Alpər sözü azərbaycan dilində

Alpər

Yazılış

  • Alpər • 99.5575%
  • alpər • 0.4425%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alpər Gezeravcı
Alpər Gezeravcı (türk. Alper Gezeravcı; 2 dekabr 1979, Mersin, Silifke) – hərbi və mülki pilot, mühəndis və 19 yanvar 2024-cü ildə həyata keçirilən SpaceX AX-3 missiyasının ekipaj üzvü olaraq Türkiyənin ilk kosmonavtı. == Həyatı == Alpər Gezeravcı 2 dekabr 1979-cu ildə Türkiyənin Silifke şəhərində anadan olub. İstanbulda Hərbi Hava Qüvvələri Akademiyasında oxuyub və burada Elektron Mühəndisliyi üzrə üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Rayt-Patterson HHQ bazasında yerləşən Texnologiya İnstitutunda magistr dərəcəsini qazanıb. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarə pilotu kimi Gezeravcı T-41, SF-260, T-37, T-38, F-5, KC-135 və F-16 da daxil olmaqla bir neçə təyyarəni idarə etməkdə 15 illik təcrübəyə malikdir. Bundan əlavə, o, yeddi il Türk Hava Yolları şirkətində təyyarə kapitanı vəzifəsində çalışıb. Gezeravcı eyni zamanda uçuş direktoru, uçuş təhlükəsizliyi üzrə məsul işçi və kommersiya hava yollarının kapitanı kimi fəaliyyət göstərmişdir. Eskadrilyanın tədris aviaqrupunun komandiri kimi o, eskadrilyanın standartlara uyğunlaşdırılması və qiymətləndirilməsi, bütün təlim sənədlərinin Hərbi Hava Qüvvələri standartlarına uyğun təşkili, yoxlama uçuşlarından əvvəl bütün F-16 və KC-135R pilotları üçün imtahanların keçirilməsi və eskadrilyanın sənədlərinin standartlara uyğunluğunun nəzərdən keçirilməsinə cavabdeh idi. İdman həvəskarı olan Gezeravcı akvalanqla dalma, yelkənli qayıq idmanı, kempinq və raftinqlə məşğul olur, dağ trekinqi və at sürmədə böyük təcrübəyə malikdir.
Alpər Qul
Alpər Qul (5 dekabr 1975, Fateh, İstanbul ili) — türk aktyor və yazıçı. == Həyatı == Alpər Qul 5 dekabr 1975-ci ildə İstanbulun Süleymaniyyə şəhərində anadan olub. Lakin ailəsi Trabzonlu olduğundan atası şəxsiyyət vəsiqəsinə Trabzon yazdırıb.[mənbə göstərin] MSM-dən sonra İndiana Universitetinin teatr fakültəsində təhsilini başa vuran sənətçi 1994-cü ildən "City Theaters", "DOT", "IUSB (ABŞ)", "BKM" kimi təşkilatlarda və müxtəlif filmlərdə və seriallarda rol alıb. O, 2012-ci il dekabrın 18-də "İnsanlar aləmi" televerilişində rol aldığı Aylin Kontente ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var. == Karyerası == Brodvey tarixinin ən uzun tək nəfərlik oyunu olan "Mağara adamı" tamaşasını Türkiyədə ilk dəfə səhnələşdirib. O, 2 oktyabr 2009-cu ildə başlayan bir mövsüm üçün "BKM"də tək adamlıq oyununu ifa edib. 2010-cu ildə yazdığı bir nəfərlik "Atamın oğlu" əsərini 3 il Türkiyə və Avropada səhnələşdirib. 2010-cu ildə ilk dəfə səhnəyə qoyulan AUT teatr tamaşasına görə ilin yazıçısı mükafatını alıb. 2011-ci ildə yazdığı "Barselona" adlı teatr oyunu İkinciqat teatrında tamaşaya qoyulub.
Barış Alpər Yılmaz
Barış Alpər Yılmaz (23 may 2000, Əkizdərə[d], Rizə ili) — Qalatasaray FK klubunda sağ cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu kimi çıxış edən türk milli futbolçusudur.
Alpərən Ocaqları
Alpərən Ocaqları (türk. Alperen Ocakları), rəsmi olaraq Alperen Ocaqları Təhsil, Mədəniyyət və Həmrəylik Vəqfi (türk. Alperen Ocakları Eğitim Kültür ve Dayanışma Vakfı) və ya sadəcə olaraq Alpərənlər — Türkiyədə Böyük Birlik Partiyası ilə əlaqəli ifrat sağçı gənclər təşkilatı. == İdeologiyası == Alpərən Ocaqlarının ideologiyası sünni islam ilə türk milliyətçiliyinin sintezidir. Bu, milliyyətçiliyə günah kimi baxan islamçılar və dini əhəmiyyətsiz hesab edən milliyətçilər tərəfindən tənqid edilən ideologiyadır. Bununla belə, onlar Ülkü Ocaqlarından daha çox milliyətçilik əvəzinə dinə meyl etmələri kimi bəzi aspektlərdə fərqlənirlər. Həmçinin, Alpərənlər Türkiyədə türklər, lazlar, çərkəzlər, kürdlər və ərəblər də daxil olmaqla, bütün etnik qrupların əl-ələ verərək ölkəni müdafiə etməli olduqlarını, Ülkü Ocaqlarının isə yalnız etnik türklərin qayğısına qaldığını iddia edirlər. Alpərənlər heç bir etnik qrupu marjinallaşdırmadan, bütün insanları Adəm övladı kimi görərək türk millətinə qarşı dərin sevgi, bağlılıq və məsuliyyət yaratmaq istədiklərini iddia edirlər.

alpər sözünün leksik mənası və izahı

alpər sözünün etimologiyası

Oxşar sözlər

#alpər nədir? #alpər sözünün mənası #alpər nə deməkdir? #alpər sözünün izahı #alpər sözünün yazılışı #alpər necə yazılır? #alpər sözünün düzgün yazılışı #alpər leksik mənası #alpər sözünün sinonimi #alpər sözünün yaxın mənalı sözlər #alpər sözünün əks mənası #alpər sözünün etimologiyası #alpər sözünün orfoqrafiyası #alpər rusca #alpər inglisça #alpər fransızca #alpər sözünün istifadəsi #sözlük