Atom sözü azərbaycan dilində

Atom

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Atom • 51.2445%
  • atom • 48.6797%
  • ATOM • 0.0758%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atom
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) — "bölünməz") — kimyəvi elementin bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir. == Atom modelləri == Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir. === Demokrit- Levkipp modeli === Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Atom (dəqiqləşdirmə)
Atom — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan. Atom (format) — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı. Atom (çip üzərində sistem) — çip üzərində sistem. Atom (mətn redaktoru) — mətn redaktoru.
Atom (format)
Atom — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı: veb-saytlarda resursların və onların nəşri üçün protokolun təsviri üçün format. == Sindikasiya formatı == Atom formatının sindikasiyası XML formatına əsaslanmışdır və veb-resurs dəstlərini təsvir etməyə imkan verir (məsələn, xəbər lentləri, bloqdakı məqalələr). Bu formatdan sonra RSS formatıda bu funksiyaları daha təkmil yerinə yetirir. Format RFC 4287-də təsvir edilmişdir və indi bir çox layihələrdə Google şirkəti tərəfindən fəal dəstəklənir.
Atom Bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Atom Qarışqa
Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi film obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır. == Bioqrafiya == Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan super qəhrəman qarışqadır. Əsas qabiliyyətləri uçmaq, süper sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa" onun şüarıdır. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir. Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar. Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Vəhşi Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s.
Atom fizikası
Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyəcanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir. Buna görə də müasir atom fizikasına atomun quruluşunu öyrənən nəzəriyyələr, kimyəvi birləşmələrdə və kristallarda atomların qarşılıqlı təsirini, eləcədə atomun optik və rentgen şüalanma spektrlərini öyrənən fizika bölmələri də daxildir. Atom fizikası XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Lakin atomun varlığı və onun bölünməz olması haqqında ilk fikirlər Demokrit və Epikürə məxsusdur. XVII əsrdə fransız filosofu P. Qassendi və ingilis kimyaçısı Robert Boyl bu fikri yenidən söyləmişlər. Kimyanın inkişafı ilə əlaqədar C. Dalton atomlarda həndəsi nisbətlər qanunu kəşf etdi. A. Avoqadro və S. Kannitsaro atomla molekul arasındakı fərqləri tapmışlar. XIX əsrin sonlarında atomların optik xassələrinin öyrənilməsinə başlanması ilə atom fizikasının əsası qoyuldu. Hər bir atomun xarakterik optik spektrə malik olması məlum olduqdan sonra onların qruplaşdırmağın mümkünlüyü başa düşüldü.
Atom gəmisi
Atom gəmisi - nüvə-güc qurğusu ilə işləyən gəmilərin ümumi adı. Müxtəlif təyinatlı mülki və hərbi Atom gəmiləri (buzqıran gəmi, tanker, sualtı gəmi, aviasiya gəmisi və s.) olur. Güc qurğuları üzvi yanacaqla işləyən gəmilər ilə müqayisədə atom gəmiləri əlahiddə üzmə və yüksək gediş sürətini uzun müddət saxlama qabiliyyətinə malikdir. İlk dəfə 1950-ci ildə sualtı gəmini nüvə energetika qurğusu ilə təchiz etməklə yüksək taktiki-texniki göstəricilərə (suyun altında 80 km/saat sürətlə hərəkət, 1000 m-ədək dalma dərinliyi, suyun, o cümlədən buzun altında limanlara çıxmadan uzaq ölkələrə üzmə qabiliyyəti) nail olundu. Güc qurğusuna istilik neytronları, yaxud cəld neytronlarla işləyən nüvə reaktoru, reaktorda hasil olunan istiliyi mexaniki və ya elektrik enerjisinə çevirən buxar, yaxud qaz turbinli enerji qurğusu daxildir. Avar vintləri turbinlə, yaxud da elektrik mühərriki ilə hərəkətə gətirilir. Atom gəmisinin nüvə-energetika qurğusu adi atom-elektrik stansiyası kimi bir, iki və üç konturlu istilik sxemi ilə işləyə bilər. İstilikdaşıyıcı və işlək cism kimi su, su buxarı, qaz, maye metallar və üzvi maddələr tətbiq edilir. Nüvə-güc qurğusu ilə buzqıran gəmilər, yük, yük-sərnişin gəmiləri, konteyner daşıyan gəmilər, sualtı gəmilər, yedək və elmi tədqiqat gəmiləri təchiz olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Atom orbitalı
