Azərbaycanın sözü azərbaycan dilində

Azərbaycanın

Yazılış

  • Azərbaycanın • 99.9621%
  • AZƏRBAYCANIN • 0.0264%
  • azərbaycanın • 0.0105%
  • AZərbaycanın • 0.0003%
  • AZƏRBAYCANın • 0.0003%
  • AzərbaycanIn • 0.0003%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın sərhədləri
Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən quru sərhədlərinin 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə Ermənistan ilə 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda iran 765 km ilə həmsərhəddir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713 km olan Xəzər dənizi yuyur. Rusiya Federasiyası ilə sərhəd xətti Samurçay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıxçay ilə Qabırrıçayın və Kür ilə Qabırrıçayın suayırıcısı təşkil edir. Ermənistanla sərhədi, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran ilə sərhədini çox yerdə Araz, Bolqarçay, Astaraçay və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir.
Azərbaycanın şəhərləri
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Azərbaycanın futbol klubları
Bu siyahı Azərbaycanda yaradılmış, fəaliyyət göstərən və fəaliyyətini dayandırmış futbol klublarını ehtiva edir. Siyahıda 282 klub vardır.
Azərbaycanın hərbi tarixi
== Azərbaycan tarixi == Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816–837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu. Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmış, onu həyatın ən vacib məqsədinə çevirmişdir.
Azərbaycanın bankları
Azərbaycan bankları — Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklar. Hazırda Azərbaycanda 2 dövlət bankı və 20 kommersiya bankı fəaliyyət göstərir. == Mərkəzi bank == Azərbaycan Resbuplikası Mərkəzi Bankı (AMB) == Dövlət bankları == Azərbaycan Beynəlxalq Bankı (ABB) Azər‐Türk Bank == Kommersiya bankları == AccessBank AFB Bank Azərbaycan Sənaye Bankı Bank Avrasiya Bank BTB Bank of Baku Bank Respublika Expressbank Kapital Bank Melli İran Bankı Bakı filialı PAŞA Bank Premium Bank Rabitəbank TuranBank Unibank VTB Bank XalqBank YapıKredi Bank YeloBank Ziraat Bank == Mövcud olmuş banklar == Royal Bank (1993–2012) Azərbaycan Kredit Bankı (2005-2015)) Euro Bank (2015) Bank Standard (2016) Gəncə Bank (2016) Qafqaz İnkişaf Bankı (2016) United Kredit Bank (2016) Zamin Bank (1992–2016) Kredo Bank (1994–2016) Bank of Azerbaijan (1993–2016) Para Bank (1991–2016) Texnika Bank (1994–2016) Deka Bank (1989–2016) Atrabank (1992–2016) Dəmir Bank (1989-2017) AGBank (1992–2020) Amrahbank (1993–2020) AtaBank (1993–2020) NBCBank (1992–2020) Pakistan Mərkəzi Bankı Bakı filialı (2005–2022) Günay Bank (1992–2023) Muğanbank (1992-2023) Naxçıvanbank (2008-2024).
Azərbaycanın bayrağı
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. == Bayrağın təsviri == Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycanın coğrafiyası
Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü.Hazırda əhali 10.148.057 nəfərdir və dünya sıralamsında 87 cidir.(2023-cü il). == Azərbaycan Respublikasının relyefi == Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Azərbaycanın ekologiyası
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. == Ekoloji problem == Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, şümşə, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Azərbaycanın gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır. == Yaranma tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi.
Azərbaycanın gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. == Göllərin tipləri == Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.).
Azərbaycanın iqlimi
Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.
Azərbaycanın konsulluqları
== Avropa ==
Azərbaycanın landşaftları
Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft strukturunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir — alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri ayrılır.
