* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İri gözlü, girdə başlı, çirkin səsli, qarmaqburun, yırtıcı gecə quşu. Bayquş xərabəlik, qurd dumanlıq sevər. (Ata. sözü). Axşamtərəfi yağış havası, bayquş da ulayır. Ə.Haqverdiyev. Qəflətən bir qorxulu səs meşəni götürdü. Faytonçu dedi: – Qorxma, xanım, bayquşdur, ulayır. S.S.Axundov. 2. Mənhusluq, uğursuzluq simvolu kimi. [Gülnaz] bayquş kimi həyətlərinə kədər və qüssə gətirmiş bu adamların yaxasından tutub, çölə atmaq … istəyirdi. M.İbrahimov. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər. M.Hüseyn. □ Bayquş yuvası məc. – xarabazarlıq, əhalisi tərk olmuş yer; mənhus yer, şükümsüz yer. Bir neçə ildən sonra [qoçuların] sayəsində Zabrat kəndi bayquş yuvasına döndü. H.Sarabski. [Maral:] Ah, [bu] bayquş yuvasından qurtula bilsəydim. H.Cavid. 3. məc. Cəmiyyət sevməyən, insanlardan qaçıb təkcə yaşayan adam haqqında. O lap bayquşdur, adam arasında görünmür. Bayquş kimi həyat keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti / bayquş1 Əsli, “vayquş” (vayıltı salan quş) deməkdir. Xarabalıqlarda xoşagəlməz bir səslə (vayıltı ilə) oxuyur. Bəzən bayqu sözünü də bayquş kəlməsi ilə eyniləşdirirlər (“İzahlı lüğət” məhz belə verib), doğru deyil. Qədimdə bir adı da qoburğa kimi olub. Bu (qoburğa), onun çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bayquş2 сущ. сова: 1. хищная ночная птица 2. перен. человек, который предвещает, предсказывает недоброе 3. тот, кто избегает людей, любит одиночество: bayquş kimi как сова
Azərbaycanca-rusca lüğət / bayquş1 i. 1. zool. owl; qulaqlı ~ longeared owl, horned owl; 2. məc. a person / a child* who is always crying / weeping
Azərbaycanca-ingiliscə lüğət / bayquş1 сущ. 1. тӀиб, байкъуш; // типӀрен, байкъушдин; 2. нягьсвилин, татугайвилерин лишан; bayquş yuvası пер. типӀерин муг, агьали амачир харапӀаяр; харапӀа чка, ваякьан; 3. пер. инсанар такӀан, инсанрикай катдай, инсанрик акахь тийир, текдиз яшамиш жезвай касдин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / bayquş