Atom orbitalı (elektron orbitalı) — verilmiş atom üçün Şrödinger tənliyinin həlli ilə alınan bir elektron dalğa funksiyası ψ {\displaystyle \psi } ; əsas orbital və maqnit - kvant m {\displaystyle m} ədədləri ilə verilir. n {\displaystyle n} əsas kvant ədədinin eyni dəyərinə malik atom orbitalları dəsti bir elektron qabığını təşkil edir. Hər bir kimyəvi elementin atomu bütün orbitalların tam dəstinə malikdir. Orbitallar elektronun üzərində olub-olmamasından asılı olmayaraq mövcuddur, onların elektronlarla doldurulması seriya nömrəsi, yəni nüvənin yükü və müvafiq olaraq elektronların sayı artdıqca baş verir.
Atom turizmi
Atom turizmi — mülki və hərbi məqsədlər üçün nüvə texnologiyaları ilə tanışlığa həsr olunmuş nisbətən yeni turizm növü. Nüvə silahı muzeylərinə və onların çatdırılma vasitələrinə, habelə nüvə silahlarının sınaq meydançalarına ziyarətlər daxildir.
Atom (mətn redaktoru)
Atom — Mac OS, Linux və Microsoft Windows üçün yazılmış, azad və açıq kodlu mətn və kod redaktorudur. Atom inteqrasiya olunmuş proqramlaşdırma mühiti kimi də istifadə oluna bilər. Atomu istifadə edən proqramçılar, onu "21-ci əsrin dəyişdirilə bilən (hackable) redaktoru" adlandırırlar.
Atom Elektrik Stansiyası
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Atom bombası ədəbiyyatı
Atom bombası ədəbiyyatı (原爆文学, Qenbaku bunqaku) – Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazıları əhatə edən yapon ədəbi janrı. Termin 1960-cı illərdə ortaya çıxmışdır. Postmüharibə dövrünün ilk illərində istifadə olunan hibakuşa ədəbiyyatı (被爆者文学, hibakuşa bunqaku) termini isə atom bombası qurbanları haqqında yazıları əhatə edən yapon ədəbi janrıdır. == Tarixi == Atom bombası ədəbiyyatının ilk ədəbi nümunələri əsasən avtobioqrafik xüsusiyyətlər daşıyırdı və gündəlik, jurnalist hesabatı, esse, tarixi sənəd kimi formaları özündə birləşdirirdi. Janrın ilk ədəbi nümayəndələri şəhərə daxil olduqdan sonra şahid olduqlarını oxuculara çatdırmaq istəyirdilər. 1953-cü ildə Yamaşiro Tomoe tərəfindən yazılmış "Atom bombasından sağ qurtulmaq: Atom bombası qurbanlarının memuarları" əsəri 23 qurbanın hekayəsini birləşdirirdi. Oxşar tərzdə tərtib olunmuş "Naqasaki şahidliyi" əsəri isə 1969–1978-ci illərdə nəşr olunmuşdur. Birinci şəxsin təkindən nəql olunan esse və hekayələr isə əvvəl yazıçı olmayan hibakuşalar tərəfindən yazılırdı. Kyoko Hayaşi, Tamiki Hara, Yoko Ota və Sadako Kurihara kimi hibakuşaların əsərləri ilk belə əsərlərə nümunədir. Hibakuşa şairləri isə hayku, çoka, vaka formalarının kiçik strukturlarından istifadə edərək atom bombası poeziyasına töhfələr vermişdilər.
Türkiyədə atom enerjisi
Türkiyədə nüvə energetikası - hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün planlaşdırılan sahə. Türkiyə Respublikasında nüvə sənayesinin inkişafı xronologiyası: 1955 — ABŞ-la Atom enerjisindən sülh məqsədi ilə istifadə anlaşmasının imzalanması. 1956 — Atom enerjisi Komisiyyasının işə başlaması. 1965 — Atom elektrik stansiyasının tikinti məsələləri ilə bağlı tədqiqatlara başlanılması. 1972 — Türkiyə Atom Enerjisi Departamentinin təsis olunması. 1974–1975 — İlk AES-nın yerinin müəyyən edilməsi ilə bağlı araşdırmaların aparılması. 1976 — Aralıq dənizi sahilində «Akkuyu» sahəsində AES tikintisi ilə bağlı lisenziyanın alınması. 1981 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq haqqında anlaşmanın imzalanması. 1977–2009 — Türkiyə Respublikasında dörd enerji blokunun tikintisi üçün tenderlərin keçirilməsi. == Layihələndirilən AES == Türkiyənin cənubunda, aralıq dənizi sahilində tikiləcək ilk atom elektrik stansiyası «Akkuyu AES»-dır.
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. == Ümumi məlumat == Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atom saatı
Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Atom spektrləri
Atom vaxtı
Atom vaxtı — Yer geoidində vaxtın düzgün keçidinə əsaslanan yüksək dəqiqliyə malik zaman standartıdır. Bu Yerli vaxtın prinsipal reallaşmasıdır(dövrü zolaq sabiti istisna olmaqla). Eyni zamanda bu vaxt bütün Yer səthi üzərində Ümumdünya vaxtı üçün əsasdır. == Kvars saatı == Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsələlərin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yüksək gərginlikli dəyişən cərəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impusları yaradır. Kvars saatları ilə vaxtı 10−6 saniyə dəqiqliklə ölçmək olur.
