* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf [ər.] Əksinə, əksinə olaraq, tərsinə, tərsinə olaraq, ziddinə olaraq; tamamilə başqa cür. [Nizami:] Mən heç bir zaman həqiqəti təhrif etməmişəm, biləks, təhrifçilərin düşməni olmuşam. M.S.Ordubadi. [Mələk:] Lakin sizi ayırmaq deyil, biləks, əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qovuşdurmaq istərdim. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / biləks2 BİL’ƏKS ə. əksinə, əksinə olaraq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / biləks1 устар. противит. союз. напротив, наоборот. Biləks, mən çox şadam напротив, я очень рад
Azərbaycanca-rusca lüğət / biləks