Astron sözü azərbaycan dilində

Astron

Yazılış

  • Astron • 53.3333%
  • ASTRON • 26.6667%
  • astron • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Astronavt
Kosmonavt (ABŞ-də astronavt, Çində taykunavt) — kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs. Kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAI) təsnifatına görə yüksəkliyi 100 km-dən, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlandırılır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir. 20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar. Ballistik trayektoriya üzrə 100 km-dən artıq yüksəkliyə qalxmış 4 nəfər (FAI-nin təsnifatı) və ballistik trayektoriya üzrə 50 mildən artıq, lakin 100 km-dən aşağı yüksəkliyə qalxmış 6 nəfər (ABŞ HHQ-nin təsnifatı) vardır. Kosmonavtlar arasında 55 qadın var.
Astronom
Astronom — göy cisimlərini (ulduzlar, planetlər, kosmik fəza və s.) öyrənən mütəxəssis.
Astronomik Vahid
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Gənc Astronomlar (1977)
== Məzmun == Televiziya filmi Yuri Qaqarin adına Pionerlər sarayının gənc texniklərindən, A.Sorinin rəhbərliyi altında məktəblilərin astronomiya sahəsində qazandıqları uğurlardan, fəzanı və Günəşi tədqiq etmək üçün teleskop hazırlamalarından bəhs edir.
Gənc astronomlar (film, 1977)
== Məzmun == Televiziya filmi Yuri Qaqarin adına Pionerlər sarayının gənc texniklərindən, A.Sorinin rəhbərliyi altında məktəblilərin astronomiya sahəsində qazandıqları uğurlardan, fəzanı və Günəşi tədqiq etmək üçün teleskop hazırlamalarından bəhs edir.
Həvəskar astronom
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Həvəskar astronomiya

Meyl (astronomiya)
Meyl (δ) — astronomiyada ekvatorial koordinat sisteminin iki koordinatından biri.
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Oğlaq (astronomiya)
Oğlaq (latınca, Capricornus) Göyün cənub yarımkürəsində zodiak bürcü. Ən parlaq ulduzu 2.8 vizual ulduz ölçülüdür. Qədim Yunanıstanda bürcləri adlandıranda qış günəşduruşu nöqtəsi Oğlaqda olduğundan Cənub Tropiki Oğlaq Tropiki adlanır.
Praqa astronomik saatı
Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır. Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür. Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür. Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər. Həm də bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır. Çünki Praqaya gələn turistlər qohumlarını və ya orada yaşayanları Astronomik saatın yanına çağırırlar. == Təsviri == Orloy Praqanın Qədim şəhər meydanında yerləşən Köhnə Şəhər Zalının cənub divarında yerləşir. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi", hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları – zamanı dayandıran Ölüm fiquru (skelet şəklində təsvir olunub) onlardan ən diqqət çəkənidir — göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı.
Rentgen astronomiya
Rentgen astronomiyası — astronomiyanın rentgen şüalarının müşahidəsi və göy cisimləridən gələn rentgen şüallarının aşkarlanması ilə məşğul olan müşahidə bölməsidir. Rentgen şüaları Yer atmosferi tərəfindən absorbsiya edilildiyindən, rentgen şüalarının aşkarlanması üçün müşahidələr balonların, meteoroloji raketlərin və peyklərin vasitəsilə yüksək hündürlüklərdə aparılmalıdır. Rentgen astronomiyası kosmik elm olub, standart işıq-udulma teleskoplarından rentgen şüaları vasitəsilə daha uzağa nüfuz edə bilən kosmik teleskopla, məsələn Mauna Kea Rəsədxanaları kimi teleskoplarla bağlıdır. Rentgen emissiyası təxminən bir milyon kelvindən (K) yüz milyonlarla kelvin (MK) qədər istiliyə malik qaynar göy cisimlərindən gözləniləndir. Rentgen şüaları Günəşdə 1940-cı illərdə aşkar edilməsinə baxmayaraq, 1962-ci ildə ilk kosmik rentgen şüalana mənbəyinin kəşfi surpiriz oldu. Bu mənbəyə Əqrəb bürcündə tapılan ilk rentgen şüalanma mənbəyi olduğundan Əqrəb X-1 (Scorpius X-1 və yaSco X-1) adı verilmişdir. Əqrəb X-1-in rentgen emissiyası vizual emissiyadan 10.000 dəfə çoxdur, Günəşinkindən isə təxminən milyon dəfə azdır. Bundan başqa, rentgen şüalarında enerji çıxışı bütün dalğa uzunluğunda Günəşin ümumi emissiyasından 100.000 dəfə çoxdur. Rentgen astronomiyasının Əqrəb X-1 ilə başlayan bu yeni sahədəki kəşflərinə əsaslanaraq Rikkardo Cakkoni 2002-ci ildə Fizika üzrə Nobel mükafatı almışdır. Artıq məlumdur ki rentgen mənbələri Əqrəb X-1 kimi kompakt, neytron ulduzları və ya qara dəliklərdir.
Teorik astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
The Astronomical Journal
The Astronomical Journal (ingilis dilindən – "Astronomik jurnal") —1849-cu ildən nəşr olunan, resenziyadan keçmiş ABŞ aylıq elmi jurnalı. Amerika Astronomiya Cəmiyyətinə məxsusdur və "IOP Publishing" (2008-ci ilə qədər "University of Chicago Press") tərəfindən nəşr edilmişdir. 2014-cü ildə 4,024 impakt faktoru var. Bencamin Quld tərəfindən 1849-cu ildə təsis edilmişdir. 1896-cı ildə ölümünə qədər ilk baş redaktor olmuşdur. 1861–1886-cı illərdə vətəndaş müharibəsi və onun nəticələrinə görə jurnal nəşr olunmamışdır. 1909-cu ildən 1941-ci ilə qədər redaksiya Albanidə yerləşirdi, eyni ildə nəşr Amerika Astronomiya Cəmiyyətinə verilmişdir. 1998-ci ilin yanvarında jurnalın ilk nömrəsi elektron formada yayımlanmışdır. Çap və elektron versiyalarının bir-birindən tamamilə müstəqil olduğu azsaylı nəşrlərdən biridir. == İstinadlar == == Xarici keçidlər == Ссылка на последний номер (ing.) ISSN печатной версии ISSN веб-версии Журнал на сайте lccn.loc.gov Сканы журнала за 1849—1861 и 1885—1997 гг.
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tərəzi (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. == Tərəzi ulduzları == Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Tərəzi bürcü (astronomiya)

