* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın əsas əhalisini təşkil edən, türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Dünya azərbaycanlıları. Cəmiyyət xarici ölkələrdə yaşayan azərbaycanlılarla mədəni əlaqə saxlayır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. – …Sonralar azərbaycanlılar da bu yolda çalışmağa başlayırlar. Çəmənzəminli. Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. M.S.Ordubadi. // Sif. mənasında. Azərbaycanlı şair və ədiblər. Azərbaycanlı Nizami dünya ədəbiyyatının fəxri, bəzəyidir.
Azərbaycan dilinin izahlı lüğəti / azərbaycanlı1 AZƏRBAYCANLI Əliyevin briqada üzvləri arasında rus, azərbaycanlı, belorus, ləzgi və tatar vardır (M.Hüseyn); AZƏRİ Osman içəri girər-girməz, onu gülər üzlü cavanlar qarşıladı, tanıdığı azəri tələbələrindən bir neçəsi burada idi (Çəmənzəminli); AZƏRİ ÖVLADI (tənt.) Nə sən onsuz, nə o, sənsiz yaşamaz; Azəri övladı vətənsiz yaşamaz (S.Rüstəm).
Azərbaycan dilinin sinonimlər lüğəti / azərbaycanlı2 сущ. азербайджанец, азербайджанка. Azərbaycanlılar азербайджанцы
Azərbaycanca-rusca lüğət / azərbaycanlı1 i. Azerbaijani; ~ olmaq to be* an Azerbaijani; ~lar the Azerbaijanis
Azərbaycanca-ingiliscə lüğət / azərbaycanlı