Astabad sözü azərbaycan dilində

Astabad

Yazılış

  • Astabad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Astabad
Astabad — Naxçıvan şəhərindən 12 km cənub – şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu və yaşadığı şəhər. == Tarixi == Şəhərin xarabalığı indiki Təzəkəndin yaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII – XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə Qızılvəng adlandırılmışdır. 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır. 1926-cı ilə qədim qəbirsanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur.Orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339–1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə "Astabadi" təxəllüsünü götürmüşdür.Şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və tərk edilmişdir. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır.
Astabad nekropolu
Astabad nekropolu — Naxçıvanda, Astabad yaxınlığında orta əsrlərə aid qəbiristanlıq. == Haqqında == Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç formasında abidələr olmuşdur. Baş daşlarının əksəriyyəti düşmüş və dağılmışdır; bəzilərinin üzərində ərəb qrafikası ilə kitabə saxlanmışdır. 1967-1971-ci illərdə Araz su qovşağının tikintisi ilə əlaqədar nekropol su altında qalmışdır.

Oxşar sözlər

#astabad nədir? #astabad sözünün mənası #astabad nə deməkdir? #astabad sözünün izahı #astabad sözünün yazılışı #astabad necə yazılır? #astabad sözünün düzgün yazılışı #astabad leksik mənası #astabad sözünün sinonimi #astabad sözünün yaxın mənalı sözlər #astabad sözünün əks mənası #astabad sözünün etimologiyası #astabad sözünün orfoqrafiyası #astabad rusca #astabad inglisça #astabad fransızca #astabad sözünün istifadəsi #sözlük