arayış sözü azərbaycan dilində

arayış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • arayış • 95.9912%
  • Arayış • 3.6881%
  • ARAYIŞ • 0.3207%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Arayış (film, 1986)

arayış sözünün leksik mənası və izahı

  • 1 is. 1. Arama, axtarma işi. 2. Bir şey haqqında şifahi və ya yazılı məlumat. Arayış almaq. Arayış vermək. Arayış üçün müraciət etmək. Arayışa möhür vurdurmaq. Arayış kitabçası (məlumat kitabçası). – [Dəmirov] telefona yaxınlaşıb arayış bürosu vasitəsilə teatrın telefon nömrəsini öyrəndi. S. Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / arayış
  • 2 1) yoxlama (sənəd); 2) istinad; 3) arama, axtarma işi; 4) bir şey və ya bir şəxs haqqında şifahi və ya yazılı məlumat.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / arayış

arayış sözünün sinonimləri (yaxın mənalı sözlər)

arayış sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. справка: 1. документ с какими-л. сведениями. İş yerindən arayış справка с места работы, tibbi arayış медицинская справка 2. пояснение, разъяснение по какому-л. вопросу II прил. справочный. Arayış şöbəsi справочный отдел

    Azərbaycanca-rusca lüğət / arayış

arayış sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. (sənəd) certificate; sağlamlıq haqqında ~ health certificate; iş yerindən ~ reference; 2. (məlumat) information, reference; ~ almaq üçün müraciət etmək to apply for information II. s. reference; ~ bürosu inquiry office; information, bureau

    Azərbaycanca-ingiliscə lüğət / arayış

arayış sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) certificat m ; attestation f ; iş yerindən ~ référence f ; məhkəməyə düşmə barədə ~ tələb etmək demander un extrait du casier judicière ; tibbi ~ certificat médical ; 2) information f ; renseignement m ; ~ toplamaq prendre des renseiugnement sur qn, sur qch ; 3) de renseignement ; d’information ; de référence ; ~ şöbəsi bureau m de renseugnement

    Azərbaycanca-fransızca lüğət / arayış

arayış sözünün ləzgi dilinə tərcüməsi

"arayış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arayış nədir? #arayış sözünün mənası #arayış nə deməkdir? #arayış sözünün izahı #arayış sözünün yazılışı #arayış necə yazılır? #arayış sözünün düzgün yazılışı #arayış leksik mənası #arayış sözünün sinonimi #arayış sözünün yaxın mənalı sözlər #arayış sözünün əks mənası #arayış sözünün etimologiyası #arayış sözünün orfoqrafiyası #arayış rusca #arayış inglisça #arayış fransızca #arayış sözünün istifadəsi #sözlük