Atom bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Atom kristal qəfəsi
=== Atom kristal qəfəsi === Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs == Xarakteristikası == Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. == Uyğun element və birləşmələr == Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Atom sualtı qayığı
Atom sualtı qayığı (ing. Nuclear submarine; rus. Атомная подводная лодка) — Nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıq tipi. Atom sualtı qayıqları digər sinif sualtı qayıqlara nəzərən daha çox üstünlüklərə malikdirlər. Bu üstünlüklərdən ən önəmlisi oksigendən asılı olmadığı üçün uzun müddət suyun səthinə çıxmadan hərəkət edə bilməsidir. Digər sinif sualtı qayıqlar oksigendən aslı olduğundan tez-tez suyun üzərinə çıxmaq məcburiyyətində qalırlar. Atom sualtı qayıqları sürət baxımından da digər tipli qayıqlardan fərqlənir. İlk atom sualtı qayığı USS Nautilus (SSN-571) olmuşdur. Yeni nəsil atom sualtı qayıqları 25 il ərzində yenidən yüklənmə olmadan hərəkət etmə imkanına malikdir. Ənənəvi sualtı qayıqlarda enerjini akümlyatorda saxlanılır və istifadəsi məhdud səviyyədə olur, atom sualtı qayıqlarında isə belə bir problem yoxdur.
Azərbaycanda atom enerjisi
Azərbaycanda nüvə energetikası — Azərbaycan Respublikasında hal-hazırda mövcud olmayan, ancaq inkişaf üçün uzaq gələcəkdə planlaşdırılan sahə. == Tarix == Azərbaycanda nüvə energetikasından elektrik enerjisinin alınması məqsədilə istifadə ideyası XX əsrin 70-ci illərin ortalarına aiddir. 1980-ci ildə isə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai yaşayış məntəqəsi yaxınlığında layihə gücü, təxminən, 1000 MVt olan AES tikintisinin təməlinin qoyulması həyata keçirilib. Yerin seçilməsi müxtəlif faktorlardan irəli gəlmişdir. Belə ki, bu regionunun sənaye potensialının genişləndirilməsi planları və sovet alimlərinin hesablamalarına görə seysmik cəhətdən əlverişli zona olmasından irəli gəlmişdir. Ancaq bu layihənin reallaşdırılması bir qədər ləngimiş və Çernobıl faciəsindən sonra isə tamamən imtina edilmişdir. Azərbaycanda atom enerjisindən istifadə məqsədilə 8 may 2014-cü ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Mərkəzin təşkilində əsas məqsəd atomdan elektrik enerjisinin alınması deyil həm də, onun sənaye, kənd təsərrüfatı, səhiyyə və s tətbiqinə nail olmaq olur. Azərbaycan 2002-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv qəbul edilir. Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinə dair müraciət isə 2007-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən qəbul edilib.
Ruterford atom modeli
Rezerfordun atom modeli — 1911-ci ildə Ernest Rezerford tərəfindən irəli sürülmüş fiziki model.+2 yüklü alfa zərrəcikləri (+2) qızıl təbəqənin üzərinə, arxasına film çəkilmiş şəkildə yerləşdirilir. H e + 2 {\displaystyle He^{+2}} ) və şüaların lövhəyə dəydikdən sonra yolları çəkilir. Rezerford öz təcrübəsi ilə atomun diametrini çox kiçik bir sapma ilə hesabladı (22 min alfa hissəciklərindən biri kənara çıxdı).) Kənarlaşmanın səbəbi çox güman ki, o zaman daha həssas ölçmə metodunun mövcud olmamasıdır.Rezerfordun atom modeli Günəş sisteminə bənzədilir. Plakaya göndərilən şüaların çoxu birbaşa boşqabdan keçirdi. Onun protonlarla dolu bir nüvəsi var və onun ətrafında fırlanan elektronlar planetlərə bənzədilir. Təcrübə nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir: Atomda böyük dəliklər var. Şüaların kiçik bir hissəsinin sındığı, çox kiçik hissəsinin isə əks olunduğu müşahidə edilmişdir . Buradan aşağıdakılar öyrənildi: atomdakı + (müsbət) yüklər nüvə adlanan kiçik həcmdə toplanır. O, atom kütləsinin böyük hissəsinin nüvədə cəmləşdiyini bildirdi. Atomda nüvənin ətrafında müsbət yüklü hissəciklər qədər elektron var və elektronlar atom həcminin böyük hissəsini tutur.
Atom elektrik stansiyası
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Atom (çip üzərində sistem)
