arısı sözü azərbaycan dilində

arısı

Yazılış

  • arısı • 93.7888%
  • Arısı • 6.2112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Qabaqtəpə arısı
Qabaqtəpə arısı - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. == Qısa məlumat == Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır.
Bakfast arısı
Bakfast arısı (lat. Apis mellifera buckfast) — Bakfast arısı 1919-cu ildən Böyük Britaniyanın Devon şəhərindəki Bakfast abbadlığında arıçılıqla məşğul olan Karl Kehrl (1898-ci ildə Almaniyada anadan olub) tərəfindən hazırlanmış bir çox yarımnöv və onların ştamplarının çarpazı olan bal arısı cinsidir. Bakfast arısının yetişdirilməsi hazırda bütün Avropada Avropa Bakfast Arıçılar Federasiyasına (G.D.E.B.) aid olan damazlıqçılar tərəfindən həyata keçirilir. Bu təşkilat Bakfast arıları üçün Adam qardaşları dövründən yaranan bir şəcərəni saxlayır. 1916-cı ildə abbatlıqda yalnız 16 sağ qalan koloniya qalmışdı. Onların hamısı ya İtaliyadan olan Liquriya (A. m. ligustica), ya da ingilis qara arısı (A. m. mellifera-nın indi nəsli kəsilmiş fenotipi) ilə cütləşmiş Liquriya kraliçaları idi; 1919-cu ilə qədər bu arılar da ölür və nəticədə Karl İtaliyadan və həmçinin Fransadan yenidən ana arılar gətirir və o, Bakfast arısı kimi tanınacaq şeyi inkişaf etdirməyə başlayır.
İtalya arısı
İtaliya arısı
İtalya arısı və ya Liquriya arısı (lat. Apis mellifera ligustica) — bal arılarının yarlmnövlərindən biri. == Mənşəyi == İtalya arı cinsi İtaliyanın kontinental hissəsindən, Apennin yarımadasından, Alp dağlarının cənubundan, Siciliyanın şimalından gəlir. Yəqin ki, bu yarımnöv İtaliyada son buz dövründə sağ qalmışdır. Yarımnöv Pireney yarımadasından və Siciliyadan olan arılardan genetik olaraq fərqlidir. Bu bütün bal arıları arasında ən çox yayılmış cinsdir, çünki bu yarımnöv subtropik və mülayim iqlimlərin əksər növlərinə yaxşı uyğunlaşır, lakin rütubətli tropik bölgələrdə inkişaf etmir. İtalya arıları quraq yayı, uzun müddət bal axını və mülayim, rütubətli qışı olan mərkəzi Aralıq dənizinin isti iqlimində inkişaf etmişdir. Buna görə də, uzun şiddətli qış və tez-tez soyuqlar olan uzun yazın olduğu şimal enliklərində arılar o qədər də yaxşı uyğunlaşmır və bu şəraitdə onların yetişdirilməsi əhəmiyyətli çətinliklər yaradır. Payızda balalarını gec yetişdirmək vərdişi bal istehlakını artırır. İtalya arıları adətən olduqca zəhmətkeşdirlər.
Dağıstan zolaqlı arısı
Dağıstan zolaqlı arısı (lat. Bombus daghestanicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Yayılması == Qafqaz üçün endemik olan növ. Azərbaycanda (Zəngəzur sıra dağlarının yüksəklikləri) Şahbuz, Böyük Qafqaz (Zaqatala, Şəki, Qəbələ, Qax) rast gəlinir. Üstəlik onlara Dağıstan və Gürcüstan ərazilərində belə rast gəlmək olar. Xüsusi ilə Meşə zonası və çöl çəmənliklərdə yayılırlar. Son zamanlar insan fəaliyyəti nəticəsində sayları azalır. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan SSR, Qırmızı Kitabı . 1989.
Eşşək arısı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Eşşək arısı (personaj)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Fars zolaqlı arısı
