* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Yaxşı tüfəng atan, yaxşı nişan vuran; mahir nişançı. // tar. Nişançı. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər… A.Şaiq. // İs. mənasında. Cavanşir elinə mənsub sallağı bığlı, qolsuz kürklü atıcılar var idi. Çəmənzəminli. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəyoğlu. 2. is. Yun və pambıq kimi şeyləri xüsusi alətlərlə didib yumşaldan usta, fəhlə; həllac.
Azərbaycan dilinin izahlı lüğəti / atıcı1 ATICI (yaxşı tüfəng atan) [Koxa:] Əqlim var, başım var, deyiləm qanmaz; Mən də atıcıyam, yaxşı qulaq as (S.Rüstəm); NİŞANÇI Dəstadə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı (M.Hüseyn); SNAYPER (əla atıcı, yaxşı nişançı) Mahir snayper kimi, hədəfini həmişə; sərrast vurandır Həsən (M.Rzaquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / atıcı2 1 I сущ. стрелок. Mahir atıcı искусный стрелок II прил. стрелковый. Atıcı diviziyası стрелковая дивизия, atıcı alayı стрелковый полк 2 сущ. шерстетрепальщик, шерстетрепальщица
Azərbaycanca-rusca lüğət / atıcı1 I. i. 1. shot; 2. (əsgər) rifleman*: əla ~ expert shot / rifleman*; 3. bax həllac II. s. infantry; shooting; ~ alayı infantry / rifle regiment
Azərbaycanca-ingiliscə lüğət / atıcı1 is. hərb. tireur m ; tirailleur m ; franctireur m ; mahir ~ tireur d’élite
Azərbaycanca-fransızca lüğət / atıcı1 1. прил., сущ. хъсан тфенг ядай(ди), хъсан лишан кьадай(ди); лишан кьунин устӀар (тир); // ист. лишанчи; ядайди; 2. сущ. пемпечи, гьаллаж (йис ва памбаг хьтин затӀар кьилдин алатривди чухвана, эвяна хъуьтуьлардай, пурпу ийидай устӀар, фяле).
Azərbaycanca-ləzgicə lüğəti / atıcı(Qazax) keçəçi. – Atıcı qəlif düzəldər
Azərbaycan dilinin dialektoloji lüğəti.