Assosiasiya sözü azərbaycan dilində

Assosiasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Assosiasiya • 51.9100%
  • assosiasiya • 48.0218%
  • ASSOSİASİYA • 0.0682%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Assosiasiya
Assosiasiya (ing. Association) — ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı şəxslərin birgə fəaliyyətini əlaqələndirən birlik forması; digər mənaları isə: 1)cəmiyyət, birlik, ittifaq; 2)kimyada molekulların və ya maddənin iki qat, üç qat və i.a. olaraq birləşməsi; 3)fiziki və ya hüquqi şəxslərin qarşılıqlı əməkdaşlıq məqsədilə könüllü birləşməsi; 4)şirkətlər, ittifaqlar; 5)psixologiyada: psixi proseslərin nisbətən davamlı rabitəsi. Müəyyən əlaqə və münasibətdə olan cismin və hadisələrin əks etdirilməsi onlar haqqındakı fikir və təsəvvürlərin əlaqələndirilməsinə səbəb olur. Sonralar cismin biri təsir etdikdə digərləri də yada düşür. Əlaqəli fikir və hadisələr də belədir. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir. Assosiasiyalar cəmiyyətin bütün institusional sahələrində (sənətkarlar gildiyaları, sənayeçilər ittifaqları, həmkarlar ittifaqları, siyasi partiya və bloklar, ictimai, elmi və dini birliklər, idman klubları, həvəskarların cəmiyyətləri və s.) yayılmışdır. Assosiasiyaların açılması və fəaliyyəti müvafiq hüquqi normalarla nizamlanır. Zaman keçdikcə Assosiasiyalar öz məqsədlərini və onlara çatma vasitələrini dəyişə bilər.
Avropa İttifaqı ilə Assosiasiya Sazişi
Avropa İttifaqı ilə Assosiasiya Sazişi — Avropa İttifaqı (Aİ) ilə Aİ üzvü olmayan dövlət arasında tərəflər arasında əməkdaşlıq üçün çərçivə təmin edən sazişdir. Əməkdaşlıq sahələri adətən siyasi, ticarət, sosial, mədəni əlaqələrin inkişafına və təhlükəsizliyin möhkəmləndirilməsinə təsir göstərir. Belə bir razılaşmanın hüquqi əsası Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilənin 217-ci maddəsi ilə yaradılmışdır. Assosiasiya sazişinin təmin edilməsi Böyük Britaniya ilə gələcək İcma əməkdaşlığının təmin edilməsi vasitəsi kimi AET-də Roma Müqaviləsinə daxil edilmişdir. Avropa Birliyi ilə assosiativ sazişlər bağlayan ilk dövlətlər 1960-cı ildə Yunanıstan və Türkiyə olmuşdur. Aİ adətən siyasi, iqtisadi, ticarət və ya məhkəmə islahatları öhdəliyi müqabilində assosiasiya sazişləri bağlayır. Bunun müqabilində əlaqəli dövlət Aİ bazarlarının bir hissəsinə və ya hamısına, kənd təsərrüfatı məhsulları bazarına və s. rüsumsuz çıxış, habelə maliyyə və ya texniki yardım ala bilər. Assosiasiya sazişinə Aİ ilə üçüncü ölkə arasında azad ticarət sazişi daxil ola bilər. Assosiasiya Sazişi bütün Aİ Üzv Dövlətləri tərəfindən ratifikasiya edilməlidir.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası (qısaca "Simurq" AMA) — Azərbaycan Respublikasında mədəniyyət sahəsində yeni tipli çoxsahəli ilk qeyri-hökumət təşkilatıdır. == Yaranma tarixi == 1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir. == Assosiasiyanın rəmzi == "Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır. == Təsisçiləri və üzvləri == "Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər. Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir.
