* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf və sif. 1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fəxrəddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. // Daha çox, ziyadə. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb daha artıq bir həssaslıq və qayğı göstərirdi. M.İbrahimov. Bu səxavətli qonaqların hamısından artıq nədənsə Təbarəkin sovqatlarına fikir verilirdi. Mir Cəlal. 2. Üstün, irəli, yaxın, qiymətli, yüksək. Sən mənə hamıdan artıqsan. O kimdən artıqdır? □ Artıq tutmaq – üstün tutmaq, irəli tutmaq, daha yaxşı hesab etmək. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. C.Məmmədquluzadə. [Həsən] …zurna çalmağı da özünə sevimli bir sənət intixab edib onu hər şeydən artıq tuturdu. B.Talıblı. 3. Lazım olduğundan çox, gərəksiz, lüzumsuz. Artıq yük. Artıq aş ya qarın ağrıdar, ya baş. (Ata. sözü). [Pəricahan:] Bu qız buradan gedəsidir, artıq söz lazım deyil. S.S.Axundov. Qəhrəman, doğrudan da, evdə artıq bəzək-düzək olmağının əleyhinə idi. S.Rəhimov. □ Artıq bilmək – lüzumsuz hesab etmək, lazım bilməmək. [Gəldiyev] əlüstü həll olunan məsələni plana yazmağı artıq bilirdi. Mir Cəlal. Artıq danışmaq – lüzumsuz sözlər danışmaq. // Üstəlik. Atalar yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də artıq. M.İbrahimov. 4. İs. mənasında. Bütün ehtiyac təmin olunduqdan sonra artıq qalan şey, qalıq. Artıqları toplayıb bir yerə qoymalı. Süfrənin artığı. 5. əd. Bir işin başlamış olduğunu, yaxud olub bitdiyini bildirir. Bulud artıq başımızın üstünü almışdı. – [Gülpəri və İdris] kəndə yetişəndə artıq gecə idi. M.Hüseyn. Adamlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. M.İbrahimov. 6. əd. Daha, bundan əlavə. Artıq mənim səndən heç bir tələbim yoxdur. – Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid. // Bundan belə. Artıq mənim yarım deyil xəyalı; Heç bir qaşa bənzətmərəm hilalı. Ə.Cavad.
Azərbaycan dilinin izahlı lüğəti / artıq1 Bir mənası rusca “лучший” deməkdir. “Sən kimdən artıqsan” cümləsi “sən kimdən üstünsən, yaxşısan?” kimi başa düşülür. Artıq sözünün antonimi olan əskik sözü isə “pis” anlamını verir. “Artıq-əskik danışmaq”, “gah yaxşı, gah da pis danışmaq” deməkdir. Bu söz həm də çox anlamında işlədilir və artmaq feili ilə bağlıdır, əsl məna məhz bundan ibarətdir. “Yaxşı” mənası sonradan törəmədir. Söz həm də ədat kimi işlədilir (“artıq gecdir” deyirik). Kəlmənin ədat kimi işlədilməsi onun “çox” mənası ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / artıq1 ARTIQ – AZ Bacı, artıq söz lazım deyil (Ə.Haqverdiyev); Bacarmazsınız! Çünki milyonlardan yüz qat azsınız! (S.Vurğun). ARTIQ – ƏSKİK Orada işləyənlərdən mənim nəyim artıqdır, nəyim əskikdir? (G.Hüseynoğlu).