2012-ci ildə İntel şirkəti Atom prosessorlarını yeni çip üzərində sistem (SoC) formatında təqdim etdi. Yeni platforma kommunikator və planşet kompüterlər üçün nəzərdə tutulub. Həm də, 13 sentyabr 2011-ci ildə Google şirkəti Android ƏS üçün Intel x86 arxitekturalı prosessorları üçün tərəfdaşlıq təklifi etmişdir. 2015-ci ildə İntel şirkəti Atom ailəsi prosessorlarını üçün səviyyə bölgüsü tətbiq etməyə başlayır. Hal-hazırda onlar Core ailəsi prosessorlarını kimi 3 yerə bölünür. İndi Atom ailəsi prosessorları x3, x5, x7 markalanırlar: Atom x3 - baza səviyyəli, Atom x5 —orta səviyyəli, Atom x7 - ən məhsuldar prosessorlar sayılırlar. == Modellərin siyahısı == == Oxşar platformalar == Snapdragon от Qualcomm Tegra - Nvidia Exynos - Samsung Ax - Apple Atom - Intel OMAP - Texas Instruments MediaTek == İstinadlar == == Xarici keçidlər == Quad-Core Intel Atom CPUs Coming in 2013 // Tom's Hardware, 10.01.2012 Bay Trail.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Atom bombalarının dağıdıcı təsirləri
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə subatom zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insan bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır. Bütün dünya İkinci Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq. Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –işıq şüalanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici radiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur. == Partlayış anı == Bir atom bombasının Xerosima və Naqasakidə olduğu kimi 2.000 metr yüksəklikdə partladığını fərz edək. İlk nüvəni parçalayan neytron kütlə daxilində zəncirvari reaksiyalar meydana gəlir.
Atom insana xidmət edir (film, 1960)
Atom insana xidmət edir qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə atomun səhiyyədə-onkoloji xəstəliklərin müalicəsində istifadə olunmasından və onun müsbət nəticələrindən danışılır. == Məzmun == Kinolentdə atomun səhiyyədə-onkoloji xəstəliklərin müalicəsində istifadə olunmasından və onun müsbət nəticələrindən danışılır.
Hiroşima və Naqasakinin atom bombalanmaları
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Hiroşima və Naqasakinin atom bombardmanı
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Metsamor Atom Elektrik Stansiyası
Metsamor Atom Elektrik Stansiyası (erm. Հայկական ատոմային էլեկտրակայան) və ya Ermənistan Atom Elektrik Stansiyası — Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 36 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. == Tarixi == Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı. 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır.
Beynəlxalq Atom Enerjisi Agentliyi
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. == Təşkilatın yaradılması == BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. == Fəaliyyəti və məqsədləri == Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
"Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı
"Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı (rus. Медаль «За заслуги в освоении атомной энергии») — Rusiya Federasiyasının nüvə sənayesində nailiyyətlərin tanınmasına yönəlmiş dövlət təltifidir . Rusiya nüvə sənayesinin 70 illiyi münasibətilə 16 mart 2015-ci il tarixli 133 nömrəli prezidentin fərmanı ilə təsis edilmişdir. Fərman ilə birlikdə həmçinin "Rusiya Federasiyasının nüvə sənayesinin əməkdar işçisi" adı da təsis edilib. == Mükafat nizamnaməsi == "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı Rusiya Federasiyasının vətəndaşlarına nüvə enerjisinin tədqiqatı, inkişafı və istifadəsi sahəsində nailiyyətlərə, nüvə təhlükəsizliyinə və kadr hazırlığına töhfələrə və digər nailiyyətlərə görə verilir. Rusiyanın atom enerjisinin inkişafı, müdafiə qabiliyyəti, milli maraqları və beynəlxalq əməkdaşlıq. Xarici vətəndaşlar da Rusiya Federasiyasının nüvə sənayesinin inkişafına verdiyi töhfələrə görə medal ala bilərlər. Rusiya Federasiyasının üstünlüyü ordeni "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalının , "Dəmir yollarının inkişafına görə" medalından dərhal sonra digər medallarla birlikdə sol döşə taxılmasını diktə edir. == Mükafatın təsviri == "Atom enerjisinin inkişafında xidmətlərə görə" medalı 32 millimetr diametrli gümüş üzlü dairəvi medaldır, həm üz, həm də arxa tərəfində qaldırılmış halqaları var. Üz tərəfində atomun simvolu, nüvə buzqıran gəmisi, nüvə sualtı qayığı və atom elektrik stansiyasının təsvirləri var.
Erodium atomarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Erodium cicutarium subsp. atomarium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Atomostylis
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.