Azərbaycanın meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
Azərbaycanın morfoskulpturları
Azərbaycannın morfoskulpturları == Nival–qlyasial proseslər və relyef formaları == Azərbaycanın yüksək dağlıq (2800–3900 m) ərazilərində Dördüncü dövrdə baş vermiş dağ-dərə buzlaşması müasir dövrdə paleomorfoskulpturlar kimi geniş yayılmış nival-qlyasial formaların yaranmasına səbəb olmuşdur. Dördüncü dövrün kəskin iqlim dəyişmələri və tədricən quraqlığın artması həmin relyef formalarını köklü surətdə dəyişmiş, bəzi yerlərdə isə məhv etmişdir. Nival-qlyasial relyef formalarının dağlıq ərazilərdə, əsasən, ekzarasiyon əlamətləri nisbətən yaxşı saxlanılmışdır. Bunlar əsasən troq dərələri, kar, sirk və şiş qayalar şəklində Böyük Qafqazın, Murovdağ və Zəngəzur silsiləsinin suayrıcılarında tipik relyef formalarından ibarətdir. Nival-kriogen proseslərin inkişafı yüksək dağlığa xas olan şaquli qurşaqlıq zonalarının əmələ gəlməsinə səbəb olmuşdur. Denudvsiya prosesinə nisbətən asan məruz qalan litoloji komplekslərin ərazidə inkişafı, nival-qlyasial-kriogen proseslərinin əmələ gətirdiyi formaların zəif saxlanılması ilə səciyyələnir. Dördüncü dövr buzlaşmasının bir çox ekzarasiyon formaları müasir çay dərələrinin mənbə hissələrində karlar və sirklər şəklində saxlanılmışdır. Nival-qlyasial-kriogen relyef formaları müxtəlif çay hövzələrində təxminən eyni yüksəkliklərdə yayılmışdır. Onlar denudasiya-eroziya proseslərinin daha intensiv inkişaf etdiyi Baş Qafqazın mərkəzi və şərq hissəsində, Zəngəzur silsiləsində, Qarabağ vulkanik yaylasında və Murovdağ silsiləsində yüksəkdağlıq sahələri (2800–3000 m və daha yüksək) əhatə edirlər. Bu isə, əsasən, kriogen-soliflyüksion proseslərin inkişaf etdiyi dağ-çəmən zonasının yuxarı hissəsini əhatə edən alp çəmənliklərində daha çox nəzərə çarpır.
Azərbaycanın nefti
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Azərbaycanın parlamenti
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Azərbaycanın quşları
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Azərbaycanın relyefi
Azərbaycan relyefi — Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400–500 m (Orta və Aşağı Araz çökəkliklərində 800–1000 m), bəzi yerlərdə 100–120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0–50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Böyük Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 657 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir. == Ümumi məlumat == Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Böyük Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Böyük Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir.
Azərbaycanın səfirlikləri
== Avropa ==
Azərbaycanın tarixi
Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 706-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər). XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur.
Azərbaycanın təbiəti
Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir. Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır. Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir. == Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən == Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr.
Azərbaycanın yolları
Azərbaycan Respublikasının avtomobil yolları — Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2009-cu ildə avtomobil yollarının ümumi uzunluğu 18,946 kmdir. Onlardan respublika əhəmiyyətli 4,631 km, bərk örtüklü isə 18,774 km təşkil edib. Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır. == Tarix == === XX əsrdən əvvəl === Qədim vaxtlardan Avropa, Yaxın Şərq və Asiya bazarlarını birləşdirən yolların kəşisməsində olan Azərbaycan "Şərqin Qapıları" kimi sayılırdı. Hətta 10 min il bundan qabaq Qobustan qayalarında naxış vurulmuş qayıq şəkilləri göstərirlər ki, qədim şumerlər(yaxud da Xəzər dənizinin sahilləri Qobustan qayalıqlarına dirənmiş vəziyyətdə olub) dənizə qədər yol çəkdilər və qayıqlardan istifadə edirdilər. Alban dövləti zamanında Azərbaycanda böyük və kiçik şəhərlər əmələ gələrkən, onları birləşdirən yollara ehtiyac artırdı. 6–8-ci əsrlərdə Azərbaycanda ticarət yolları olan digər şəhərlər var idi: Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan, böyük ticarət mərkəzləri olan Şəki, Şəmkir, Naxçıvan, Kaburqala (Ağdam), və Torpaqqala (Qax). Uzaq Asiyadan, Çindən, Hindistandan gələn və Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinə də toxunurdu.