Azərbaycan dilinin antonimlər lüğəti / artıq1 ARTIQ I is. Bütün ehtiyac təmin olunduqdan sonra qalan şey, qalıq. [ Hacı Səməd ağa: ] Hər kəs hər nə qazansa, yediyini yeyir, artığını da gizləyir (Ə.Haqverdiyev). ARTIQ II sif. Çox, xeyli, olduqca. Bunların hamısı artıqdır. ARTIQ III is. ədat Daha, bundan əlavə. Artıq tanrı sənə dost deyil, ana! (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / artıq1 1. больше, свыше; 2. лишний, излишний; 3. излишек, остаток, избыток; 4. значительный, выжный; 5. уже, более; 6. объедки;
Azərbaycanca-rusca lüğət / artıq2 I прил. 1. лишний. Artıq pul лишние деньги, artıq söz лишнее слово 2. излишний. Artıq qayğıkeşlik излишняя заботливость, artıq diqqət излишнее внимание, artıq xərc излишний расход 3. избыточный. Artıq qidalanma избыточное питание, физ. artıq elektron избыточный электрон, artıq təzyiq избыточное давление II нареч. 1. слишком много, в большом количестве, излишне. Artıq danışırsan слишком много говоришь 2. уже. Bazar səs-küyü artıq kəsilmişdir базарная суета уже стихла, iş artıq hazırdır работа уже готова, məsələ artıq həll edilmişdir вопрос уже решён, artıq xeyli iş görülmüşdür уже много сделано 3. наконец-то, наконец. Bina artıq hazırdır здание наконец-то готово III сущ. 1. остаток. Pulun artığı остаток денег, məhsulun artığı остаток урожая 2. остатки, объедки. Stoldan artıqları yığışdır убери со стола объедки 3. излишек. Artığı üzə çıxarmaq обнаружить излишки IV послел. 1. более. İyirmidən artıq более двадцати, yüz nəfərdən artıq более ста человек 2. больше. Hamıdan artıq больше всех, hər şeydən artıq больше всего ◊ artıq mal göz çıxarmaz лишнее не помешает, маслом кашу не испортишь, artıq pul kisəni yırtmaz лишние деньги на помешают; artıq şeydir лишняя вещь; как пятое колесо в телеге; artıq danışma не болтай лишнего, держи язык за зубами; artıq dərəcədə в высшей степени; убедительно (просить); kimin kimdən nəyi artıqdır в чём преимущество кого перед кем
Azərbaycanca-rusca lüğət / artıq1 I. i. remainder, rest, remains pl., remnant; leavings pl., ərzağın artığı the remain der of the food; pulun artığı the rest of the money; naharın artığı the remains of the dinner; ~ yemək to eat* up the remnants; artığı itə vermək to give* the leavings to the dog II. s. surplus, superfluous: (lazımsız) unnecessary: ~ əhali surplus population; ~ əmtəə surplus commodities; ~ adamlar superfluous people; Siz burada artıqsınızYou are not wanted here III. z. already; no longer, any more; now; Artıq saat beşdir It’s already five o’clock; O işini artıq qurtarıb He / She has already finished his work; O artıq uşaq deyil He / She is no longer a child; O artıq burada yaşamır He / She doesn’t live here any more O artıq böyüyüb He / She is grown-up now IV. əd. 1. more than, more; beşdən ~ more than five; mümkün qədər ~ (s. bil. isimlərlə) as many as possible; (s. bilm. isimlərlə) as much as possible; bir az ~ a little more; 2. over, most of; Onun yaşı əllidən artıqdır He / She is over fifty; hamıdan ~ most of all
Azərbaycanca-ingiliscə lüğət / artıq1 is. 1) reste m ; restant m ; coupon m ; débris m pl ; fusionnement m ; artığın satılması solde m des marchandises ; xörəyin artığı restes m pl ; ~ şeyi kənar etmək élaguer vt ; 2) bribes f pl ; 3) davantage adv ; de trop ; superflu, -e ; déjà ; enfin ; encore ; ~ gec idi! Il était déjà trop tard! Bernique! (interj)
Azərbaycanca-fransızca lüğət / artıq1 нареч., прил. 1. артух; гзаф, пара, хейлин; 2. сущ. артух амукьай затӀ, артухди, амайди, чкадал аламукьайди; 3. са кардин акьалтӀ хьун ва я авалун къалурдай кӀус; 4. кӀус. мад, идалай алава; // идалай кьулухъ, къенлай-кьулухъ; ** artıq bilmək артух акун, лазим такун; artıq danışmaq артух рахун, лазим авачир гафар рахун; artıq tutmaq артух кьун, вине кьун.
Azərbaycanca-ləzgicə lüğəti / artıq