avtoqraf-məktub sözü azərbaycan dilində

avtoqraf-məktub

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avtoqraf-məktub • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtoqraf
Avtoqraf — [fr. autographe, autos – özüm, grapho – yazıram] imza, xüsusilə müəllifliyi təsdiq edən, əl ilə yazılmış, adətən, xatirə yazısı və ya imza. Məsələn, avtoqraf vermək; əsərin müəllifinin əsil əlyazması (bir müəllifin özü tərəfindən yazılmış əlyazması). Məsələn, görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır; sürətçıxaran cihaz növü. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda - daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. == Məktubun tərtib olunma qaydası == Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Avtoqraf (film, 1986)
Avtoqraf qısametrajlı sənədli süjeti rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir. == Məzmunu == Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir.
Atama məktub
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Atama məktub (hekayə)
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Dostuma Məktub (1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.
Oğurlanmış məktub (hekayə)
Oğurlanmış məktub — amerikalı yazıçı Edqar Allan Po tərəfindən yazılmış qısa hekayədir. Xəyali Ogüst Düpeni əhatə edən üç detektiv hekayənin üçüncüsüdür. Digər ikisi "Rue Morquedəki Cinayətlər" və "Marie Roqetin sirri"dir. Bu hekayələr müasir detektiv hekayəsinin erkən öncüsü olaraq qəbul olunur.
Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). == Məzmun == Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Anaya məktub (film, 1980)
Anaya məktub qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları ifa edirlər. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Məzmun == Son illər Sovet İttifaqının ən yaxşı ali məktəblərinə respublikamızdan oğlan və qızların qəbulu on dəfə artmışdır. İndi SSRİ-nin 152 ali məktəbində 3300-dən çox azərbaycanlı gənc 244 ixtisas üzrə təhsil alır. Onların 800-dən çoxu Moskvanın 42 ali məktəbində 136 ixtisasa yiyələnir.Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eyvaz Eyvazov Rejissor: Nicat Feyzullayev Operator: Ələkbər Muradov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Dostuma məktub (film, 1992)
== Məzmun == Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. == Film haqqında == Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Göndərilməmiş məktub (film, 1959)
«Göndərilməmiş məktub» (rus. Неотправленное письмо) — rejissor Mixail Kalatozovun 1959-cu ildə çəkdiyi film. == Məzmun == Filmdə sovet geoloq qrupunun faciəvi taleyindən bəhs olunur.
Məktub (Miri Yusif mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. == Klip == Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Polkovnikə məktub yoxdur (povest)
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). == Məzmun == Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Sizə məktub var (1998)
Sizə məktub var (ing. You've Got Mail) — rejissor Nora Efronun filmi. == Məzmun == Co Foks və Ketlin Kelli Manhettendə — Vest-Saydda yaşayırlar və bir-birilərilə internet vasitəsilə danışırlar. Onlar subay deyillər, lakin nəsə onları bir-birinə cəlb edir. Bir gün məlum olur ki, onlar bir-birinə rəqib olan iki yanaşı kitab mağazalarının rəhbərləridirlər. Bunu ilk olaraq anlayan Co, Ketlinə heç bir şey demir. Və bu virtual məktublaşmaları sonadək davam etdirir... == Film haqqında == Filmin büdcəsi 65 mln. dollara yaxındır. Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) bu filmin ssenarisi Azərbaycan yazıçısı Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.
Sizə məktub var (film, 1998)

Oxşar sözlər

#avtoqraf-məktub nədir? #avtoqraf-məktub sözünün mənası #avtoqraf-məktub nə deməkdir? #avtoqraf-məktub sözünün izahı #avtoqraf-məktub sözünün yazılışı #avtoqraf-məktub necə yazılır? #avtoqraf-məktub sözünün düzgün yazılışı #avtoqraf-məktub leksik mənası #avtoqraf-məktub sözünün sinonimi #avtoqraf-məktub sözünün yaxın mənalı sözlər #avtoqraf-məktub sözünün əks mənası #avtoqraf-məktub sözünün etimologiyası #avtoqraf-məktub sözünün orfoqrafiyası #avtoqraf-məktub rusca #avtoqraf-məktub inglisça #avtoqraf-məktub fransızca #avtoqraf-məktub sözünün istifadəsi #sözlük