Albaniya Futbol Assosiasiyası
Albaniya Futbol Assosiasiyası (alb. Federata Shqiptare e Futbollit, və ya FSHF) - Albaniyada futbolun rəhbər orqanıdır.Assosiasiya Albaniyanın Tirana şəhərində yerləşir.Assosiasiyanı Albaniya Super Liqası, Birinci Divizion, İkinci Divizion Üçüncü Divizion, Albaniya Kuboku və Superkubokunun milli futbol liqası təşkil edir.Albaniyanın qadınlardan ibarət milli futbol komandası, Albaniya qadınların futbol çempionatı və Albaniya Qadınlar arası futbol Kuboku da assosasiyanın nəzarəti altındadır.Assosiasiya,nəznində U-21, U-19 və U-17-lərdən ibarət Albaniya milli futbol komandası fəaliyyət göstərir. == Tarixi == Albaniya futbol Assosiasiyası 1930-cu il İyunun 6-da təsis edilib, 12 İyun 1932-ci ildə FİFA-a qoşulub və 1954-cü ildə isə UEFA-a üzv seçilib. 14 mart 2008-ci ildə Albaniya futbol Assosiasiyasına FİFA tərəfindən "ağır siyasi müdaxilə"edilərək fəaliyyəti dayandırılımışdır.Bu o deməkdir ki, milli komandaların rəsmi oyunlarda oynamağı qadağan olunub,FIFA-nın - sanksiyası nümayəndələrin və hakimlərin oynlarını qadağan etdi.Qadağa sonradan aradan qaldırılıb siyasi müdaxilələrə aydınlıq gətirilib,27 may 2008-ci ildə Albaniya Polşaya qarşı dostluq oyunu keçirmişdir. FSHF-ın hazırkı prezidenti Armand Dukadır, 2002-ci ildən bu vəzifədə olub və 2010-ci ildə üçüncü müddətə seçkilərdə qalib gəlib. 2009-cu ildə Albaniya hökuməti və FSHF-ın arasında Qemal Stafa Stadionunun mülkiyət kimi verilməsində ziddiyyətlər yaranmışdər.UEFA , stadionu FSHF mülkiyyətinə verilmişdir.2011-ci il fevral ayında qərara alınmışdır ki,60M Avro civarında olan yeni stadionun 75%-i FSHF-ın 25%-i isə Albaniya hökumətinin olacaq.
Almaniya Milli Yəhudilər Assosiasiyası
Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat. == Tarix == Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir. O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur. Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir. Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi. Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar. 1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır: Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir.
Amerika Basketbol Assosiasiyası
Original adı Amerika Basketbol Assosiasiyası (ABA) olan bu əsas profesional liqanın 1967-ci ildə təməli qoyulmuşdur. 1976-cı ildə Amerika Basketbol Assosiasoyası - Milli Basketbol Assosiasiyası (NBA) ilə birləşdi. Milli Basketbol Assosiasiyasına bir neçə komanda qoşularaq və ABA-da 3 bal üstünlüklə liderlik edir. == Liqanın tarixi == ABA 1960-cı ildən 1970-ci illərin ortalarına qədər çoxsaylı liqalar üçün çətin idi. Çünki Amerika Birləşmiş Ştatlarında peşə idman liqaları mövcud deyildi və komandalar öz müvəffəqiyyət dərəcələrini nümayiş etdirə bilmirdi. Bu səbəbdən ABŞ-də bir çox milyaderlər və ocümlədən də basketbola həvəskar olan sahibkarlar milli liqanı yaratmaq qərarına gəlirlər. Birinci bu sahəyə yəni ABA-ya "Milleapolis Leykers" komandasının oyunçusu məşhur Corc Mayken pul yatırır. ABA klubu çoxlu tanınmış oyunçulardan ibarət NBA komandasının klubuna qalib gəldi. ABA NBA-nın qaydalarından fərqli qaydalara riayət edirdilər. Onlar 1967-68-ci illərdə 3-cü zonaya keçirlər.
Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyası
Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyası – (ing. National American Woman Suffrage Association NAWSA) – 13 fevral 1890-cı ildə ABŞ-də yaranmış təşkilat. Vitse-prezidenti Anna Dadli olmuşdur. == Xarici keçidlər == Women's Suffrage. Grover Batts and Thelma Queen, redaktorlar "National American Woman Suffrage Association: A Register of Its Records in the Library of Congress". Manuscript Division, Library of Congress. 1974. December 8, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-03.
Amerika Neftçi Geoloqlar Assosiasiyası
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır. ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir. ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
Amerika Sosiologiya Assosiasiyası
Amerika Sosiologiya Assosiasiyası (ing. American Sociological Association, ASA)– 1905-ci ildə amerikan sosioloqlarının cəmiyyəti kimi yaradılmışdır. 12 mindən artıq üzvü olan Amerika Sosiologiya Assosiasiyası indiki adını 1959-cu ildə almışdır. Amerika Sosiologiya Assosiasiyasında üç üzvlük kateqoriyası var: daimi üzvlər, müxbir üzvlər, tələbələr. Amerika Sosiologiya Assosiasiyasının məqsədi sosioloji tədqiqatların keyfiyyətinin yüksəldilməsi, sosioloji təhsilin inkişafına yardım və elmi-sosioloji problemlərin öyrənilməsi ilə məşğul olan alimlərin görüşlərini təşkil etməkdir. Assosiasiya öz üzvləri arasından işçi orqan – Şura təsis edir və o, cəmiyyətin cari işlərini planlaşdırır və icrasını həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının icraçı orqanı icraçı katibdən və 14 köməkçisi olan 5 üzvdən ibarətdir. İcraçı orqan sosiologiyanın təliminə aid materialların toplamaq və yaymaq, milli azlıqlardan olan tələbələrə kömək göstərmək, dövlət və özəl təhsil sektorlarında sosiologiyanın və sosioloqların rolunu və nüfuzunu yüksəltmək, sosioloqları daimi işlə təmin etmək üçün inzibati rəhbərliyi həyata keçirir. Amerika Sosiologiya Assosiasiyasının tərkibində sosioloji biliklərin ayrı-ayrı sahələri üzrə 45 tədqiqatçıdan ibarət komitə fəaliyyət göstərir. Assosiasiya hər il Amerika Birləşmiş Ştatlarının ayrı- ayrı şəhərlərində milli elmi konfranslar keçirir.
Amerika İqtisadiyyat Assosiasiyası
Amerika İqtisadiyyat Assosiasiyası (АЕА, ing. American Economic Association) — 1885-ci ildə amerikalı iqtisadçı Riçard Elinin təşəbbüsü ilə yaranan akademik iqtisadçılar təşkilatı. Bir sıra jurnallar nəşr edir, o cümlədən The American Economic Review, Journal of Economic Literature, Journal of Economic Perspectives və s.; Con Beyts Klark medalını təltif edir. Assosiasiya, Resources for Economists on the Internet və EconLit internet portallarını saxlayır. Assosiasiyanın tərkibində qadınların İqtisadiyyatda Vəziyyəti üzrə Komitə fəaliyyət göstərir. AEA 1947-1977-ci illərdə Frensis Voker medalı ilə təltif edilmişdir. == Məqsədlər == Birliyin məqsədləri: Xüsusilə sənaye fəaliyyətinin mövcud vəziyyətinin tarixi və statistik təhlili sahəsində iqtisadi tədqiqatların təşviqi. İqtisadi mövzularda nəşrlərin təşkili. İqtisadi müzakirələrdə mümkün qədər çox azadlığı təşviq edin. Assosiasiya belə bir tərəfdar mövqe tutmayacaq və öz üzvlərini praktiki iqtisadi məsələlərdə hər hansı mövqe tutmağa məcbur etməyəcək.
Argentina Futbol Assosiasiyası
Argentina Futbol Assosiasiyası (isp. Asociación del Fútbol Argentino, İspanca tələffüz: [asosjaˈsjon del ˈfuðβol aɾxenˈtino]; AFA) Buenos-Ayresdə yerləşən Argentina futbolunun idarəedici orqanı. O, Argentina liqa sisteminin əsas divizionlarını (Primera Diviziyasından Torneo Regional Federal və Torneo Promosional Həvəskarlarına) və yerli kubokları təşkil edir: Copa Argentina, Supercopa Argentina, Copa de la Liga Professional, Trofeo de Campeones de la Liga Professional və Beynəlxalq Superkubok. Qurum həmçinin Böyüklər, U-20, U-17, U-15, Olimpiya və qadın komandaları da daxil olmaqla bütün Argentina milli komandalarını idarə edir. Bunda əlavə, qadın, uşaq, gənclər, futzal və digər yerli liqaları da təşkil edir.
Assosiasiyaçılıq
Assosiativ psixologiya (Assosiasiyaçılıq) — assosiasiya şüurun işinin əsas və hətta yeganə mexanizmi hesab edilən XVIII – XIX əsrlərin psixoloji konsepsiyaları və məktəbləri toplusu. İdeyaların assosiasiyası oxşarlıq (eyni xassələrə və xüsusiyyətlərə malik olan obyektlərin birləşməsi), yaxınlıq (yaxınlıqdakı obyektlərin və ya eyni zamanda bir yerdə baş verən hadisələrin birləşməsi), təzad (əkslik kimi xarakterizə olunan obyektlərin birləşməsi) nəticəsində yarana bilər. bir-birindən). İdeyaların assosiasiyalara bağlanmasının bu üç prinsipi Aristotel tərəfindən irəli sürülmüşdür. Assosiasiyaçılıq ideyaları ilk dəfə əzbərləmə proseslərinin təhlilində Platon və Aristotel tərəfindən irəli sürülmüşdür. Assosiasiyaçılıq yanaşmasının sistemli tətbiqi alman psixoloqu Herman Ebbinqhauz tərəfindən yadda saxlama proseslərinin tədqiqində həyata keçirilmişdir. Amerikalı psixoloq Edvard Li Torndik təltifedici stimulun assosiasiyaların yaranmasına təsirini tədqiq etdi və bu təsir qanununda əks olundu. Assosiasiya məktəbinin bəzi ideyaları biheviorizm psixologiyasını, xüsusən də reflekslər ideyasını nəzərdə tuturdu. == İstinadlar == == Ədəbiyyat == Association of ideas // Encyclopaedia Britannica (11th ed.). Cambridge University Press.
Avropa Klublar Assosiasiyası
Avropa Klublar Assosiasiyası (ing. European Club Association) — UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilat.
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası (ing. European Federation of Psychology Students' Associations və ya qısaca EFPSA) — Avropa üzrə psixologiya assosiasiyaları tələbələrindən ibarət qeyri-hökumət tələbə təşkilatıdır. == Yaranması == Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. EFPSA-nın hər il keçirilən ənənəvi və ən böyük tədbiri illik konqresdir. İllik konqresə EFPSA-ya üzv olan 33 ölkədən 400-ə qədər gənc psixoloqlar və professor müəllim heyəti qatılır. == Azərbaycan və Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası == Bu günə qədər təxminən 30-dan çox azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir. == Tarixi == AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Məqsədi == Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Azərbaycan Skautlar Assosiasiyası
Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya. == Tarixi == Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.ASA öz fəaliyyətini Dünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilvel Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. 2023-cü ilin 1–12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında, 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər. == Tədbirlər == Bakı 41-ci Dünya Skaut Konfransı- Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Azərbaycan Sığortaçılar Assosiasiyası
Azərbaycan Turizm Assosiasiyası
Azərbaycan Turizm Assosiasiyası (qısaca: AzTA) — turizm sənayesi üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı təşkilatlardan biri. Qurum ölkədəki turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. İdarə Heyətinin sədri Əhməd Qurbanovdur. 2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda Azərbaycanda turizm və otel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. Ümumdünya Turizm Təşkilatının üzvüdür.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
== Tarixi == Ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA 1995-ci ildə yaradılıb. == Məlumat == AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir. == Fəaliyyət == Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AIPS müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AIPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AIPS ətrafında birləşən milli assosiasiyalar eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl İspaniyada gərgin danışıqlar apararaq AIPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında - Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA
== Tarixi == Ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA 1995-ci ildə yaradılıb. == Məlumat == AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir. == Fəaliyyət == Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AIPS müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AIPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AIPS ətrafında birləşən milli assosiasiyalar eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl İspaniyada gərgin danışıqlar apararaq AIPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında - Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi.
