Brahma sözü azərbaycan dilində

Brahma

Yazılış

  • Brahma • 80.0000%
  • brahma • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brahma
Brahma — qədim hindlilərdə baş tanrı. Yaradıcı tanrı, kainatın yaradıcısı. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır.
Brahma Kumaris
Brahma Kumaris — Hind dilindən tərcümədə adı "Brahmanın qızları" mənasını ifadə edən qeyri-ənənəvi dini cərəyan "Brahma Kumaris Ümumdünya ruhani universiteti" kimi də tanınmışdır. Cərəyanın banisi Dada Lehrac (1876–1969) hindli müəllim ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından Heydərabad şəhərində zərgərlik mallarının satışı ilə məşğul olmuşdur. Altmış yaşında ikən Varanasi şəhərindəki dostlarından birinin evində meditasiya zamanı iki dəfə xəyal gördüyünü bildirmişdir. Birinci dəfə, tanrı – Şivanı qırmızıya çalan qızılı rəngdə gördüyünü, ikinci dəfə isə ona dünyanın tezliklə məhv ediləcəyi və "qızıl əsr"in gələcəyi haqqında vəhyin göndərildiyini iddia etmişdir. Gözəgörünmələrdən sonra Lehrac ticarəti buraxmışdır. Dünyanı yenidən quracaq böyük tanrı – Şivanın ruhunun Lehracın bədənində zühur etməsinə ilk dəfə onun həyat yoldaşı, qızları və gəlini inanmışlar. 1937-ci ildə Lehrac "Şri Prajapita Brahma" ("Tanrılar atası və dünyanın yaradıcısı") adını götürərək, yalnız qadınlardan ibarət "Brahma Kumaris"i yaratmışdır. O, 1938-ci ildə Kəraçi şəhərində cərəyanın "Om Mandali" adlı ilk mərkəzini təsis etmişdir. Lakin yarandığı ilk illərdən Lehraca sadiqlik andı içmiş qadınların ailələrində sabitlik pozulmağa başladığından, ictimaiyyətdə cərəyan rəhbərinə qarşı etirazlar baş qaldırmış, Lehrac əxlaqsızlıq, cadugərlik, hətta insanları hipnoz vasitəsilə təsir altında saxlamaqda ittiham edilmişdir.
Brahmanizm
Brahmanizm (q.türk Barmançılıq) — qədim Hindistanda e.ə. I minilliyin ortalarında veda dinindən inkişaf etmiş və hinduizmin əsasını qoymuş dini dünyagörüşü və ayinlərin sistemi. == Tarixi == E.ə. XI-VIII əsrlərdə Hindistanda brahmanlar, veda dinində mühüm dəyişikliklər etdilər. Bu təlimin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı tanrılara sitayişdən, onlara qurban verməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. E.ə.X əsrdə qurbanvermə mərasiminin dərkində, qurbanvermənin mahiyyəti ilə bağlı təsəvvürlərdə də əsaslı dəyişikliklər baş verdi. == Dəyişikliklərin mahiyyəti == Müqəddəs mətnlərin dəqiq məzmununu bilən ruhanilər yaradanın bütöv konsepsiyasını formalaşdırdılar, sonradan bu "Brahma" adlandırılmağa başladı. Həmin konsepsiyaya görə, "Brahma" özü dünyanın yaranmasına qədər digər tanrılara qurban edildi və onun bədənindən kainat yarandı. Beləliklə, qurbanvermə aktı həmin ilk qurbanvermənin təkrarı, yenilənməsidir. Əgər qurbanvermə müntəzəm şəkildə həyata keçirilməsə, inkişaf dayanar, kainatın sonu çatar, yenidən xaos başlayar.
Brahmanlar
Brahmanlar — qədim Hindistanda kahinlər kastası. Hesab edilirdi ki, Brahma öz dodaqlarından kahin brahmanları yaratmışdır. Buna görə də onlar adamlarla Brahmanın adından danışa bilərlər. Kahinləri hər evə dəvət edir, tanrıya qurban vermək istəyirdilər, belə ki, kahinlər qurbanvermənin icraçısı, din bilicisi və şərhçisi idilər. Brahmanlar hindlilərin birinci ali kastası sayılır. Bretan - Fransanın şimal-qərbində yarımada. Adı buraya köçmüş brit tayfaları ilə bağlıdır.
Brahmaputra
Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır. Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür. Təxminən 4,696 km (2,918 mil) uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada).
Brahmaputra çayı

Brahmaqupta
Brahmaqupta, Bramaquta (ing. Brahmagupta; 598 – 665) — Hind riyaziyyatçısı və astrononmu, əsas hissəsi hesab və cəbrə həsr olunan "Brahma təliminin təkmilləşdirilməsi" əsərinin müəllifidir.
Qanq-Brahmaputra
Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır. Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür. Təxminən 4,696 km (2,918 mil) uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada).
Brahmaea
Brameya (lat. Brahmaea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinə aid heyvan cinsi.
Brahmaea christophi
Kristofer brameyası (lat. Brahmaea christophi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin brameyalar fəsiləsinin brameya cinsinə aid heyvan növü. Relikt olan endemik növdür. Talış avtoxtonudur. Bir çox alim bu kəpənəyi müstəqil növ deyil yarımnöv olaraq qeyd edirlər. Ümumi sayları çox azdır. == Qısa təsviri == İri kəpənəkdir. Qanadları açıq halda 160 mm-dək çatır. Qanadların kənarı dairəvidir, üzərlərində gözşəkilli ləkələr yoxdur. Qanadların əsas rəngi tünd-qəhvəyidir, kənarları boyunca dalğavari xəttlər keçir.
Brahmaeidae
Brameyalar (lat. Brahmaeidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

"brahma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#brahma nədir? #brahma sözünün mənası #brahma nə deməkdir? #brahma sözünün izahı #brahma sözünün yazılışı #brahma necə yazılır? #brahma sözünün düzgün yazılışı #brahma leksik mənası #brahma sözünün sinonimi #brahma sözünün yaxın mənalı sözlər #brahma sözünün əks mənası #brahma sözünün etimologiyası #brahma sözünün orfoqrafiyası #brahma rusca #brahma inglisça #brahma fransızca #brahma sözünün istifadəsi #sözlük