Fars zolaqlı arısı (lat. Bombus persicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Təsviri == Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur. == Yayılması == Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir. == Həyat tərzi == Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar. == Sayı == Az saylı növdür == Məhdudlaşdırıcı amillər == Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Mlokoseviç zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı (lat. Bombus mlokosievitzi) — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayı azalmışdır. Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır. == Yayılması == Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdır.
Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu. == Yayılması == Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir. == Biologiyası == Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, Carduus crispus, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, Carduus, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.
Sarı Qafqaz arısı
Sarı Qafqaz arısı (lat. Apis mellifera remipes) — bal arısının bir yarımnövü. Bu arı qrupuna Gürcüstan, Ermənistan və Azərbaycanın sarı arıları daxildir. Üç populyasiyaya bölünür: erməni sarısı (Ermənistanın dərə və dağətəyi rayonları), “Dərəsarısı” (Gürcüstanın və Azərbaycanın aran rayonları) və “Şimali Qafqaz” (Kuban) “Enli ayaqlılar” (Rusiyanın Krasnodar, Stavropol diyarlarının və Rostov vilayətinin çöl bölgələri). K. A. Qorbaçovun, Skorikovun fikrincə, bu arılar Boz Qafqaz arılarının “Sarı fars arısı” (Apis meda) ilə qarışığından əmələ gəlib. == Xüsusiyyətləri == Bu arıların xortumu Boz Qafqaz arılarından (6,5-6,9 mm) bir qədər qısadır, lakin [[|Çəmənlik üçyarpaq yoncası|yoncada]] da yaxşı işləyir. Bir günlük arının çəkisi 90 mq, sonsuz ana arının çəkisi 180 mq, məhsuldar ana arının çəkisi 200 mq-dır. Sarı Qafqaz cinsinin uterusunun məhsuldarlığı gündə 1100-1700 yumurtaya çatır. Analar əsasən pətəyin aşağı hissəsinə bala qoyurlar. Sarı Qafqaz arılarının fərqləndirici xüsusiyyəti, arıların çoxlu ana üsküyü qoyduğu halda, beçə verməyə loyal olmasıdır.
Qarışqa-adam və Eşşək arısı (film, 2018)
Qarışqa-adam və Eşşək arısı (ing. Ant-Man and Wasp) — Marvel istehsalı film. 2015-ci il filmi Qarışqa-adamın davam filmidir. == Mövzu == Kapitan Amerika: Qəhrəmanların savaşı filmindən sonra ev həbsinə məhkum olan Skot Lanq həm ata həm də superqəhrəman seçimlərinin nəticələrinə tab gətirir. Skot yeni tapşırığıa başlayır. Bu tapşırıqda Eşşək arısı ilə savaşacaq.
Qarışqa-adam və Eşşək arısı: Kvantmaniya (film, 2023)
Qarışqa-adam və Eşşək arısı: Quantumania (ing. Ant-Man and the Wasp: Quantumania) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının filmi. == Çəkilişlər == Filmin çəkilişləri Atlanta, London və Los-Ancelesdə aparılır.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2005 ••••••• 1.35
2007 0.21
2008 ••• 0.49
2009 •••••••••••••••••••• 4.48
2010 •• 0.27
2011 0.17
2012 •••• 0.69
2013 •• 0.29
2014 0.17
2015 •• 0.34
2016 •• 0.35
2017 0.16
2018 •• 0.30
2019 •• 0.42
2020 •••• 0.80

"arısı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#arısı nədir? #arısı sözünün mənası #arısı nə deməkdir? #arısı sözünün izahı #arısı sözünün yazılışı #arısı necə yazılır? #arısı sözünün düzgün yazılışı #arısı leksik mənası #arısı sözünün sinonimi #arısı sözünün yaxın mənalı sözlər #arısı sözünün əks mənası #arısı sözünün etimologiyası #arısı sözünün orfoqrafiyası #arısı rusca #arısı inglisça #arısı fransızca #arısı sözünün istifadəsi #sözlük