Astra sözü azərbaycan dilində

Astra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Astra • 93.7838%
  • ASTRA • 3.5135%
  • astra • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Opel Astra H
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Astra FK
"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu. Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb. İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır. 1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür. Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır.
Erigeron astranthioides
Erigeron astranthioides (lat. Erigeron astranthioides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Keçisaqqal astrakanta
Astracantha barba-caprina (lat. Astracantha barba-caprina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycan. Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır. Azərbaycanın nadir bitkisidir. VU C2a(i). Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.
Microtus astrachanensis
Microtus socialis (lat. Microtus socialis) — gəmiricilər dəstəsinin boz tarlasiçanı cinsinə aid məməli heyvan növü. Microtus syriacus Microtus astrachanensis Microtus parvus Wilson, D. E., and Reeder, D. M. (eds). Mammal Species of the World. 3rd edition. Johns Hopkins University Press. 2005. ISBN 0-801-88221-4.
Sarı-qırmızı astrakanta
Azərbaycan. Naxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır. Azərbaycanın nadir bitkisidir. VU C2a(i). Quru daşlı yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Təbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur.
Səfəvi Astrabadı
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Zalım astrakanta
Şad astrakanta
Astragalus paradoxus
Astragalus paradoxus (lat. Astragalus paradoxus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" — CR A2c+3c; B1ac(i) +2ab(i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Hündürlüyü 4-7 (15) sm olan çoxillik ot bitkisidirdir. Kökətrafı yarpaqlar 3-9 sm uzunluqda, tərs yumurtavari, bəzən dəyirmi; çiçəkləri tək, gövdənin əsasında 2-3 ədəd, kasacıq boruvari çılpaqdır, tac 4-5 sm uzunluqda, ağımtıl, çəhrayı və ya bənövşəyi rəngli, qayıqcıqlıdır. Paxla meyvəsi oturaq, 7-10 mm uzunluğunda, şarşəkilli-yumurtavari, itiucludur. Çiçəkləmə may, meyvəvermə iyun ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağında, quru, daşlı-çınqıllı və qumlu yamaclarda təsadüf olunur.
Mirzə Mehdi xan Astrabadi
Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) — XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688–1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur. M. M. Astrabadi "Tarixi-Nadiri" adı ilə tanınan "Tarixi-cəhangüşayi-Nadiri", "Dürreyi-nadirə", "İnşa", "Sənglax", "Məban əl-lüğət" adlı əsərlərin müəllifidir.
Astrabad vilayəti
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Astragalus badamliensis
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Astragalus bakuensis
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Astragalus caraganae
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus echinops
Astragalus echinops (lat. Astragalus echinops) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir.
Astragalus kubensis
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Astragalus nachitschevanicus
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus pinetorum
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus declinatus subsp. pinetorum (Boiss.) Ponert Astragalus tragacanthoides subsp. pinetorum (Boiss.) Podlech Tragacantha pinetorum (Boiss.) Kuntze Astragalus pinetorum subsp. alamutensis Maassoumi & Podlech Astragalus pinetorum subsp. declinatus (Kuntze) Podlech Astragalus pinetorum subsp. multifoliatus Akpulat & Çelik Astragalus pinetorum subsp.
Astrantia maxima
Böyük titrəmərcan (lat. Astrantia maxima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin titrəmərcan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkidir, hündürlüyü 70 sm-dir. Sarğılarının yarpaqcıqları irirdir, 8-13 ədəddir, yarıdan yuxarı hissəsinin kənarları kirpikvari-dişciklidir. Gövdəsi əsasən budaqlanandır. Yarpaqları orta ölçülüdür, üçər bölümlüdür. Kökətrafı yarpaqları uzun saplaqlıdır, dərin üçdilimlidir. Çətirləri 3,5-4 sm diametrindədir. Çiçəkləri çoxsaylı, çəhrayı rəngdədir.
Şax astrakanta
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Qarabağ astrakantası
Qarabağ astrakantası (lat. Astracantha karabaghensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. İlk dəfə Azərbaycanda Qarabağda müşahidə edilmişdir. Naxçıvanda, Şərqi Anadoluda və Şimali-Qərbi İranda yabanı halda yayılmışdır. Hündürlüyü 20-30 sm olan, iynəli, yastıqvari, şaxələnmiş, çoxbudaqlı kolcuqdur. Yarpaqların uzunluğu 4-6 sm, xırda yarpaqcıqları 6-9 cüt, 2-6 sm uzunluğunda, 1–2 mm, enində çılpaqdır. Çiçəkləri qoltuq dəstələrdə yerləşir, başcıq çiçək qruplarının diametri 2,5-3,0 sm-dir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur. Çiçək tacı parlaq çəhrayıdır; bayraqcığın lövhəsi qulaqlı deyil, tədricən daralır. İyuldan sentyabradək çiçəkləyir, meyvəsi avqustdan sentyabradək yetişir.
Xırdabaşlıqlı astrakanta
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.
Çılpaq astrakanta
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Tarixi-Nadir (Astrabadi)
Tarix-e Cahanqoşa-ye Nadiri və ya Tarixi-cəhangüşayi-Nadiri (farsca:جهانگشای نادری), ya da qısaca Tarixi-Nadir — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən yazılan tarixçilik əsəri. “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri” əsərinin adı Azərbaycanca “Dünyanı fəth edən Nadirin tarixi” deməkdir. Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür. Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddur. Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.

astra sözünün rus dilinə tərcüməsi

astra sözünün fransız dilinə tərcüməsi

"astra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#astra nədir? #astra sözünün mənası #astra nə deməkdir? #astra sözünün izahı #astra sözünün yazılışı #astra necə yazılır? #astra sözünün düzgün yazılışı #astra leksik mənası #astra sözünün sinonimi #astra sözünün yaxın mənalı sözlər #astra sözünün əks mənası #astra sözünün etimologiyası #astra sözünün orfoqrafiyası #astra rusca #astra inglisça #astra fransızca #astra sözünün istifadəsi #sözlük