atom sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Kimyəvi elementin nüvədən və elektrondan ibarət ən kiçik hissəsi. Atom enerjisi. Atom nüvəsinin radiusu təcrübədə ölçülə bilər. Atom kvant mexanikası qanunlarına tabe olan mikroskopik sistemdir. Atom bombası. Atom çəkisi. 2. məc. Nəhayətsiz dərəcədə kiçik hissə, zərrə və ya kəmiyyət. [Qəhrəman:] Doktor! Mən ruhun ən incə nöqtələrini deyil, bəlkə atomlarını belə hesaba alıram. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / atom
  • 2 \ – bölünməyən, parçalanmayan. Qədim dövrdən bəri mütəfəkkirləri, filosofları düşündürən əsas məsələlərdən biri də təbiətin ən kiçik bölünməyən parçası, hissəsi olmuşdur. Antik yunan filosofları bunlara a-tomos \ deyirdilər. Daha sonraları atomlar maddənin ən kiçik bölünməz zərrəcikləri kimi xarakterizə edilirdi. Bu ideyanın əsasını qoyan filosof alim isə Jon Dalton olmuşdur. Bu təlim elmdə atomistika \ kimi məşhur idi.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / atom

atom sözünün rus dilinə tərcüməsi

  • 1 1. атом; 2. атомный;