Belçika Futbol Assosiasiyası
Belçika Futbol Assosiasiyası — Belçikanın ali futbol qurumu Belçika Futbol Assosiasiyası 1895-ci ildə yaranıb. 1904-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Beynəlxalq Siyasi Elmlər Assosiasiyası
Beynəlxalq Siyasi Elmlər Assosiasiyası - 1949-cu ildə YUNESKO-nun himayəsi altında qurulan beynəlxalq elmi assosiasiyasıdır. Beynəlxalq Siyasi Elmlər Assosiasiyası dünyanın hər yerində siyasi elmin inkişafı ilə bağlı təqdim olunan elmi əsərlərin nəşrini həyata keçirir. Assosiasiya Şərq və Qərb, Şimal və Cənub dövlətləri arasında körpü qurmağa kömək edir, həm də inkişaf etməkdə olan ölkələrin alimləri arasında əməkdaşlığı təşkil edir. Onun məqsədi bir qlobal siyasi elm icma yaratmaqdır. Beynəlxalq Siyasi Elmlər Assosiasiyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malikdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) və Beynəlxalq Sosial Elmlər Şurasının və Qlobal İnkişaf Şəbəkəsinin üzvüdür.
Beynəlxalq İnkişaf Assosiasiyası
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA; International Development Association, IDA) – Dünya bankının ən yoxsul ölkələrə yardım edən təsisatı. 1960 ildə Dünya bankının baş təşkilatı – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) əlavə olaraq yaradılmışdır; BYİB-ə nisbətən daha imtiyazlı şərtlərlə kreditlər vermək iqtidarındadır. BİA və BYİB vahid təşkilati struktura, həmçinin ortaq heyətə və qərargaha malikdir, hazırda 162 üzvü var. Bu təşkilata üzv olmaq üçün ölkə ilk növbədə BYİB-ə üzv olmalıdır. BİA indiyə qədər ölkələrə 135 milyard dollar məbləğində kredit verib. 2002-ci ildə 62 ölkədə həyata keçirilən 133 yeni əməliyyat üçün 8,2 milyard dollar vəsait xərclənib. Bu təşkilat kreditləri faizsiz olaraq (0,75% həcmində yığım istisna olmaqla), ödəmə müddəti 10–35 il və güzəşt müddəti 10 il olmaqla verir. BİA-nın strukturu BYİB-in strukturunu analoqudur. BYİB-in prezidenti eyni zamanda BİA-nın da prezidentidir. BİA-ya daxil olan vəsaitlər Dünya Bankına 2,4 milyard insanın yaşadığı 78 ən yoxul dövlətə ildə orta hesabla 6–7 milyard dollar faizsiz kredit verməyə imkan verir.
