Batt sözü azərbaycan dilində

Batt

Yazılış

  • Batt • 90.4762%
  • batt • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andrey Batt
Andrey Batt (rus. Андрей Батт, tam adı: Andrey Sergeyeviç Batıçko; 6 avqust 1985, Tallin) — Rusiya aktyor, repçisi, prodüsser, rejissor. Keçmiş basketbolçu. == Həyatı == Andrey Batt 6 avqust 1985-ci ildə Tallində doğulub. 2009-cu ildə aktyor çəkilişlərinə başlayıb. 2013-cü ildə musiqi əsərləri buraxmağa başladı. 2016-cı ildən o, özünün "Rəssamın macərası" realiti-şousunu nümayiş etdirir.
"Battalnamə"
Battalnamə — ərəb və türk xalq qəhrəmanı Battal Qaziyə aid dastansayağı rəvayətlərin məcmusu. "Seyid Qazinin döyüşləri haqqında hekayətlər", "Hekayəti-Seyid Battal Qazi" adlı əlyazmaları var. Onların XI–XIII əsrlər dönəmində yazıya alındığı ehtimal edilir. "Battalnamə"nin Bakı nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastan, əsasən, Əməvi — Bizans müharibələrindən (VIII əsr) Anadoluya türk yürüşlərinin (XI əsr) qədər olan dövrü əhatə edir. "Battalnamə"də hadisələr Malatya və onun ətrafındakı ərazilərdə baş verir. Battal Qazinin şər qüvvələr üzərində qələbəsi, kafirləri islama dəvət etməsi, Malatya əmiri Ömərin qızı ilə evlənməsi və s. əks olunmuşdur. Battal Qazinin Anadoluda xristianlarla döyüş səhnələri əski türk inancları və İran nağıllarından alınmış motivlərlə zəngindir. Hekayətlərdə döyüşlər siyasi deyil, dini (islam-xristian) səciyyə daşıyır.
Abdulla Battal Taymas
Abdulla Battal Taymas (1883-1969) — Kazan türklərinin liderlərindəndir. 1925-ci ildə Türkiyəyə gedib. 1927-ci ildə Mətbuat Ümumi müdirliyində rusca tərcüməçi olaraq çalışıb. Qəzet və jurnallarda Kazan Türkləri və digər tarixi mövzularda çoxlu sayda məqalələr, əsərlər yazıb çap etdirb. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətində olub.
Abdullah Battal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Battal (Uçalı)
Battal (başq. Баттал, rus. Батталово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 87 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Battal Bayraqdarov
Batdal Mikail oğlu Bayraxtarov (1 aprel 2002, Ağbil, Quba rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. Milliyyətcə axısqa türkü idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Battal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Battalnamə
Battalnamə — ərəb və türk xalq qəhrəmanı Battal Qaziyə aid dastansayağı rəvayətlərin məcmusu. "Seyid Qazinin döyüşləri haqqında hekayətlər", "Hekayəti-Seyid Battal Qazi" adlı əlyazmaları var. Onların XI–XIII əsrlər dönəmində yazıya alındığı ehtimal edilir. "Battalnamə"nin Bakı nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Dastan, əsasən, Əməvi — Bizans müharibələrindən (VIII əsr) Anadoluya türk yürüşlərinin (XI əsr) qədər olan dövrü əhatə edir. "Battalnamə"də hadisələr Malatya və onun ətrafındakı ərazilərdə baş verir. Battal Qazinin şər qüvvələr üzərində qələbəsi, kafirləri islama dəvət etməsi, Malatya əmiri Ömərin qızı ilə evlənməsi və s. əks olunmuşdur. Battal Qazinin Anadoluda xristianlarla döyüş səhnələri əski türk inancları və İran nağıllarından alınmış motivlərlə zəngindir. Hekayətlərdə döyüşlər siyasi deyil, dini (islam-xristian) səciyyə daşıyır.