    Azərbaycanca-rusca lüğət / atom
  • 2 I сущ. атом: 1. наименьшая часть химического элемента, являющаяся носителем его свойств. Atomun diametri диаметр атома, atomların kinetik enerjisi кинетическая энергия атомов 2. перен. малая величина, ничтожная часть чего-л. II прил. атомный. Atom elektrik stansiyası атомная электростанция, atom bombası атомная бомба, atom qazanı атомный котёл, atom quruluşu атомное строение, atom düzülüşü атомное расположение, atom enerjisi атомная энергия, atom ədədi атомное число, atom zəncirləri атомные цепочки, atom parçalanması атомный распад, atom rabitəsi атомная связь, atom radiasiyası атомная радиация, atom reaktoru атомный реактор, atom nəzəriyyəsi атомная теория, atom nüvəsi атомное ядро, atom həcmi атомный объём, atom çəkisi атомный вес

    Azərbaycanca-rusca lüğət / atom

atom sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. atom; nişanlı ~ fiz. tagged atom; ~un quruluşu atomic structure II. s. atom ic, atomical; nuclear; ~ çəkisi kim. atomic weight; ~ gəmisi an atomic ship; ~ bombası atomic bomb; ~ istiliyi atomic heat; ~ silahı atomic weapon; ~ enerjisi atomic / nuclear energy; ~ elektrik stansiyası nuclear power station; ~ qazanı atomic pile; ~ fizikası atomic physics; ~ müharibəsi atomic warfare; ~ partlayışı atomic explosion

    Azərbaycanca-ingiliscə lüğət / atom

atom sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) atome m ; 2) atomique adj ; ~ , bioloji və kimyəvi silahlar armes f pl atomique, biologique et chimique ; ~ bombası bombe f atomique ; bombe A ; ~ bombası sınaqları essais m pl de la bombe atomique ; ~ buzqıran gəmisi brise-glace f atomique ; ~ elektrik stansiyası centrale f atomique (və ya nucléaire) ; ~ enerjisi énergie f atomique ; ~ enerjisindən dinc məqsədlərlə istifadə utilisation f de l’énergie atomique à des fins pacifiques ; ~ istehsalı production f atomique ; ~ kimyası chimie f atomique ; ~ müharibəsi guerre f atomique ; ~ müharibəsinin başlanması commencement m de la guerre atomique ; ~ müharibəsi təhlükəsi danger m de la guerre atomique ; ~ nəzəriyyəsi théorie f atomique ; ~ nüvəsi noyau m atomique ; ~ partlayıcısı fusée-détonateur f atomique ; ~ partlayışı explosion f atomique ; ~un parçalanması fusion f de l’atome ; fusion atomique ; ~ raketləri fusées f pl atomiques ; ~ reaktoru réacteur m atomique ; ~ sənayesi industrie f atomique ; ~ siyasəti politique f atomique ; ~ silahı arme f atomique ; engin m atomique ; ~ silahı istehsalı production f de l’arme atomique ; ~ silahı istehsalının qadağan edilməsi interdiction f de la production de l’arme atomique ; ~ silahı yerləşdirilən zona zone f d’installation de l’arme atomique ; ~ silahından imtina renoncement m à l’arme nucléaire (atomique) ; ~ silahıdan müdafiə protection f de l’arme atomique ; ~ silahını tətbiq etməmə non-utilisation f de l’arme atomique ; ~ silahının yerləşdirilməsi installation f de l’arme nucléaire ; ~ silahı olan ölkələr puissances f pl atomiques ; ~ sualtı gəmisi sous-marin m atomique ; ~ tərksilahı désarmement m atomique ; ~ təhlükəsi danger m atomique ; ~ üstünlüyü superiorité f atomique ; ~ fizikası physique f atomique ; ~ çəkisi poids m atomique ; ~ şantajı chantage m atomique

    Azərbaycanca-fransızca lüğət / atom

atom sözünün ləzgi dilinə tərcüməsi

"atom" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atom nədir? #atom sözünün mənası #atom nə deməkdir? #atom sözünün izahı #atom sözünün yazılışı #atom necə yazılır? #atom sözünün düzgün yazılışı #atom leksik mənası #atom sözünün sinonimi #atom sözünün yaxın mənalı sözlər #atom sözünün əks mənası #atom sözünün etimologiyası #atom sözünün orfoqrafiyası #atom rusca #atom inglisça #atom fransızca #atom sözünün istifadəsi #sözlük