Borçalı sözü azərbaycan dilində

Borçalı

Yazılış

  • Borçalı • 99.6768%
  • borçalı • 0.1939%
  • BORÇALI • 0.1293%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Borçalı
== Yaşayış məntəqələri == Borçalı qəzası — Borçalı mahalı — Borçalı sultanlığı — Dağlıq Borçalı — Aran Borçalı — Borçalı distansiyası — Borçalı kəndləri — Borçalı (Üskü) Borçalı (Nir) == Digər == Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalı elləri.
Abdallı (Borçalı)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarixi == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. == Coğrafiyası == Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Ağbulaq (Borçalı)
Tetritskaro, Ağbulaq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi. 1940-cı ilə qədər Ağbulaq (gür.: g.ə. აღბულაღი, l.ə. ağbulaği).
Ağcaqala (Borçalı)
Ağcaqala — keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, indiki Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşir. Borçalı sultanlığının mərkəzi. Ağcaqala Tona çayının (gürcücə adı Debeda) sağ sahilində yerləşən qala idi, hazırda xarabalıqdır. 18-ci əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində 15-18-ci əsrlərə aid hadisələrdə çəkilir. Vaxuştinin yazdığına görə Sultan Yaqub tərəfindən tikilmişdir. Səfəvi şahı I Şah Abbas onu gürcü hökmdarı Georgidən almış və borçalıları yerləşdirmişdir. Həmin müəllifə görə keçmişdə Berduc adlanmışdır. Gürcü mənbələrindəki Berduci çay adı da bu qalanın adı ilə bağlıdır.
Ağqula (Borçalı)
Ağqula (gür.: g.ə. ახყულა, l.ə. axğula) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Ağqüllə" adlandırırlar. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 150 nəfər (68 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayır.
Borçalı (Meşkinşəhr)
Borçalı (fars. برجلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (43 ailə).
Borçalı (Nir)
Borçalı (fars. برجلو‎) və ya Bürclü — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 39 km qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (32 ailə).
Borçalı (Üskü)
Borçalı (fars. بوراچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Borçalı kəndi Şahı adasında yerləşir. Borçali boyu qarapapaq elinin qollarından biridir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (47 ailə).
Borçalı distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur. == Tarixi hadisələrin xronologiyası == == Ərazisi == Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi. Dağlar:Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.Düzənliklər: === Sərhədləri === Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü büruzə verir: II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi. I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi. I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi. I hissə, 357-ci səhifədə verilən təsvirə əsasən: Telavi qəzası şimalda Baş Qafqaz silsiləsi, şərqdə Sığnaq qəzası, cənubda Qazax distansiyası (sərhəd Kür çayından keçirdi), qərbdə isə Tiflis və Düşeti qəzaları ilə həmsərhəd idi.
Borçalı kəndləri
== Statistik məlumatlar == Son əhali siyahıyaalmasının nəticələrinə əsasən Borçalı bölgəsində 104 kənd bələdiyyəsində birləşdirilmiş 348 kənd mövcuddur. Kəndlərin 147-də etnik azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-də berzenlər, 2-də osetinlər üstünlük təşkil edir, 15 kənddə isə yaşayış mövcud deyildir. Kəndlərdən 11-də əhalinin sayı 5000 nəfərdən artıqdır. 3 kənddə isə 10 nəfərdən də az sakin yaşayır. Bütövlükdə Gürcüstan üzrə əhalisinin sayı beş mindən çox olan 28 kənd yaşayış məntəqəsi mövcuddur. == Əhalisi 5000 nəfərdən çox olan kəndlər == == Demoqrafik struktur == 2002-ci il siyahıyaalmasına əsasən bütövlükdə bu kəndlərdə 311025 nəfər əhali yaşayır ki, onların da 152456-sı kişilər (49%), 158569-u (51%) isə qadınlardır. Əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük təşkil edir (62,5%). Gürcülər 28,4%-lə 2-ci, ermənilər 6,7%-lə 3-cü, berzenlər 1,5%-lə 4-cü yeri tuturlar.
Borçalı mahalı
