariya bölgəsindən axan çay. == Əsas göstəriciləri == Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 кm²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Andre Mari Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.

amper-saniyə sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#amper-saniyə nədir? #amper-saniyə sözünün mənası #amper-saniyə nə deməkdir? #amper-saniyə sözünün izahı #amper-saniyə sözünün yazılışı #amper-saniyə necə yazılır? #amper-saniyə sözünün düzgün yazılışı #amper-saniyə leksik mənası #amper-saniyə sözünün sinonimi #amper-saniyə sözünün yaxın mənalı sözlər #amper-saniyə sözünün əks mənası #amper-saniyə sözünün etimologiyası #amper-saniyə sözünün orfoqrafiyası #amper-saniyə rusca #amper-saniyə inglisça #amper-saniyə fransızca #amper-saniyə sözünün istifadəsi #sözlük