Battani
Əbu Abdillah Məhəmməd ibn Cabir bin Sinan ər-Rakkı əl-Hərrani (858, Harran[d], Şanlıurfa ili – 930, Səmərra, Səlahəddin mühafəzəsi) — Assur (Suriyalı) astronom. == Həyatı == əl-Battani, Harranın Battan qəsəbəsində doğuldu (859-929). Əsl adı Məhəmməd min Cabir ibn Sinan ər-Rakki el-Harranidir. Əbu Abdullah ləqəbi və Battani adıyla məşhur olmuşdur. Dünyanın gəlmiş keçmiş ən məşhur 20 astronomundan biri qəbul edilir.Battani, elmdəki məqsədini bu əsas üzərinə bina edər: “İnsan, Allahın (cc) varlığını, birliyini, qüdrətini və əsərlərinin mükəmməlliyini başda astronomiya olmaq üzrə, elmlər sayəsində öyrənə bilər. Məsələn bu görünən ulduzlar, üstündə yaşadığımız bu dünya və dünyanın hərəkətləri Allahın (cc) varlıq və birliyinin açıq bir dəlilidir.” === Günəş sistemini təsbiti === Battaninin işlərinin hamısı astronomiyayla əlaqədardır. Battani bu günki Həlbin 160 km şərqində Fərat çayı sahilindəki Rakka şəhərində bir rəsədxana (müşahidə evi) tikmiş; Günəş və Ayın görünər diametrlərində il boyunca meydana gələn dəyişiklikləri ölçmədə, əvvəlki elm adamlarının etdiyi işlərə əlavələr etmiş; Günəş, Ay və planetlərin hərəkətlərini, orbitlərini daha doğru bir şəkildə təyin etməyə çalışmışdır. Günəşin Dünyadan ən uzaq oldugu nöqtədəki hərəkətini kəşf etmiş, Dünyanınkına görə Günəşin orbit meyilini və Dünyanın çevrə oxundakı dəyişmə dəyərlərini tapmışdır. Özündən beş əsr sonra gələn Kopernikin 23A° 35ı olaraq tapdığı Dünyanın ekliptik mayilliyini o, 23A° olaraq hesablamış, bu gün məlum olan bucaq ölçüsünü təxminən yarım dəqiqəlik bir fərqlə tapmağı bacarmışdır. === Günəş və Ay tutulmaları === Battani, öz inkişaf etdirdiyi günəş saatı zatü’l-halaq, divara təsbit edilmiş böyük kadran və daha sonraları triguetum (zatü’ş-şubeteyn) adı veriləcək alət ilə, Rakkada, bəzi fəza hadisələrinin yanında, Günəş və Ay tutulmalarını rəsəd etmiş və əldə etdiyi məlumatlarla Ay və planet hərəkətləri haqqındakı məlumatları düzəltmiş, yeni Ayın görülmə şərtlərini təyin etməyə yarayan bir üsul inkişaf etdirmişdir.
Battata
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Battaxtax-Arıta
Battaxtax-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Şərq sahilləri uçurumludur.
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Battenberq təpəsi
Battenberq təpəsi (bolq. хълм Батенберг, ‘Halm Battenberg’ \'h&lm 'ba-ten-berg\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 166 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır.Təpə Bolqarıstan şəhzadəsi Aleksander Battenberqin (1857–1893) adını daşıyır. == Yerləşməsi == Battenberq təpəsi 62°35′43″ c. e. 61°08′31″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.8 km şərqdə, Voyteh burnundan 1.8 km cənubda, Penka təpəsindən 2.19 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Battipalya
Battipalya (it. Battipaglia) — İtaliyanın Kampaniya regionunda şəhər.
Battista Quarini
Qvarini (Quarini), Covan Battista, müvafiq — Canbattista Quarini (it. Giambattista Guarini, Battista Guarini; 10 dekabr 1538[…] və ya 1538, Ferrara – 7 oktyabr 1612[…], Venesiya) — italyan şairi və diplomatı. == Yaradıcılığı == 1590-1830-cu illər arasında tamaşanın ən azı 170 nəşri var idi; tərcümədə 50 dəfə fransız, 18 alman, 15 ingilis, 9 holland, beş dəfə ispan və yunan dillərində çap olunub. Bundan əlavə, o, bir çox təqlidlərə səbəb oldu. Pyes bunu həqiqətən böyük ədəbi məziyyətinə borcludur və daha çox vaxtının və Quarininin yazdığı cəmiyyətin tələblərinə çox yaxşı cavab verdiyinə borcludur. İtalyan ədəbiyyatı "L’egloga rappresentativa" (mərhələli ekloq), şənliklərdə səhnələşdirmək üçün zəif təhsilli saray əyanları tərəfindən hazırlanmış əl işləri ilə artıq tanış idi; orta və xırda burjuaziya dairələrində yaranan "La commedia pastorale" (pastoral komediya) da tanınırdı; Quarini, Tasso-nun ardınca, dramatik pastoralları aristokratik cəmiyyətin incə zövqünə uyğunlaşdırdı. == Biblioqrafiya == Гварини // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Battle.net
Battle.net oyun qurucu Blizzard Entertainment tərəfindən 1996-da Bllizard oyunlarını yayımlamaq və onlayn dəstək vermək üçün açılan videooyun saytıdır. Funksiya olaraq Bllizard Entertainment tərəfindən onlayn olaraq yayımlanan oyunların oyunçu qeydiyyat əməliyyatı edilir. Edilən qeydiyyatlar yayımlanan oyunların girişi üçün istənilir. İlk olaraq 1996-cı ildə Diablo oyununda bu sistem istifadə edilmiş, daha sonra şirkətin digər oyunları izləmişdir. Sayt ən son olaraq Overwatch videooyunun onlayn oyunçu qeydiyyat sistemini və dəstəyini təmin etməkdədir. == Dəstək verdiyi oyunlar == Diablo StarCraft Warcraft II Diablo II Warcraft III StarCraft II: Wings of Liberty Hearthstone: Heroes of Warcraft World of Warcraft Diablo III Overwatch == Söhbət sistemi == Saytın dəstək verdiyi oyunlar içində xüsusi olaraq hazırlanmış bir söhbət sistemi vardır. Bu sistem battle.net vasitəsilə yayımlanan bütün oyunlarda oyunçuların bir-biriylə söhbət etməsini və eyni vaxtda fərqli Blizzard oyunları oynayan adamların bir-biriylə əlaqə qurmasını təmin edir.
Battle Angel (OVA)
Battle Angel (azərb. Döyüş mələyi‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişironun "Battle Angel Alita" manqası əsasında çəkilmiş anime OVA-sı. 1993-cü ildə çəkilmiş, "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA manqaya giriş xarakteri daşıyır. OVA orijinal manqanın I və II cildlərinin adaptasiyasıdır və xeyli fərqlər var. Manqa müəllifi Kişiro manqa ilə məşğul olduğunu və anime ilə ciddi maraqlanmadığını bildirmişdir. Onun yeni anime adaptasiyası çəkmək planları yoxdur. 21 dekabr 2018-ci ildə böyük büdcəli Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır. OVA yaddaqalan saundtreki və "Cyborg Mermaid" mahnısı ilə xatırlanır. Yaponiyada kifayət qədər maraq əldə etməsə də, ABŞ-də tənqidçilər OVA-nı 1990-cı illərdə ingilis dilinə tərcümə edilmiş ən yaxşı animelərdən biri hesab edir.
Battle Angel Alita
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Battlefield 4
Battlefield 4 (həmçinin BF4; azərb. Döyüş-meydanı 4‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" oyun seriyasındakı 6-cı əsas epizoddur (ümumilikdə 13) və 2011-ci ildə satışa çıxarılan "Battlefield 3" videooyununun davamıdır. Oyun 2013-cü ilin 29 oktyabrında Microsoft Windows, PlayStation 3 və Xbox 360 platformaları, 12 noyabrında PlayStation 4 platforması, 19 noyabrında isə Xbox One platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjet xətti sələfindən 6 il sonra, 2020-ci ildə cərəyan edir. 2014-cü il müharibəsinin bitməsinə baxmayaraq, ABŞ və Rusiya arasındakı gərginlik hələ də çox yüksək idi. Eyni zamanda, Admiral Çan Vey Çin hökumətini ABŞ-ni Cin Cenin qətlini təşkil etməklə təqsirləndirərək və ABŞ-nin regiondakı təsirini azaldaraq devirmək istəyir. Admiralın müvəffəqiyyəti Rusiya və Çinin müttəfiq olub ABŞ-yə müharibə elan etməsi ilə nəticələnə bilər. Oyunun baş qəhrəmanı Serjant Daniel Reker ABŞ Xüsusi Təyinatlı Qüvvələrinə bağlı "Tombstone" (azərb. Qəbirdaşı‎) dəstəsinin bir üzvüdür.
