yarışı sözü azərbaycan dilində

yarışı

Yazılış

  • yarışı • 95.0448%
  • Yarışı • 4.8830%
  • YARIŞI • 0.0722%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bugünkü beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. == Avstraliya == Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Silahlanma yarışı
Silahlanma yarışı — iki və ya daha çox tərəf arasında ən yaxşı silahlı qüvvələrə sahib olma yarışı.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. == Tarix == Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar. Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.
Motosiklet Yarışı (1937)
== Məzmun == Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Təbriz karikatura yarışı
Təbriz Cizgi filmi Muzeyi (fars. موزه کارتون تبریز‎) — Təbriz şəhərində yerləşən muzey. 2002-ci ildən Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir. Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Bu karikatura və cizgi filmi muzeyindən rəsmi olaraq dünyada cəmi 5 ədəd mövcuddur. Bolqarıstanın Qabrovo şəhərində yerləşən Yumor və Satira Evindən sonra dünyada yerləşən ikinci ən geniş muzeydir. Bu muzey dünya karikatura və cizgi filmi muzeyləri rəhbərlərinin illik ikinci toplantılarını ev sahibliyi edir. Bu toplantılara İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçikadan nümayəndələr qatılır. Muzey 2007-ci ilin mart ayında Təbriz İncəsənət Mərkəzinin qərb hissəsində yaradılmışdır. Mədəniyyət departamentliyinə tabe olsa da, illik müdcəyə malik deyildir.
Yük maşını yarışı
Yük maşını yarışları — yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. == Vacib məlumatlar == Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Motosiklet yarışı (film, 1937)
== Məzmun == Kinolent Azərbaycan SSR-də Bakı avtoklubu üzvləri arasında keçirilən motosiklet yarışları haqqındadır.
Avropa Yük Maşınları Yarışı Çempionatı
FIA Avropa Yük Maşınları Yarışı Çempionatı ― Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənmiş və ETRA Promotion GmbH tərəfindən təşkil edilən tırlar üçün nəzərdə tutulmuş motorsport növündə olan yol yarışları seriyasıdır. == Çempionlar == === 1985–1993 === === 1994–2005 (FIA European Cups) === === 2006–indiyə qədər (FIA Avropa Çempionatı) === ==== Goodyear Yük Maşınları Kuboku ==== 2017-ci ildən seriya müntəzəm sürücülər çempionatı çərçivəsində Goodyear Yük Maşınları Kuboku yarışlarını keçirməyə başlamışdır.
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı — 2015 UCI BMX Dünya Çempionatında təşkil olunan və 25 iyul 2015-ci il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. == Nəticələr == === Təsnifat === Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa === Birinci mərhələ === İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı === Final === Final oyununda medalçılar müəyyənləşdi.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı — 2016 UEC Avropa Trek Çempionatında 18 velosipedçinin iştirakı ilə 20 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı — 2016 UEC Avropa Trek Çempionatında 22 velosipedçinin iştirakı ilə 19 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.

"yarışı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yarışı nədir? #yarışı sözünün mənası #yarışı nə deməkdir? #yarışı sözünün izahı #yarışı sözünün yazılışı #yarışı necə yazılır? #yarışı sözünün düzgün yazılışı #yarışı leksik mənası #yarışı sözünün sinonimi #yarışı sözünün yaxın mənalı sözlər #yarışı sözünün əks mənası #yarışı sözünün etimologiyası #yarışı sözünün orfoqrafiyası #yarışı rusca #yarışı inglisça #yarışı fransızca #yarışı sözünün istifadəsi #sözlük