* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). – Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. …Çoban da bayatı nəğməsini tütəyində ucaltdı. S.S.Axundov. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. Ə.Haqverdiyev. □ Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. – klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir … neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir. Ə.Haqverdiyev. 2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə, 3-cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca.
Azərbaycan dilinin izahlı lüğəti / bayatı1 Bir neçə yozumu var: 1. Bayat tayfasının adı ilə bağlıdır (“Göyçə gözəlləməsi” yer adı ilə bağlı olduğu kimi, bayatı da tayfa adı ilə əlaqədar ola bilər). 2. İ.Abbasov “Ulu nəğməmizin adı” (“Ədəbiyyat qəzeti”, 7.XI.92) adlı məqaləsində göstərir ki, bayatı sözü ayıtmaq feili zəminində yaranıb. Uşaqları yatırtmaq üçün işlədilən bay-bay kəlməsi də məhz “nəğmə” anlamını verir. Boy boylamaq ifadəsində də boy “söz” anlamı ilə bağlıdır. Bayatı sözü həm forma, həm də mənaca dəyişmiş variantda başqa dillərdə də işlədilir: bayatı ukraynalılarda “danışmaq”, bayiti çexlərdə yenə də “danışmaq” anlamını əks etdirir. Rusların bayu sözü də elə “danışmaq”la bağlıdır. Bunlar ayıtmaq feili ilə bağlı kəlmələrdir. Bayatı-Kürd, Bayatı-Qacar ifadələrində bayatının oxunmasındakı variantlara işarə edilir. İkinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bayatı1 1. мелодия, песня; 2. грустная, заунывная, тоскливая песня; песня с причитаниями, которыми оплакивают покойников;
Azərbaycanca-rusca lüğət / bayatı2 сущ. муз. баяты: 1. название мотива 2. стихотворная форма (в азербайджанской народной музыке); bayatı demək (çəkmək) затягивать (петь) баяты
Azərbaycanca-rusca lüğət / bayatı1 i. bayati (a kind of Azerbaijani poem created by common people); ~ demək to tell bayaties
Azərbaycanca-ingiliscə lüğət / bayatı1 сущ. баяти; макьам, мани, баяд (1. Азербайжан халкьдин музыкада макьамдин тӀвар; 2. фолькл. шиирдин формайрикай сад).
Azərbaycanca-ləzgicə lüğəti / bayatı