Aşırallar
Aşırallar (əvvəlki adı: Aşrallar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsi tərkibindəki Aşrallar kəndi Aşırallar şəhəri1 adlandırılmışdır.
== Toponimikası ==
Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində Aşralar kəndi də mövcuddur. Hər iki kəndin əhalisi vaxtilə Xınna dərəsində məskən saldıqları üçün Xınnalı da adlanırdı. Onların qışlaq yeri aranda Alakol ərazisində, yaylaq yurdu isə Qəribli sahəsində olmuşdur. Sonralar həmin yaylaq və qışlaq yerləri əsasında aşıralların adını daşıyan iki müstəqil kənd yaranmışdır. Yerli əhali bu kəndləri Aran Aşıralları və Dağ Aşıralları da adlandırır. Aşrallar/Aşıralılar variantlarında da qeydə alınan bu oykonim ərəb mənşəli "aşura" sözü ilə əlaqələndirilir. Mütəxəssislərin bir qismi bu fikirdədir ki, oykonim aşur (məhərrəm ayının onuncu gunu), alı (Əli) sözlərindən və -lar şəkilçisindən ibarət olub, "məhərrəm ayının onuncu günü matəm saxlayan müsəlmanlar" deməkdir. Əslində, oykonim aşırallar nəslinin adındandır.