* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bayquş sözünün qədim forması. Bayqu gələr, məskən salar sənə, yar; Sən hurisən, sən pərisən mənə, yar. Aşıq Mehdi. Yığıldı bayqular, etdi viranə; Ömür oldu yaman yarı, sevgilim! Aşıq Rəcəb. Qeyr ilə yarım gedir, gərdən çəkib bir qu kimi; Qalmışam viranələr küncündə mən bayqu kimi. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / bayqu1 Gödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası “bəy quşu” deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim sözlərdir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bayqu