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi
Türkiyə və Avropa İqtisadi Birliyinin Assosiasiya Sazişi (türk. Türkiye Cumhuriyeti ile Avrupa Ekonomik Topluluğu Arasında Bir Ortaklık Oluşturma Anlaşması, ing. Agreement Creating An Association Between The Republic of Turkey and the European Economic Community) — Türkiyə ilə Avropa Birliyi arasında əməkdaşlığın həyata keçirildiyi beynəlxalq müqavilə. Müqavilə imzalanarkən, məqsəd Türkiyə ilə o dövrdə Avropa İqtisadi Birliyi (AİB) arasında siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində inteqrasiyanı dərinləşdirmək idi. == Tarixi == Türkiyə, 1958-ci ildə AEC-in qurulmasından dərhal sonra, 1959-cu ilin iyulunda Avropa İqtisadi Birliyinə üzv üzv olmaq üçün müraciət etdi. Müqavilə 12 sentyabr 1963-cü ildə Ankarada imzalanmışdır. Buna görə, AİB ilə Türkiyə arasında Gömrük Birliyi yaratmaq üçün üç addımlıq bir proses başladı. 1970-ci ildə Türkiyə və AİB bu müqaviləyə əlavə bir protokol qəbul etdilər. 6 mart 1995-ci ildə Sazişə uyğun olaraq yaradılmış AB-Türkiyə Birlik Şurası, Avropa Birliyi ilə Türkiyə arasında Gömrük Birliyi yaratma qərarı verdi. 31 dekabr 1995-ci ildə gömrük birliyi qüvvəyə mindi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.31 dəfə / 1 mln.
2003 ••••••• 5.12
2004 ••••••••••••• 9.10
2005 ••••••••• 6.75
2006 ••••••••••••• 9.69
2007 ••••••••••••••••• 12.47
2008 ••••••••••••••••• 12.67
2009 ••••••••• 6.72
2010 •••••••••••• 8.44
2011 ••••••••••••• 9.35
2012 ••••••••• 6.11
2013 •••••••••••••••••••• 15.02
2014 •••••••••••••••••• 13.21
2015 ••••••••••••••••• 12.08
2016 ••••••••••••• 9.54
2017 ••••••••••••••••• 12.03
2018 ••••••••••••••••••• 14.08
2019 •••••••••••••••••• 13.07
2020 •••••••••••••• 10.34

assosiasiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. ассоциация: 1. псих. связь между ощущениями, представлениями, идеями и т.п. 2. объединение, союз организаций или лиц 3. хим. соединение молекул в удвоенные и утроенные т. п. ассоциированные молекулы 4. бот. единица классификации растительного покрова 5. биол. сообщество микробов разных видов

    Azərbaycanca-rusca lüğət / assosiasiya

assosiasiya sözünün inglis dilinə tərcüməsi

assosiasiya sözünün fransız dilinə tərcüməsi

  • 1 is. association f ; participation f, collaboration f ; coopération f ; cartel m ; consortium m ; corporation f ; dini ~ association religieuse ; dostluq ~sı association amicale (d’amitié) ; iqtisadi ~ association économique ; maliyyə ~ consortium financier ; mədəni ~ association culturelle ; ticarət ~sı association commerciale

    Azərbaycanca-fransızca lüğət / assosiasiya

assosiasiya sözünün türk dilinə tərcüməsi

assosiasiya sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – birləşmə, əlaqələnmə və s. Tamın hissə-ləri arasında olan bağllılıq, əlaqələnmə, birləşmə və s. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"assosiasiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#assosiasiya nədir? #assosiasiya sözünün mənası #assosiasiya nə deməkdir? #assosiasiya sözünün izahı #assosiasiya sözünün yazılışı #assosiasiya necə yazılır? #assosiasiya sözünün düzgün yazılışı #assosiasiya leksik mənası #assosiasiya sözünün sinonimi #assosiasiya sözünün yaxın mənalı sözlər #assosiasiya sözünün əks mənası #assosiasiya sözünün etimologiyası #assosiasiya sözünün orfoqrafiyası #assosiasiya rusca #assosiasiya inglisça #assosiasiya fransızca #assosiasiya sözünün istifadəsi #sözlük