Bataqlıq ağtərəsi
Bataqlıq ağtərəsi (lat. Parnassia palustris) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin ağtərə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir.