Cənubi Qafqaz ayısı
Cənubi Qafqaz ayısı (lat. Ursus arctos syriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü.
== Görünüşü ==
Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur.
== Areal ==
Hal-hazırda Suriyada, Livanda, Kiçik Asiyada və Cənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də Talış və Xəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar.