Qulamhüseyn Beqdeli
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.
Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.
Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.