* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Sağlam, qaçağan və köhlən at. Mən aşıq Alı dayı; Söz deyər Alı dayı; Könlü bədöv istəyən; Vaxtında alı dayı. (Bayatı). Qoyun bədöylər kişnəsin; Misri qılınclar işləsin. “Koroğlu”. Bədöyün qocası olsa da arıq; Sürsən, mənzil kəsər, kəmhünər olmaz. “Aşıq Qərib”.
Azərbaycan dilinin izahlı lüğəti / bədöy2 Sağlam, qaçağan, köhlən at. (“Koroğlu” dastanının lüğəti) Canım Qırat, gözüm Qırat, Səni minən alar murad. Ağcaquzu, bir də Dürat Bağlı bədöylərim qaldı. (“Koroğlu ilə Bolu bəy”) * Alnımdakı qalın qatlar, Düşmən görsə bağrı çatlar, Candan əziz bədöy atlar Yandırır məni, yandırır... (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikası / bədöyI (Tovuz) hoqqa. – Özünnən bədöy çıxartma II (Bakı, Göyçay, Qazax, Ordubad) bax bədəv
Azərbaycan dilinin dialektoloji lüğəti.