Azərbaycanın əhalisi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Azərbaycanın qazlaşdırılması
Qızıl Kəpənək Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı
Azərbaycanın Ən Parlaq Ulduzu kateqoriyasında Qızıl Kəpənək mükafatını qazanan sənətçilərin siyahısı. Mükafat yalnız Azərbaycan sənətçilərinə verilir.
Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
Sovet Azərbaycanının 50 İlliyi (1970)
Sovet Azərbaycanının Nailiyyətləri (1964)
== Məzmun == Film Sovet Azərbaycanının xalq təsərrüfatının bütün sahələrində əldə etdiyi nailiyyətlərindən söhbət açır.
Sovet Azərbaycanının nailiyyətləri (film, 1964)
== Məzmun == Film Sovet Azərbaycanının xalq təsərrüfatının bütün sahələrində əldə etdiyi nailiyyətlərindən söhbət açır.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
İran Azərbaycanının Paytaxtında (1945)
== Məzmun == Filmdə Güney Azərbaycanda demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət islahatlarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Operator: Seyfulla Bədəlov Diktor mətninin müəllifi: Ənvər Məmmədxanlı Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Ağahüseyn Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
İran Azərbaycanının paytaxtında (film, 1945)
== Məzmun == Filmdə Güney Azərbaycanda demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət islahatlarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Operator: Seyfulla Bədəlov Diktor mətninin müəllifi: Ənvər Məmmədxanlı Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Ağahüseyn Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
Azərbaycanın dövlət katiblərinin siyahısı
Azərbaycanın dövlət katiblərinin siyahısı — 18 oktyabr 1991-cı ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın dövlət katiblərinin siyahısı bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın dövlət katiblərinin siyahısı sıralanmışdır.
Azərbaycanın dövlət müşavirlərinin siyahısı
Azərbaycan dövlət müşavirlərinin siyahısı — 18 oktyabr 1991-cı ildən sonra ölkədə müstəqillik edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın dövlət müşavirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın dövlət müşavirləri sıralanmışdır.
Azərbaycanın futbol klubları siyahısı
Bu siyahı Azərbaycanda yaradılmış, fəaliyyət göstərən və fəaliyyətini dayandırmış futbol klublarını ehtiva edir. Siyahıda 282 klub vardır.
Azərbaycanın müdafiə sənayesi nazirlərinin siyahısı
Azərbaycan müdafiə sənayesi nazirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın müdafiə sənayesi nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın müdafiə sənayesi nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == Müstəqillik 18 oktyabr 1991-ci il tarixində yenidən əldə edildikdən sonra təyin olunan nazirlər siyasi partiya üzvlüyü olan prezident tərəfindən təyin olunsalar da, hər biri bitərəf olmuşdur. Ümumiyyətlə, Azərbaycan hökumətlərində daxili işlər, müdafiə və müdafiə sənayesi nazirləri postlarını bitərəf siyasətçilər tutmuşdur.
Azərbaycanın Komando Briqadaları
Azərbaycan komandosu — Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı silahlı birləşmələri. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarından başlanılmışdır. == Hərbi hissələri == === Xocavənd Briqadası === Azərbaycanda Komando Briqadasının birinci hərbi hissəsinin açılışı 24.12.2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində baş tutdu. Hərbi hissənin açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, müdafiə naziri Z. Həsənov və 2-ci Ordu Korpusunun Komandiri M. Bərxudarov qatıldı. Mərasimdən əvvəl müdafiə naziri Z. Həsənov İlham Əliyevə raport verdi. Daha sonra İlham Əliyev hərbçiləri salamladı və Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəxsi heyət qarşısında çıxışı zamanı İlham Əliyev "Komando Briqadasının yaradılmasının bizim üçün yeni addım olduğunu və bu briqadaların istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlarını." bildirdi. Daha sonra Azərbaycan Prezidentinin Komando Briqadasına döyüş bayrağının verilməsi haqqında 01.10.2021-ci il tarixli təqdimatı oxundu. Briqada Komandiri Elşən Sanayev döyüş bayrağını İlham Əliyevdən aldı.
Azərbaycanın Baş Naziri
Azərbaycan Respublikasının Baş naziri — Azərbaycan hökumətinin başçısıdır. 2019-cu il oktyabrın 8-də sələfi Novruz Məmmədov vəzifəsindən istefa verdikdən sonra hazırkı baş nazir Əli Əsədovdur. Prezidentin siyasi sistemdə mərkəzi roluna görə, icra hakimiyyətinin (o cümlədən, baş nazirin) fəaliyyətinə dövlət başçısı əhəmiyyətli dərəcədə təsir göstərir (məsələn, baş naziri vəzifəyə təyin edən və vəzifədən azad edən prezidentdir və s. Hökumət üzvləri; Prezident Administrasiyası iclaslarına sədrlik edə və baş nazirə və hökumətin digər üzvlərinə icrası məcburi olan sərəncamlar verə bilər, prezident həmçinin hökumətin hər hansı aktını ləğv edə bilər). == Seçilmə qaydaları == Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Azərbaycanın dövlət təltifləri
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycanın məhkəmə sistemi
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır. == Azərbaycan məhkəmə sisteminin tarixi == Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı...
Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağ damı… qısametrajlı sənədli televiziya filmi rejissor Vüqar Sədioğlu tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. Filmdə ermənilər tərəfindən Ağdamın və ağdamlıların başına gətirilən bəlalar əks etdirilir. == Məzmun == Film erməni işğalı nəticəsində viranə qalan ağrılı və qürürlu yaddaşımız Ağdamdan bəhs edir. "Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir". Nə yaxşı, Qarabağla – o müqəddəs torpaqla bağlı cənnətimiz – yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza. Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhərimiz, dinc və məğrur insanların yurdu, havası, suyu, torpağı da muğam oxuyan, gül qoxuyan Ağdamla bağlı yaddaşımız ovudur bizi: Ağrılı və qürurlu yaddaşımız… Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi..
Azərbaycanın diplomatik nümayəndəlikləri
== Avropa ==
Azərbaycanın Avropa qitəsindəki ərazisi
Azərbaycanın Avropa qitəsindəki ərazisi — Azərbaycan ərazisinin kiçik bir hissəsini (başlıca olaraq, Quba-Xaçmaz iqtisadi rayonu) əhatə edir. Ərazi üçün ən kiçik rəqəm 6960 kvadrat kilometrdir (Azərbaycan ərazisinin təqribən 8 faizi). == Ərazisi == Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonunun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanıdır. Avropanın sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir, Şüvəlanın ərazisinin də bir hissəsi Avropadadır. Avropanın sərhədinin bitdiyi yer təxminən Abşeron rayonunun Zirə qəsəbəsindədir. Zirənin yarısı Asiya, yarısı isə Avropadadır. Bakı tam olaraq Avropada deyil. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropa sərhədləri içindədir. Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya daxildir. == Siyasi nəticələri == Azərbaycanın xarici siyasətində vacib məsələlərdən biri Avropa və Avropa-Atlantik quruluşuna inteqrasiyadır.
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 2008 və 2012-ci illərdə dopinqdə hallanmışdır. 2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir. == Ləğv edilən nəticələr == == 2008-ci ilin olimpiadası == 24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi. 26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.
Azərbaycanın şəhərlərinin siyahısı
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.

"azərbaycanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#azərbaycanın nədir? #azərbaycanın sözünün mənası #azərbaycanın nə deməkdir? #azərbaycanın sözünün izahı #azərbaycanın sözünün yazılışı #azərbaycanın necə yazılır? #azərbaycanın sözünün düzgün yazılışı #azərbaycanın leksik mənası #azərbaycanın sözünün sinonimi #azərbaycanın sözünün yaxın mənalı sözlər #azərbaycanın sözünün əks mənası #azərbaycanın sözünün etimologiyası #azərbaycanın sözünün orfoqrafiyası #azərbaycanın rusca #azərbaycanın inglisça #azərbaycanın fransızca #azərbaycanın sözünün istifadəsi #sözlük