Çiçək yağışı (film, 1971)
Kinooçerk çiçəklər haqqında lirik hekayədir.
Güllər həmişə insanlara, evə sevinc, gözəl əhvali-ruhiyyə, gümrahlıq, həyata məhəbbət gətirir. Filmdə insanın gülə münasibəti, qarşılıqlı əlaqəsi barədə söhbət açılır. Kinolentdə incə-lirik səhnələrlə yanaşı kəskin dramatik anlar da vardır.
Rejissor: Rasim Ocaqov
Ssenari müəllifi: Arif Əliyev
Operator: Rasim Ocaqov
Bəstəkar: Emin Sabitoğlu
Mahnıların mətninin müəllifi: Vaqif Səmədoğlu
Səs operatoru: Şamil Kərimov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.