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Borçaludan gəlir. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan—İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Borçalı qəzası
Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu.
Borçalı sultanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Borçalı xalçaları
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Borçalı xalçası
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Borçalı xanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Cəfərli (Borçalı)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Darbaz (Borçalı)
Darbaz (gürcücə: დარბაზი - Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir. == Tarixi == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir.
Dağ Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarix == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. == Coğrafiyası == Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dağlıq Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarix == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. == Coğrafiyası == Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dəmirli (Borçalı)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Eyvaz Borçalı
Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı (5 may 1938, Ağammədli, Marneuli rayonu) — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986). == Həyatı == Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993).
Müşfiq Borçalı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Məmişlər (Borçalı)
Məmişlər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Məmişlər kəndi Hüseyin kəndindən 3-3,5 km şimalda Şamdüyə dağinin şimal-şərq ətəyində yerləşir. Bu sahə Sovet hakimiyyəti gəlməmişdən əvvəl Osman ağanın(Qara Osman ) mal–qarası üçün otlaq yeri, yaylaq yeri olmuşdur. Osman ağanın Məmiş, Şərif, Qərib adlı oğlanları varmış onlar nökərləri ilə mal–qaranı ora, yaylağa apararmış. Sovet hakimiyyəti gəldikdən sonra Məmiş kişi buranın iqliminə və yerinə yaxşı bələd olduğu üçün heç hara getməmiş, qohum əqrabasını də başına yığıb orada yurd salıb yaşamağa başlamışdır. Və ondan sonra ora Məmişin adına olaraq bu kənd Məmişlər kimi tarixə düşmüşdür. Hazırda kənddə yaşayış davam edir. kənd əhalisi indidə mal -qara ilə məşğuldurlar.Kicik oğlu Qəribində Rusdam adında oğlu olmuş onunda Hamza ,Həmid ,Ədiı və Məhəmməd oğlanları və Güləvatın adında bir qızl olmuşdur == Fiziki-coğrafi oçerk == Məmişlər kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1620-1650 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Hüseynkənd və Salaməleyk kəndləri ilə qonşudur. Məmişlər Yırğançayla yanaşı bölgənin ən hündür dağ kəndlərindən biridir.
Borçalı (tarixi ərazi)
Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Borçaludan gəlir. == Tarixi == 1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır: === Rus işğalı === ==== Gürcüstan quberniyası tərkibində ==== 1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır. ==== Gürcüstan—İmeretiya quberniyası tərkibində ==== ==== Tiflis quberniyası tərkibində ==== 1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv.
Borçalı Qarapapaq Türk Cümhuriyyəti
Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalıda yaranmış tanınmayan dövlət. Bu dövlət 1917-ci ilin dekabrın 20-də yaransa da rəsmi olaraq 1918-ci ilin aprelində elan olunub. == Tarixi == 1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının sünni qazısı Yusif əfəndi Allahyarzadə, həm şiə qazısı Şeyx Məhəmməd Əli ilə birgə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin yarandığını rəsmən elan edirlər. 1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazağa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir. Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.
Borçalı Qəzasının Müsəlmanları
