biçən sözü azərbaycan dilində

biçən

Yazılış

  • biçən • 96.9697%
  • Biçən • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Biçənək (Şahbuz)
Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Coğrafi mövqeyi == Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır. == Tarixi == Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.
Biçənək aşırımı
Biçənək aşırımı — inzibati cəhətdən Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın mənbə hissəsində olan aşırımdır (hünd. 2346,9 m). Biçənək kəndi ərazisində yerləşir. Öz adını yaxınlığında yerləşən kəndin adından götürmüşdür. Mühüm əhəmiyyət kəsb edən Naxçıvan-Laçın-Yevlax avtomobil yolu aşırım ərazisindən keçir. Naxçıvan ilə Azərbaycanın tazixi torpaqları olan Zəngəzuru birləşdirir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacı orta pleystosen yaşlı flüvioqlasial konqlomeratlarla örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Aşırımın gəzdək hissəsi və yamacında şimal-qərb istiqamətli eyniadlı fay qırılması və onun şaxələri müşahidə olunur.
Biçənəkçay
Biçənəkçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu. == Haqqında == Mənsəbindən 69 km məsafədə ona tökülür. Uzunluğu 7 km., hövzəsinin sahəsi 16 kv. km.-dir. Əsasən qar və qrunt suları ilə qidalanır.

"biçən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#biçən nədir? #biçən sözünün mənası #biçən nə deməkdir? #biçən sözünün izahı #biçən sözünün yazılışı #biçən necə yazılır? #biçən sözünün düzgün yazılışı #biçən leksik mənası #biçən sözünün sinonimi #biçən sözünün yaxın mənalı sözlər #biçən sözünün əks mənası #biçən sözünün etimologiyası #biçən sözünün orfoqrafiyası #biçən rusca #biçən inglisça #biçən fransızca #biçən sözünün istifadəsi #sözlük