Battlefield 5
Battlefield V (həmçinin Battlefield 5, BF5 və BFV; azərb. Döyüş meydanı V‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" seriyasındakı 8-ci epizoddur (ümumilikdə 16). Oyunun 19 oktyabr 2018-ci il tarixində satışa çıxarılmasına qərar verilmişdi, ancaq daha sonra bu qərar ləğv olundu. Oyun 20 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyunun əsas süjet xətti sələfi "Battlefield 1"-in izindən gedərək İkinci Dünya müharibəsində cərəyan edir. == Süjet == Oyunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir. == Oynanış == === Birnəfərli === "Battlefield V"-də "Müharibə hekayələri" (ing. War stories) adlı hekayə toplusundan ibarət bir birnəfərli kampaniya rejimi var. Bu rejim İkinci Dünya müharibəsinin aspektlərinə əsaslanır.
Battlefield V
Battlefield V (həmçinin Battlefield 5, BF5 və BFV; azərb. Döyüş meydanı V‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" seriyasındakı 8-ci epizoddur (ümumilikdə 16). Oyunun 19 oktyabr 2018-ci il tarixində satışa çıxarılmasına qərar verilmişdi, ancaq daha sonra bu qərar ləğv olundu. Oyun 20 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyunun əsas süjet xətti sələfi "Battlefield 1"-in izindən gedərək İkinci Dünya müharibəsində cərəyan edir. == Süjet == Oyunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir. == Oynanış == === Birnəfərli === "Battlefield V"-də "Müharibə hekayələri" (ing. War stories) adlı hekayə toplusundan ibarət bir birnəfərli kampaniya rejimi var. Bu rejim İkinci Dünya müharibəsinin aspektlərinə əsaslanır.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Battlşip adası
Battlşip adası (ing. Battleship Island) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Auke körfəzində, Linn-Kanalda Auke-Bey kəndindən 2,6 km cənubunda və Cuno şəhərindən 16 km şimal-qərbdə yerləşir. Adada 1976–1981-ci illər arasında ABŞ Geoloji Xidməti tərəfindən araşdırılmış və 31 mart 1981-ci ildə Coğrafi Adlar İnformasiya Sisteminə daxil edilmişdir. ABŞ Federal Aviasiya İdarəsi adada küləyin sürətini ölçmək üçün bir qüllə quraşdırmışdır. == Coğrafi mövqeyi == Battlşip adası Alyaskanın Cuno dairəsində yerləşir. Ada adını 1957-ci ildə almış, 1976–1981-ci illərdə ABŞ Geoloji Xidməti tərəfindən kəşf tətqiq edilərək, 31 mart 1981-ci ildə coğrafi adlar informasiya sisteminə daxil edilmişdir. Adanın diametri 160 m-dir. == Rəsmi status == ABŞ-nin Federal Aviasiya İdarəsi küləyin sürətini ölçmək üçün adada xüsusi qüllə quraşdırıb. Məlumatlar Cuno hava limana ötürülür.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. == Həyatı və fəaliyyəti == Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 ••••••••••••• 0.21
2014 •••••••••••••••••••• 0.34
2016 ••••••••••• 0.17

"batt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#batt nədir? #batt sözünün mənası #batt nə deməkdir? #batt sözünün izahı #batt sözünün yazılışı #batt necə yazılır? #batt sözünün düzgün yazılışı #batt leksik mənası #batt sözünün sinonimi #batt sözünün yaxın mənalı sözlər #batt sözünün əks mənası #batt sözünün etimologiyası #batt sözünün orfoqrafiyası #batt rusca #batt inglisça #batt fransızca #batt sözünün istifadəsi #sözlük