Borçalı Qəzasının Müsəlmanları, Borçalı Uyezdinin Müsəlmanları (az.-əbcəd بورچلو اویزدینك مسلمانلاری‎, gürc. ბორჩალოს მაზრის მუსულმანები) və ya Borçalı Qəzasının Müsəlmanları Qrupu (BQMQ) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 12-ci nömrə altında iştirak etmiş seçki bloku. == Haqqında == Borçalı Qəzası Müsəlmanlarının Qrupu ilkin olaraq seçkilərə 15 nəfərlik siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və Parlament Mərkəzi Seçki Komissiyasının katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılmışdı: Böyük ağa Axundov (Aşağı Saral kəndi); Mirzə Rza Əlizadə (Faxralı kəndi); Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi); İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi); Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi); Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli kəndi); Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi); İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi); Molla Qara Musa oğlu (Arıxlı kəndi); Hasan Molla Vəli oğlu (Qaçağan kəndi); Molla Xəlil (Sadaxlı kəndi); Əli Dəli Əhməd oğlu (Görarxı kəndi); Təhməzqulu Dünyamalı oğlu (Faxralı kəndi); Qurban Həsən oğlu (Saraclı kəndi); Cəfər ağa Eminov (Dəmirçihasanlı kəndi).Seçki bülletenləri əsasən Azərbaycan və rus dillərində idi. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Borçalı Qəzasının Müsəlmanları Qrupunun təsdiq edilmiş namizədlərinin bunlar idi: Böyük bəy Ağa bəy oğlu Axundov; Mirzə Rza Mahmudəli oğlu Əlizadə; Molla Abbas Hacı Qasım oğlu Məmmədov; İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov; Qurban Həsən oğlu.Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə — 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs toplaya bilmişdi. Borçalı Qəzası Müsəlmanları Qrupu müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.
Borçalı İctimai Cəmiyyəti
"Borçalı İctimai Cəmiyyəti - 1993-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən, 1993-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatıdır. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan Borçalı əsilli vətəndaşların könüllülük prinsipləri əsasında birləşdirmək, hüquqlarının qorunmasını təmin etmək, Borçalı el-adət ənənələrinin, mədəniyyətin yaşadılmasıdır. Borçalı İctimai Cəmiyyətinin Sədri 25 iyun 2016-cı ildə Kərəm Məmmədov seçilmişdir == Haqqında == Borçalı İctimai Cəmiyyəti == Tarixi == "Borçalı" Cəmiyyəti 1993-cü ildə Azərbaycanda, Gürcüstanda və Türk dünyasında tanınmış Borçalı əsilli ziyalılar və dövlət xadimləri Eyvaz Borçalı, Arif Əmrahoğlu, Şərif Kərimli, Şamil Qurbanov, Zahid Qaralov və Hidayət Nuriyev tərəfində Azərbaycanda yaşayan Borçalı əslli vətəndaşların və Gürcüstanın tarixi Borçalı bölgəsinin aborigenləri olan Qarapapaq türklərinin siyasi, sosial, mədəni, dini, etnik və konstitusion hüquqlarının qorunması və təmin edilməsi üçün yardılmışdır. Həmin vaxt Borçalı Cəmiyyətinin yardılmasımda Borçalıdan olan bir çox ziyalı, dövlət xadimi, yüksəkvəzifəli məmurlar və sadə vətənpərvər insanlar yaxında iştirak etmişdirlər. Borçalı Cəmiyyətinin 1993-cü ildə keçirilən Təsis Yığınçağında Eyvaz Borçalı ilk sədr seçildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.32 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 34.26
2003 •••••••••••••• 22.44
2004 ••••••••••••••• 24.59
2005 •••••••••••• 18.89
2006 ••••••••••• 18.24
2007 •••••••••• 15.43
2008 ••••••••• 15.35
2009 ••••••••• 15.04
2010 ••••••••• 15.34
2011 •••• 6.78
2012 •• 3.18
2013 ••••• 8.31
2014 ••• 4.63
2015 •• 1.87
2016 0.17
2017 •• 2.28
2018 ••• 3.75
2019 ••• 3.76
2020 •• 1.86

borçalı sözünün etimologiyası

  • 1 İ.Musayevə görə, borçu (şərabçı) Alı birləşməsi ilə bağlıdır. Alının peşəsi şərabçılıq olub. Bir vaxtlar bu yerə Borçalı yox, “Ağbulaq” deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / borçalı

"borçalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#borçalı nədir? #borçalı sözünün mənası #borçalı nə deməkdir? #borçalı sözünün izahı #borçalı sözünün yazılışı #borçalı necə yazılır? #borçalı sözünün düzgün yazılışı #borçalı leksik mənası #borçalı sözünün sinonimi #borçalı sözünün yaxın mənalı sözlər #borçalı sözünün əks mənası #borçalı sözünün etimologiyası #borçalı sözünün orfoqrafiyası #borçalı rusca #borçalı inglisça #borçalı fransızca #borçalı sözünün istifadəsi #sözlük