Ulduz astronomiyası
Ulduz astronomiyası - astronomiya elmində vacib yerlərdən birini tutur. Bu sahə ulduz sistemlərinin tədqiqi, daxili quruluşlarını, tsiklərini, hərəkətlərini, təkamülünü öyrənir. Əsasən bizim qalaktika tədqiq edilir. Ulduz astronomiyası kainat dumanlıqlarını və uzaq ulduzları öyrənən astrofizikadan fərqlənir. O ümumilikdə kainat obyektləri ilə məşğul olur və özü daha bir neçə istiqamətə bölünür. Ukduz kinematikası, ulduz dinamikası və ulduz statistikası mövcuddur. Ulduz astronomiyası astrofizika və astrometriya ilə sıx əlaqədə tədqiqat göstərir. Öyrənilən obyektlərin bir sıra xarakteristikaları onlar üçün ümumidir. Məsələn, spektrlərin sinfi, geometrik ölçülər, kütləsi, temperaturu, sıxlığı, fırlanma sürəti, Qalaktikada hərəkət sürəti və s. Qalaktikadakı ulduzların sayı məsələsində riyazi hesablamalardan istifadə edilir.
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır. == Təsviri == Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orijinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır. Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir. == Vaxtın ölçülməsi üçün istifadə olunan digər alətlər == Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır: === Saat pavilyonu === İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir. Pavilyon d'Orloj === Saat mələkləri === Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.
Əkizlər (astronomiya)
Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.
Yasuaki (astronom)
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. == Həyatı və karyerası == Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.
Qarşıdurma (astronomiya)
Qarşıdurma — iki səma cisminin verilən mövqedən (adətən Yerdən) əks tərəflərdə olmasıdır. Planetin (asteroidin və ya kometin də ola bilər) qarşıdurması Günəşin əks tərəfində olanda baş verir.
Astronomik nutasiya
Astronomik nutasiya — yaz və payız bərabərliyi dövrlərində baş verən kiçik bir nizamsızlıq. Astronomiyada nutasiya fırlanan astronomik obyektin fırlanma oxunun istiqamətinin zamanla dəyişməsinə səbəb olan hadisədir. Bu hadisə fırlanan obyektə təsir edən yaxınlıqdakı digər cisimlərin cazibə qüvvələrinin təsirindən qaynaqlanır. Nutasiya və pressessiya müxtəlif zaman intervalında ortaya çıxan eyni təsirdən qaynaqlansa da astronomlara görə onlar arasında müəyyən fərqlər var. Presessiya fırlanma oxundakı sabit uzunmüddətli dəyişiklikləri, nutasiya isə oxşar qısamüddətli dəyişikliklərin birgə təsirini özündə ehtiva edir. == Yerin nutasiyası == Yerin fırlanma oxunun istiqamətinin zamanla dəyişməsi nutasiya və presessiyaya ən yaxşı nümunədir. Yer üçün bu astronomik hadisələrin öyrənilməsi və tədqiqi vacibdir. Çünki astronomik obyektlərin mövqeləri təyin edilərkən adətən ekvatorial koordinat sistemindən istifadə olunur. Bu zaman göy cisimlərinin mövqeyi Yerin ekvatoruna əsasən hesablanır. Presessiya və nutasiyanın təsiri də Yerin ekvatorunun zamanla dəyişməsinə səbəb olur.

"astron" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#astron nədir? #astron sözünün mənası #astron nə deməkdir? #astron sözünün izahı #astron sözünün yazılışı #astron necə yazılır? #astron sözünün düzgün yazılışı #astron leksik mənası #astron sözünün sinonimi #astron sözünün yaxın mənalı sözlər #astron sözünün əks mənası #astron sözünün etimologiyası #astron sözünün orfoqrafiyası #astron rusca #astron inglisça #astron fransızca #astron sözünün istifadəsi #sözlük